Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Rovno vilayəti
Rovne vilayəti (ukr. Рівненська область) — Ukraynanın şərq qərbində yerləşən vilayət.
Arvyo
Arvyo (Averon)
Bravo
Bravo Supermarketlər Şəbəkəsi — Azərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir. == Tarix == Supermarketlər şəbəkəsi ilk dəfə 2017-cı ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb. 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür. Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. == Market Sayı == Hazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Yevlax, Tovuz və Şuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 140-dən çox market ilə fəaliyyət göstərir. == Korporativ Sosial Məsuliyyət == ====== Asan Məktub ====== KSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib. Belə ki, Bravo hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.
Damno
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Radon
== Radon (Rn) == Radon (Ra)- D.İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Raunq
Raunq vulkanı (ind. Gunung Raung) — İndoneziyanın Yava adasında yerləşən ən aktiv vulkanlardan biri. Vulkan Şərqi Yava əyalətində yerləşir və 2 km genişliyində, 500 metr dərinliyində və krater kənarları ilə əhatə olunmuş kalderaya sahibdir. Hündürlüyü dəniz səviyyəsindən 3332 metr yüksəklikdədir. Vulkanla bağlı ilk qeydə alınan püskürmə 1586-ci ilə aiddir. 1586-1817-ci illərdə vulkan 5 dəfə püskürmüşdür. Sonucu püskürmə 2015-ci ilin aprel ayında başlamışdır və püskürmə hələ də davam edir. Vulkanın son püskürməsi 5 hava limanının bağlanmasına səbəb olmuşdur.
Ravənd
Rheum rhabarbarum (lat. Rheum rhabarbarum) — qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Rivne
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. == İnfrastrukturu == Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Şavnon
Şavnon (fr. Chavenon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 145 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Abvil (rayon)
Abvil (fr. Abbeville) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Somma. Suprefektura — Abvil. Rayon əhalisi 2013-ci ildə 134 155 nəfərdir. Əhalinin sıxlığı 78 nəfər/ km² təşkil edir. Rayonun sahəsi — 1733 km²-dir.
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amyen (rayon)
Amyen (fr. Amiens) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Somma. Suprefektura — Amyen. Rayon əhalisi 2013-cü ildə 300.657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 129 nəfər / km². Rayon sahəsi — 2321 km².
Anqulem (rayon)
Anqulem (fr. Angoulême ) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Anqulem. Rayonun əhalisi 2006-cı ildə 191 609 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 58 nəfər / km². Rayon ərazisi — 3320 km².
Anseni (rayon)
Anseni (fr. Ancenis) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara-Atlantik. Suprefektura — Anseni. Rayonun əhalisi 2006-cı ildə 55.212 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 70 nəfər / km² . Rayon ərazisi — 791 km².
Ansi (rayon)
Ansi (fr. Annecy) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Ansi. Rayonun əhalisi 2006-cı ildə 249,501 təşkil edirdi. Əhalinin sıxlığı — 198 nəf. / km². Rayonun sahəsi — 1262 km².