Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Travesti
Travesti operada, tamaşada və ya baletdə, ümumiyyətlə səhnədə əks cinsdən olan bir ifaçı tərəfindən personajın təsvirinə istinad edən teatr terminidir. Sosial səbəblərdən teatrın bir çox erkən formalarında qadın rollarını oğlanlar və ya kişilər ifa edirdilər və aktrisalar səhnələrdə qəbul olunduqdan sonra da travesti rolları bir neçə kontekstdə istifadə olunmağa davam edirdi. Bu söz fransızca "maskalanmış" mənasını verir. Mənbələrdən asılı olaraq termin travesty, travesti, və ya en travesti kimi verilə bilər. Baxmayaraq ki, 19-cu əsrin ortalarına aid fransız mənbələri bu termindən istifadə etmişlər ingilis dilində olan Oksford Xarici Terminlərin Əsas Lüğəti sonuncu terminin mənşəyini “psevdo- fransız ” kimi izah edir. Məs. Bibliothèque musicale du Théâtre de l'opéra (1876), La revue des deux mondes (1868) və 21-ci əsrə qədər bu təcrübəni davam etdiriblər. 17-ci əsrin sonlarına qədər İngiltərədə və 18-ci əsrin sonlarına qədər Papa dövlətində - Avropanın başqa yerlərində olmadığı halda - qadınları şərti olaraq kişi aktyorlar (adətən yeniyetmələr) səhnədə dreq olaraq təsvir edirdilər,lakin bu o zaman əxlaqsız hesab olunurdu. 1660-cı ildə monarxiyanın bərpası ilə qadınlar ingilis səhnəsində görünməyə başladılar amma hələ də bəzi qadın rollarını oğlanlar və gənc kişilər oynamağa davam edirdilər. Londonun Şekspirin Qlobus teatrı, orijinal Qlobus Teatrının müasir tərkibində qadın rollarında kişilərin seçilməsi təcrübəsi davam edir.
Cirrhopetalum rivesii
Bulbophyllum andersonii (lat. Bulbophyllum andersonii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Çinə qədər, həmçinin Hind-Çində yayılmışdır. == Sinonimləri == Bulbophyllum henryi (Rolfe) J.J.Sm. Cirrhopetalum andersonii Hook.f. Cirrhopetalum henryi Rolfe Cirrhopetalum rivesii Gagnep.
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
M7 Priest
M7 105 mm KMO — İkinci Dünya Müharibəsi zamanı Amerika Ordusu tərəfindən istifadə edilən özüyeriyən haubitsa sinifində olan zirehli döyüş maşını idi. Priest ləqəbini İngiltərədə xidmətdə olarkən almışdır. İngilislərin bu dövrdə istehsal etmiş olduğu özüyeriyən haubitsaların hamısına dinlə bağlı adlar verilmişdir. Bunlar Priest (azərb. Kahin‎), Bishop (azərb. Yepiskop‎), Sexton (azərb. Kilsə xadimi‎) və Abbot (azərb. Baş kahin‎). Asqı sistemi helezon yay əsaslı olub, əməliyyat mənzili 193 km, maksimum sürəti isə magistral yolda 40 km/s, off-road yolda isə 24 km/s təşkil etmişdir. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı cəbhə xəttində olan Amerika Ordusunun konstrukturları piyada hissələrini atəş gücü ilə təmin etmək üçün özüyeriyən silahlara ehtiyac olduğunu başa düşmüşdülər.
Arceş Piteşti FK
Arceş Piteşti FK — Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Arfyoy-Sen-Priest
Arfyoy-Sen-Priest (fr. Arpheuilles-Saint-Priest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03007. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 220 yaş arasında (15–64 yaş arasında) 155 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,5%, 1999-cu ildə 67,9%). 155 fəal şəxsdən 145 nəfər (82 kişi və 63 qadın) işləyir, 10 nəfər işsizdir (3 kişi və 7 qadın). 65 hərəkətsiz şəxs arasında 19 nəfər şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Arföy-Sen-Priest
Arfyoy-Sen-Priest (fr. Arpheuilles-Saint-Priest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03007. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 220 yaş arasında (15–64 yaş arasında) 155 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,5%, 1999-cu ildə 67,9%). 155 fəal şəxsdən 145 nəfər (82 kişi və 63 qadın) işləyir, 10 nəfər işsizdir (3 kişi və 7 qadın). 65 hərəkətsiz şəxs arasında 19 nəfər şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Sen-Priyest-an-Myura
Sen-Priyest-an-Müra (fr. Saint-Priest-en-Murat) — Fransada kommuna, Overn - Rona - Alplar regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03256. 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş) arasında 109 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.6%, 1999-cu ildə 68.8%). Fəal olan 109 nəfərdən 93 nəfər (59 kişi və 34 qadın) işləyir, 16 nəfər işsizdir (6 kişi və 10 qadın). 50 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Priyest-an-Müra
Sen-Priyest-an-Müra (fr. Saint-Priest-en-Murat) — Fransada kommuna, Overn - Rona - Alplar regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03256. 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş) arasında 109 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.6%, 1999-cu ildə 68.8%). Fəal olan 109 nəfərdən 93 nəfər (59 kişi və 34 qadın) işləyir, 16 nəfər işsizdir (6 kişi və 10 qadın). 50 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Priyest-d'Andlo
Sen-Priyest-d'Andlo (fr. Saint-Priest-d'Andelot) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03255. 2008-ci ildə əhalinin sayı 134 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 76 nəfər (15-64 yaş) arasında 55 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 71.6%). Fəal olan 55 nəfərdən 51 nəfər (30 kişi və 21 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. 21 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 11 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şəhzadə və Dilənçi (povesti)
“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.