Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aragöl
Arakel — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Kənddə bir məktəb var. == Coğrafiyası və iqlimi == Arakel kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 710 m hündürlükdə yerləşir. == Əhalisi == 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 176 nəfər, 2002-ci ildə 450 nəfər, 2006-cı ildə 201 ailədə 726 nəfər Borçali türkü.
Braşov
Braşov (rum. Braşov, mac. Brassó) — Rumıniyada şəhər. Ölkənin 10 ən böyük şəhərlərindən biri. Keçmişdə Kronştadt (alm. Kronstadt‎) adlanıb. 1950–1960-cı illərdə şəhər İosif Stalinin şərəfinə Oraşul-Stalin adlandırılıb. Tsara Bırsey tarixi bölgəsinin paytaxtıdır. == Ümumi məlumat == Rumıniyanın mərkəzində yerləşən Braşovu tez-tez rumın Zalsburqu da deyirlər. Braşovun qotik üslublu köhnə məhəllələri insanda güclü təəssürat oyadır.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentikasiya metodları istifadə olunduğu halda da tətbiq etmək məqsədə uyğundur.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Braşov (judets)
Braşov judetsi (rum. Județul Brașov) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 5363 km². Şərqdə — Kovasna, qərbdə — Sibiu, şimalda — Mureş və Xarqita, cənubda — Ardjeş, Dımbovitsa və Praxova judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 593 928 nəfər , sıxlığı — 110,74 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 47 kommuna daxildir.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı.O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Preşov diyarı
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Racendra Prasad
Racendra Prasad (3 dekabr 1884[…] – 28 fevral 1963[…], Patna) — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti. == Həyatı == Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Pavol Çervenak
Pavol Çervenak (1 iyul 1987-ci ildə anadan olub) — Pavol Kervenak kimi də tanınan, Slovakiyanı təmsil edən peşəkar tennisçidir. == 2012 == Pavol Çervenak Ştutqart turnirinin ikinci dövrəsində torpaq kortda Tommi Haasa qalib gəlmişdir.(6–4, 6–4).
Prado muzeyi
Prado muzeyi — İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən muzey. Muzeydə hal-hazırda 1.300 sənət əsəri saxlanılır. Saxlanılan eksponatları üç yerə ayırmaq olar: məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri. == Qalereya == Prado muzeyi == Ekspozisiyaların yığılması == == Xarici keçidlər == Prado muzeyinin rəsmi saytı. Prado muzeyinin interaktiv mağaza xidməti. Prado muzeyində olan 15 əsas tablo. Prado muzeyi – Tarix və Şəkillər silsiləsi. Qeyd olunan əsərlər Prado muzeyinə aiddir. Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine Prado muzeyi, təsvir və fotoşəkillər Arxivləşdirilib 2011-07-11 at the Wayback Machine (isp.) Prado muzeyi xəritəsi, qiymət, əlaqə, əlavə informasiyalar, haqqında məlumat Google dünya proqramı ilə Prado muzeyiə yüksək keyfiyyətlə bax.
Katolski Posol
Katolski Posol ( Katolski Posoł) — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Pavol Nedo
Pavol Nedo (y.sorb Pawoł Nedo; 1 noyabr 1908[…] – 24 may 1984[…], Leypsiq) — sorb müəllimi, professor, etnoqraf və ictimai xadim. "Domovina" mədəni və ictimai cəmiyyətinin sədri (1933-1950). == Bioqrafiya == 1 noyabr 1908-ci ildə Veissenberg şəhəri yaxınlığındakı Kotetsy sorb kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra 1928-ci ildə Bautzendəki orta məktəbdə oxuyub. Sonra 1932-ci ilə qədər Leypsiq Universitetində oxumuş, burada etnologiya, pedaqogika və alman filologiyası üzrə təhsil almışdır. Yalnız burada, kollecdəki sorb dostlarının əhatəsində o, sorb dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənməyə başlayır. Burada o, həm də Sorb Tələbələri Assosiasiyasının üzvü və daha sonra sədri olur. Nasist rejimi hakimiyyətə gəldikdən sonra yerli hakimiyyət orqanları tərəfindən “Vendiya mədəniyyəti üzrə texniki məsləhətçi” vəzifəsinə təyin edilib. Domovina üzvlərinin 27 dekabr 1933-cü ildə keçirilən qurultayında o, nasist rejimini dəstəkləməyə çağırırdı. Həmin qurultayda o, yekdilliklə sorb Domovina ictimai təşkilatının sədri seçildi.
