Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prilep
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. == Coğrafiyası == Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. == Tarixi == Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. === Osmanlı imperiyası === Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Prilep təpəsi
Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir.Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır. == Yerləşməsi == Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Griseb.
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Prinseps
Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır. Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı. Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.
Prinsip
Prinsip (lat. principium, yun. αρχή) — nəzəri fəlsəfədə faktların fikirlərdə bir sistemlə birləşməsi. Qədim yunanlarda fəlsəfə prinsiplərdən başlayır. Adı çəkilən filosoflar aşağıdakıları mövcudluğun əsası kimi götürürlər: su — Falesdə; hava — Anaksimendə.Fəlsəfənin əsas məqsədi məhz hər şeyin əsasını təşkil edən prinsipi tapmaqdır. Metafizikanın prinsipinin norması belədir. Bu prinsip daxili birliyə malik olmalı, aydın və daxili cavabdehlik olmalıdır. Prinsip — praktiki fəlsəfədə davranış qaydası. Məsələn, Qurandakı tələblərin böyük bir hissəsi mənəviyyata aiddir. Eyni zamanda mənəvi olmayaraq fərdi olan prinsiplər də ola bilər ki, fərd ona uyğun hərəkət edir.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. == Təsviri == Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Triseps
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.
Crisp
Maykl Duqlas Krisp (ing. Michael Douglas Crisp; 9 fevral 1950) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Maykl Duqlas Krisp toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Chappill, J. A., Wilkins, C. F., Crisp, M. D. (2007). Taxonomic revision of Jacksonia (Leguminosae: Mirbelieae). Australian Systematic Botany 20, 473—623. Crisp, M. D., Cook, L. G. (2007). A congruent molecular signature of vicariance across multiple plant lineages. Molecular Phylogenetics and Evolution 43, 1106—1117. Biffin, E., Harrington, M. G., Crisp, M. D., Craven, L. A., Gadek, P. A. (2007).
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Abrazion proses
Abraziya (geomorfologiya)
Acmella grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Adiabat proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Eduard Pütsep
Eduard Pütsep (est. Eduard Pütsep , 21 oktyabr 1898 – 22 avqust 1960) — Eston əsilli Yunan-Roma güləşçisi. Rusiya İmperiyasını təmsil edib. 1924-cü ildə Parisdə keçirilmiş yay Olimpiya oyunlarının çempionu olub. Dünya və Avropa çempionatlarının medalçısı olub. == Karyerası == === Güləşci kimi === Eduardın güləş karyerasına başlaması Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Eduard Pütsep ilk uğurunu 1917-ci ilin fevralında Peterburqda keçirilən güləş və gir oynadanlar arasında 1-ci Rusiya çempionatında qazanır. Güləşçi bu turnirdə 3-cü yeri tutur.Antverpendə baş tutmuş 1920-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edən güləşçi, burada yüngul çəki dərəcəsində yarışır. Eduardın turnirdə ilk rəqibi Belçikalı Henri Dieri olur və Eduard ona qalib gəlir. Pütsepin növbəti rəqibi isə Norveçli Vilhelm Olsen olur.
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Kosmoloji prinsip
Kainat bircinsli və izotropik olaraq genişlənir. Bu Kosmoloji prinsip adlanır.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Nectandra grisea
Nectandra grisea (lat. Nectandra grisea) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur.Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. == Yerləşməsi == Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.