Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polejan burnu
Polejan burnu (bolq. нос Полежан, ‘Nos Polezhan’ \'nos po-le-'zhan\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən qərbdə yerləşən burundur. Burun Vapa buxtasından 750 m şimal-qərbdə yerləşmişdir.Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Polejan zirvəsinin adını daşıyır. == Yerləşməsi == Qarbel burnundan 2.36 km şimal-şərqdə, Disilitsa burnundan 1.65 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. == Tarixi == Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Fəxri Proletar Döş Nişanı
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır.Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. == Təltif olunanlar == Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi. 1920–1921-ci illərdə təxminən 20 nəfər Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə bu mükafatla təltif edilmişdir.
"Fəxri proletar" döş nişanı

Azad Proletar Ədəbiyyatı Akademiyası
Azad Proletar Ədəbiyyatı Akademiyası (ukr. Вільна Академія Пролетарської Літератури) və ya qısaca VAPLİTE (ВАПЛІТЕ) — Ukrayna SSR-də ədəbi ittifaq. == Tarixi == İttifaq 1926-cı ilin fevralında Xarkovda təsis edilmişdir. Faktiki lideri Mikola Xvılevoy, prezidenti Mixail Yalovoy və sonradan Nikolay Kuliş, katibi isə Arkadi Lyubçenko olmuşdur. Təşkilat Qərbi Avropa mədəniyyətinin ən yaxşı nailiyyətlərini mənimsəməklə yeni Ukrayna ədəbiyyatının yaradılmasının təməlində dayanmışdı. Kommunist Partiyasının rəsmi tələblərini qəbul edərək, ədəbi siyasət məsələlərində VAPLİTE müstəqil mövqe tutmuş və yeni Ukrayna ədəbiyyatının ixtisaslı müəlliflər tərəfindən yaradılması ideologiyası üzərində dayanmışdır.Xvılovinin fikirləri Ukrayna SSR-in partiya və hökumət nümayəndələri tərəfindən VAPLİTE-nin tənqidinə səbəb olmuşdur. Xvılovinin "Odunçular" əsəri xüsusilə kəskin hücuma məruz qalmışdı. 28 fevral 1928-ci il tarixində davamlı təqiblərə görə VAPLİTE öz-özünü ləğv etmək məcburiyyətində qalmışdır. Təşkilatın üzvləri fəaliyyətlərini "Literaturniy yarmarok" antologiyasında (1928–1929) və "Prolitfront" təşkilatında davam etdirmişlər. VAPLİTE üzvləri Stalin repressiyalarının ilk qurbanları arasında idilər.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.