Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Pesah
Pesah (ivr. ‏פֶּסַח‏‎) — Misirdən çıxışın xatirəsinə həsr olunmuş əsas yəhudi bayramı. Bu, nisan ayının bahar ayının on dördüncü günündə başlayır və İsraildə 7, İsraildən kənarda isə 8 gün qeyd olunur. Karaitlər, Samariyalılar və qismən də Məsihçi yəhudilər tərəfindən də hörmətlə qarşılanır. Tövrat bu bayram zamanı yəhudilərə çörək və mayalı taxıl olan hər hansı digər yeməkləri (İbranicə חָמֵץ hametz — "mayalı") yeməyi qadağan edir. Həmçinin, Tövrat (Pentateuch) bu günlərdə matzo (mayasız çörək) yeməyi əmr edir. Pesah, Sukkot və Şavuot ilə birlikdə üç "həcc bayramı"ndan biridir ("Şloşet ha-reqalim"). Bu bayramlarda Qüds məbədinin mövcud olduğu dövrdə yəhudilər Yerusəlimə qalxdılar. İsraildə Pesah bayramı 7 günlük tətildir, ilk və son günləri tam hüquqlu bayramlar və qeyri-iş günləridir. Aralıq günlərə chol ha-moed (həftəiçi tətillər) deyilir.
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Fəsa şəhristanı
Fəsa şəhristanı - İranın Fars ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Fəsa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 188 189 nəfər və 45 333 ailədən ibarət idi.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər. Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. == İnkişafı == 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
HESA Saeqeh
HESA Saeqeh (fars. : صاعق‎ azərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80, adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır. Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir. Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir. == İnkişaf == Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir. İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır. 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası” və “saxta bombalama missiyası” olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Kesa (geyim)
Kesa — qəhvəyi və ya zəfəranı rəngin şərəfinə adlandırılmış buddist rahib və rahibələrinin paltarıdır.
Lajoş Poşa
Lajoş Poşa (mac. Pósa Lajos; 9 aprel 1850 – 9 iyul 1914, Budapeşt) — Macarıstan şairi və yazıçısı. O, uşaq ədəbi jurnalının yaradıcısı və redaktoru olmuşdur.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Mir Paşa
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür. Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.