Paseo del Prado
Paseo del Prado — İspaniyanın paytaxtı Madrid şəhərinin əsas bulvarlarından biridir. Bu şəhərin ən qədim şəhər dizaynlarından biridir və Bien de interes mədəni (BIC) statusuna malikdir. Plaza de Cibeles və Plaza del Emperador Carlos V arasında şimal-cənub istiqamətində yerləşir. == Tarixi == Bu sıx ağaclı, geniş və mərkəzi prospekt, şəhər sakinləri üçün əlamətdar yer və üç muzeyi əhatə edən İncəsənət Qızıl Üçbucağı da daxil olmaqla şəhərdəki mühüm mədəni və turizm yerlərinin yerləşməsidir: Prado Muzeyi (ilə Diego Veláqueque'nin Las Meninas və Francisco de Goya'nın La Maja vestida və La Maja desnuda), Thyssen-Bornemisza Muzeyi (səkkiz əsr Avropa rəsmini əhatə edən bir kolleksiya) və Reina Sofia Muzeyi (Pablo Picassonun Guernica'nın asıldığı yer) 20-ci əsrin sənət kolleksiyası arasında). Yaxınlıqda Parque del Buen Retiro və Casón del Buen Retiro (Prado Muzeyinin 19-cu əsr kolleksiyasına ev sahibliyi edir), habelə Real Akademia Española (İspan dili akademiyası), Bolsa de Madrid'in qərargahı yerləşir. (şəhər birjası) və Congreso de los Diputados (milli konqres). Plan Xüsusi Recoletos-Prado kimi tanınan və Alvaro Sizanın başçılıq etdiyi beynəlxalq memarlar qrupu tərəfindən müəllif olan Paseo del Prado və Paseo de Recoletos'un hərtərəfli islahatı və canlandırılması ilə bağlı mübahisəli bir layihə 23 il tarixində şəhər məclisi tərəfindən təsdiq edildi. İyun 2005, lakin 2010-cu ilin dekabr ayından etibarən ətraf mühitə təsiri öyrənilməsi davam edir və yenidənqurma işlərinə başlanılmamışdır.
Prasa-du-Komersiu
Bazar meydanı (port. Praça do Comércio) — Lissabonda meydan, Portuqaliya. 1755-ci ildə zəlzələ nəticəsində dağılmış olan Ribeyra Sarayının yerində olduğu üçün Saray Meydanı olaraq da bilinir. Zəlzələdən sonra ərazi tamamilə yenidən quruldu. == Tarixi == Taxo çayının sahillərində bir şəhər yaşayış yerinin meydana gəlməsi, şəhər divarlarının xaricində, çayın yaxınlığında yeni bir kral iqamətgahı (Ribeyra Sarayı) inşa edən Kral I Manuelin fəaliyyəti ilə əlaqələndirilir. Portuqaliya, Avropanın digər bölgələri ilə Afrika, Asiya və Amerikadakı koloniyalar arasında ticarəti tənzimləyən bir liman, bir gəmiqayırma zavodu, Hindistan Evi və digər inzibati binaların tikintisi ilə əlaqədar olaraq ərazi daha da inkişaf etdirilmişdir. Meydana Ticarət adı verildi, bu da Lissabon iqtisadiyyatında yeni funksiyalarını təyin etdi. Meydandakı simmetrik binalar gömrük və liman işlərini tənzimləyən hökumət büroları ilə doldu. Əsas cazibə meydanın mərkəzində 1775-ci ildə açılışı olmuş Kral I Xose heykəlidir. Lissabon Kralına həsr olunmuş yeganə bürünc abidə, dövrünün Portuqaliyalı heykəltəraşı Joakim Maşadu de Kaştru tərəfindən dizayn edilmişdir.
Rafol-de-Almunia
Rafol-de-Almunia (isp. Ráfol de Almunia) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 726 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 96 km uzaqlıqda yerləşir.
El-Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
Madonna del Prato (Rafael)
Madonna del Prato (it. Madonna del Belvedere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna del Prato" əsəri hal-hazırda Avstriyada, Vyana şəhərində İncəsənət tarixi muzeyində saxlanılır.
Mona Liza (Prado versiyası)
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir. Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir."Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir. Leonardonun tələbələri arasında Salai və Françesko Melli Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər. == Tarixi == Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər. Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir. Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi. 1819-cu ildə Prado muzeyinin yaradılmasından sonra əsər muzeyin kolleksiyasına verilməklə, daimi ekspozisiyaya əlavə edilmişdir.