Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Trоgir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. == Tarixi == 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
Trоqir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. == Tarixi == 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Poqibi burnu
Poqibi burnu — Saxalin adasının şimal-qərbində, Tatar boğazında yerləşən burun. İnzibati cəhətdən Saxalin vilayətinin Oxinski şəhər dairəsində yerləşir. == Adı == Poqibi nivxi dilindən təhrif edilmiş sözdür. «Döngə yeri» kimi tərcümə edilir. == Tarixi == Poqibi burnundan Saxalin tunelinin başlanğıcı keçməli idi. Ancaq layihə gercəkləşdirilməmişdir.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. == Həyatı == 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. == Həyatı == Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur. Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir. Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. == Əsərləri == Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Raqib Hüseynov
Raqib Adil oğlu Hüseynov (28 iyun 1993; Şahbuz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqib Hüseynov 1993-cü il iyun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Raqib Qimayev
Raqib Nəsrətdin oğlu Qimayev (başq. Рәғиб Насретдин улы Ғимаев; 1 yanvar 1935 — 29 yanvar 2016, Ufa) — başqırd əsilli SSRİ və Rusiya alimi, texniki elmlər doktoru, professor, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü (1999), Başqırdıstan Dövlət Universitetinin 1981-1999-ci illərdəki rektoru. == Bioqrafiya == Başqırd Muxtar Sovet Sosialist Respublikası Kiqinski rayonu, İbrayevo kəndində anadan olmuşdur. Milliyyətcə başqırddır. 1958-ci ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirmiş və 1963-cü ilə qədər Yeni-Ufa Neftayırma zavodunda işləmişdir. 1976-cı ildən Ufa Dövlət Neft Texniki Universitetində Neft və Qaz texnologiyaları kafedrasında aparıcı üv olmuşdur. Sonradan isə Başqırdıstan Dövlət Universitetində tenologiyalar fakultəsində dekan işləmişdir. 1981 - 1999-cu illər ərzində isə Başqırdıstan Dövlət Universitetinin analitik kimya və ümumi kimya texnologiyaları kafedrasının aparıcı üzvü və ümumilikdə universitetin rektoru olmuşdur. Raqib Qimayev neft və qazın kimya emalı sahəsində dünya nüfuzuna malik bir mütəxəssisdir. Neft xammalına əsaslanan karbon materialları istehsalı üçün elmi məktəb yaradıcısıdır.
Raqib Əzizov
Ər-Raqib
Ər-Raqib (ər. الرقيب) — Allahın adlarından biri.
Rağib Əl-İsfahani
Ər-Rağib əl-İsfahani (XI əsr, İsfahan – 1108) — Dilçi alim. == Həyatı == 425-ci h.q. (1108/1109-cu il) ilində vəfat edib.
Porgi və Bess
"Porgi və Bess" (ing. Porgy and Bess) — Corc Gerşvinin dörd pərdə və doqquz səhnədən ibarət operası. İlk dəfə 1935-ci ildə səhnəyə qoyulan opera əvvəllər o qədər də uğurlu olmasa da, 1950-ci illərdən ABŞ-da, sonra isə bütün dünyada geniş populyarlıq qazanmağa başladı. "Porgi və Bess" bəstəkarın yaradıcılığının zirvələrindən biridir. Gerşvinin operanı yaratmaq üçün seçdiyi musiqi materialı müxtəlifdir və caz, habelə blüz motivlərinə, zənci folkloruna və improvizasiyaya əsaslanır. Librettoda "yanlış" xalq tələffüzünün imitasiyasından istifadə olunur. == "Porgi və Bess" xaricdə == Opera 1945-ci ildə Avropaya çatdı. Həmin dövrdə o əsasən avropalı aktyorlardan ibarət truppalar tərəfindən İsveçrə və Danimarkada tamaşaya qoyuldu. Porgi və Bess yalnız 1952–1953-cü illər mövsümündə Avropa turnesinə çıxan Amerika zənci qrupu tərəfindən nümayiş etdirildikdən sonra Avropada həqiqətən məşhurlaşdı. Bundan əvvəl və ya ondan sonra heç bir Amerika operası, hətta Can-Karlo Menottinin operalarının böyük uğuru belə, Porgi və Bessin Qərb dünyasının musiqi həyatında bu qədər güclü mövqeyini sarsıtmamışdı.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. == Həyatı == Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.