Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Privzak
Privzak (fr. Privezac, oks. Privasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12191. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 325 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 127 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 68.2%).
Prizren
Prizren — Kosovonın Prizrenski bölgəsində yerləşən şəhər. Bundan əlavə, de yure olaraq BMT Kosova Müvəqqəti İdarəçilik Missiyasının (ing. United Nations Interim Administration Mission in Kosovo ) Prizren bölgəsində (ing. District of Prizren) yerləşir. Şəhər Şar dağlarının ətəklərində salınmışdır. Prizren bölgəsi Makedoniya və Albaniya ilə həmsərhəddir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√h kvadratı+ dioq.ot.
Priural (Arxangel)
Priural (başq. Приуралье, rus. ГПриуралье) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Təyəkəs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 7 km, kənd sovetliyindən (Təyəkəs): 3 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (47%), ruslar (37%) üstünlük təşkil edir.
Prizren Universiteti
Prizren Universiteti — Kosovanın Prizren şəhərində yerləşən dövlət universiteti. İlk öncə 1962-ci ildə Ali Pedaqoji İnstitutu olaraq yaradıldı. 2010-cu ildə mövcud ad altında yenidən təşkil edildi. == Tarixi == Prizren Universiteti 1962-ci ildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutundan yaradıldı. Universitetdə mövcud təhsil forması 2010-cu ildə başladı. Prizren Universiteti Prizren dairəsi və Kosova Respublikasına xidmət göstərir. Universitetdə dərslər əsasən alban dilində tədris olunur, Təhsil Fakültəsində isə Bosniya və Türkiyə dilləri üzrə dərslər keçirilir.
Prizren coğrafiyası
Prizren şəhəri Balkan yarımadasında, Çar-Planina dağlarının ətəklərində Cənubi Metoxiyada yerləşir. Serbiyanin inzibati quruluşuna görə Kosovo və Mestoxiya Muxtar Vilayətinin Prizren dairəsinə daxildir. Kosovo Respublikasının inzibati bölgüsünə görə isə müstəqil ölkənin eyni adlı vilayətinin inzibati mərkəzidir. Prizren Albaniya və Makedoniya ilə sərhədə malikdir. Şəhər Serb imperiyasının tarixi paytaxtıdır. == Coğrafi xüsusiyətləri == Prizren bələdiyəsi 640 km² (Kosovo ərazisinin 5,94 %) ərazini əhatə edir. Kosovo Respublikasının cənub-qərbində yerləşir. Bura 76 yaşayış məntəqəsi daxildir. İcmada 220 776 nəfər yaşayır. Bunun 110 000 nəfəri Prizrendə cəmləşmişdir.
Prizren qalası
Prizren qalası, Dujans qalası və ya Kalyaya qalası - Serbiyada Kosovada yerləşən qala. Qala bir zamanlar Serbiya İmperiyasının paytaxtı olmuş Prizren şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Qala XI əsrdə qədim Terandanın qalıqları üzərində inkişaf etdirilmişdi. Qalanın adı ilk dəfə 1019-cu ildə Bizans hökmdarı II Basil (976-1025) tərəfindən Pridzjiana şəklində çəkilib. 1072-ci ildə Serb şəhzadəsi Konstantin Bodin (1081–1101) Prizrendə "Bolqarların imperatoru" elan olunmuşdur.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Prizren vilayəti
Prizren vilayəti — Osmanlı İmperiyası tərkibində, 1869–1877–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Prizren şəhəri idi.