Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akdaşski Proval gölü
Akdaşski Proval gölü —Tatarıstanın Almetev rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Almetev rayonunda, Kaleykino kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 28 metr, maksimal eni isə 28 metrdir. Su tutarı 20 metr aşağıda yerləşir. Su səthinin sahəsi 0,03 ha-dır. Orta dərinliyi 11 m, maksimal dərinliyi isə 28 metr təşkil edir. Su tutarının həcmi 3 min.
Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. Su tutarının həcmi 10 m³-dir.
Plovlar
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Prorva
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Provans
Provans (fr. Provence;Provansca:Provença və ya Prouvènço) — cənub-şərqi Fransada bir regiondur. İtaliya ilə qonşu olan bu region Provans-Alp-Kot Dazur əyalətinin inzibati hissəsidir. Aralıq dənizi sahilində yerləşir. Mərkəzi Marsel şəhəridir.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Aleks Proyas
Aleksandr Proyas (yun: Αλέξανδρος Πρόγιας) yunan əsilli Avstraliya kinorejissoru, ssenarist və prodüserdir.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[…], Nöyi-sür-Sen – 11 aprel 1977[…]) — fransız şair və dramaturq. Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsə də, o, təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Provans dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Land Rover
Land Rover — İngilis bir nəqliyyat vasitəsi istehsalçısı. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
Mişel Rokar
Mişel Rokar (d. 23 avqust 1930, Kurbevua, Fransa – ö. 2 iyul 2016, Paris, Fransa) — Fransa siyasətçisi. Mişel Rokar 23 avqust 1930-cu ildə Fransada anadan olub. 1988-1991-ci illərdə Fransanın baş naziri vəzifəsində çalışıb. O, Avropa Birliyinin böyük tərəfdaşı kimi məşhur idi. 2016-cı ildə 86 yaşında ikən vəfat etmişdir. Speech of Michel Rocard denouncing the methods of some who push for software patents in Europe (fr.) Michel Rocard règle ses comptes avec le socialisme à la française (Le Monde).
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Prora hoteli
Prora hoteli — Proranın Colossusu adı ilə də tanınan Prora, Almaniyanın Rügen adasında, 1936–1939 illəri arasında Nasist Almaniyası tərəfindən Sevinc vasitəsilə Güc (Kraft durch Freude və ya KdF) layihəsinin çimərlik kurortu olaraq inşa edilən bir bina kompleksidir. Bu səkkiz eyni binadan ibarət idi və çimərliyə paralel olaraq 4.5 km (2.8 mil), sağ qalan quruluşları 3.0 km (1.9 mil) uzandı. Binalar tətil kurortu kimi planlaşdırılsa da, tikinti tamamlanmadı və bu məqsədlə istifadə edilmədi. İkinci Dünya Müharibəsindən sonra kompleks, əvvəlcə Sovet Ordusu, sonra Şərqi Alman Volksarmee və daha sonra Alman Bundesveri tərəfindən müxtəlif hərbi işlər üçün istifadə edildi. Bu gün böyük bir gənclər yataqxanası, otel və tətil mənzilləri var. Kompleks, Üçüncü Reyx memarlığının xüsusilə diqqətəlayiq bir nümunəsi olaraq rəsmi bir irs siyahısına malikdir. Prora Prass Viek kimi tanınan Sassnitz və Binz bölgələri arasındakı geniş bir körfəzdə yerləşir. Binalar 4.5 kilometr (2.8 mil) uzunluğuna çatmışdır və çimərlikdən təqribən 150 metr (160 yd) məsafədədir. Sahil Binzdən bərə limanına qədər uzanan uzun düz bir qum çimərliyi təklif edir. Bu çimərlik, beləliklə dənizkənarı bir kurortun yaradılması üçün ideal bir yer idi.
Range Rover
Range Rover — Land Rover tərəfindən istehsal olunan 5 qapılı lüks SUV marka. Marka Tata Motors şirkətinə məxsusdur. Range Rover 1970-ci ildən istehsal olunur. Vasitə 3 nəsil davam edir. Orijinal modeli yalnız Range Rover kimi tanınır. Avtomobilin adı Land Rover tərəfindən fərqlənə bilmədikdən sonra Range Rover Classic oldu. Markanın əsas sahibi 1970–1986-cı illər arasında British Leyland Motor Corporation, 1986–1988-ci illər arasında Rover Group, 1988–1994-cü illər arasında British Aerospace, 1994–2004-cü illər arasında BMW, 2004–2008-ci illər arasında Ford və 2009-cu ildən etibarən Tata Motors şirkətidir.
Rovan Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Rovan Univerisiteti
Rovan Univerisiteti (ing. Rowan University) — Nyu Cersi ştatının Glassboro şəhərindəki universitet. Məktəb 1923-cü ildə Glassboro Normal School adı altında, ilk və orta dərəcəli dövlət məktəblərində fəaliyyət göstərəcək müəllim yetişdirmək məqsədi ilə qurulmuşdur. Təhsilə 200-ə qədər şagirdlə başlayan məktb, 1930-cu ildə Nyu-Cersi Əyalət Müəllim Kolleci, 1958-ci ildə də Glassboro Dövlət Kolleci adını aldı. 1960'lara gəlindikdə məktəb özəlliklə təhsil fakültəsi ilə ölkə ərazisində bir ad sahibi olmağa başladı. 1970'lərdə biznes, xəbərləşmə və rabitə, gözəl sənətlər, fənn-ədəbiyyat kimi yeni bölmələr əlavə olunaraq daha geniş əhatəli bir təhsil qurumu halına gəldi.Ancaq məktəbin talehi 1992-ci ildə edilən bir ianə sayəsində dəyişdi.Cənub Nyu-Cersi mərkəzli "Inductotherm" adlı şirkətin qurucusu- Henry Rovan və yoldaşı Betty, məktəbə 100 milyon dollarlıq ianə etdiklərini açıqladılar. Bu miqdar o zamana qədər bir dövlət məktəbi üçün edilən ən böyük ianə idi.İanənin 2 şərti vardı: Bir mühəndislik fakültəsi qurulması (ki o zamana qədar cənub Nyu-Cersidə mühəndislik təhsili verən bir məktəb yox idi) və dünya ərazisində "Inductotherm" şirkətinin bütün işçilərinə təqaüdlə oxuma imkanı verilməsi. Henry Rovan'ın belə bir təlebi olmamasına baxmayaraq məktəbin adı öncə 1992-ci ildə "Nyu-Cersi Rovan Kolleci" (Rowan College of New Jersey) olaraq dəyişdirildi. Bu ianə sayəsində açılan mühəndislik fakültəsi sayəsində məktəb Nyu-Cersi Ali təhsil Qurumu'nun təsdiqi ilə universitet statusu almağa haqq qazandı və 21 Mart 1997-ci ildə adını "Rovan Univerisiteti" olaraq dəyişdirdi. 2007-ci ilin yarım ili etibarı ilə Univerisitetin yeddi fakültəsində toplam 10,091 tələbə təhsil görməkdədir.