Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palitra
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur. 2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər.
Palitra (qəzet)
Palitra — 2013-cü ildən etibarən çap olunan gündəlik qəzet. == Tarix == Müstəqil ictimai-siyasi qəzet olan "Palitra" 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib. İlk baş redaktoru Azər Sarıyev olub. Təsisçisi K. R. Əliyevadır. Qəzet 1999–2012-ci illərdə həftədə üç dəfə olmaqla müntəzəm nəşr olunub. 2013-cü ilin əvvəlindən başlayaraq həftədə 5 dəfə nəşr olunmaqla gündəlik qəzet kimi fəaliyyət göstərir. Qəzetin online variantı "palitranews.az" saytıdır. Namiq Əliyev 2003-cü ildən baş redaktordur.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Skalitsa
Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. == Tarix == Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur. 1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir.
Lalisa
Lalisa (albom)
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. == Tarixi == Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Mədəniyyəti == Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Avenida Paulista
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Galendromimus paulista
Galendromimus paulista (lat. Galendromimus paulista) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin galendromimus cinsinə aid heyvan növü.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Paleista brachypoda
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Paulista prospekti
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Paulita Pappel
Paulita Pappel (13 dekabr 1987, Madrid) — İspaniya kinoistehsalçısı və ssenaristi.
Peter Palotaş
Peter Palotaş (27 iyun 1929 – 17 may 1967; ) — MTK Budapeşt klubu və Macarıstan millisinin heyətində hücümçü mövqeyində çıxış etmiş macar futbolçu. 1950-ci illərdə Qüdrətli macarlar adlanan komandanın ikinci dərəcəli üzvü olmuş və Ferents Puşkaş, Zoltan Tsibor, Şandor Koçiş və Nandor Hideqkuti kimi oyunçularla birgə çıxış etmişdir. Palotaş dərin mərkəz hücumçusu mövqeyində oynayan ilk oyunçulardan idi və 1955-ci ildə o, Çempionlar Kuboku turnirinin oyununda ilk het-trik edən oldu. 1959-cu ildə ürək xəstəliyinə görə oyunçu karyerasını başa vurdu. 17 may 1967-ci ildə həmən səbəbdən vəfat etdi. == Klub karyerası == Palotaş karyerası boyunca təkçə MTK Budapeştin şərəfini qorudu. Lakin bu müddət ərzində klub bir neçə dəfə adını dəyişdirmişdir. 1949-cu ildə Macarıstan kommunist dövlətə çevriləndə MTK gizli polisin əlinə keçdi və klubun adı "Textiles SE" oldu. Sonradan klubun adı ilk öncə "Bástya SE", sonra "Vörös Lobogó SE" oldu və nəhayət yenə köhnə MTK adına qayıtdı. Bu qarışıqlığa baxmayaraq 1950-ci illər klub üçün uğurlu dövr kimi keçdi və məhz "MTK"-nın heyətində Palotaş Nandor Hideqkuti və məşqçi Marton Bukovi ilə birgə dərin mərkəz hücumçusu mövqeyini təcrübədə tətbiq etmişdi.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Skalitsa MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. == Tarixi == 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Alissa Yaqi
Alissa Yaqi (八木 アリサ, Yaqi Arisa, 31 iyul 1995, Sapporo) və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir. == İlk illəri == Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur. İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib. == Karyerası == Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir. "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.