Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ravənd
Rheum rhabarbarum (lat. Rheum rhabarbarum) — qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Rozvə
Rüzvə — İranın İsfahan ostanının Çadigan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,916 nəfər və 1,153 ailədən ibarət idi.
Rüzvə
Rüzvə — İranın İsfahan ostanının Çadigan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,916 nəfər və 1,153 ailədən ibarət idi.
Razgəh (Urmiya)
Razgəh (fars. ‎‎‎‎رزگه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 512 nəfər yaşayır (92 ailə).
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir qaynağa getməniz və oradan su daşımanız lazımdır.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. == Həyatı == Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. == Yaradıcılığı == Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Raven Aleksis
Raven Aleksis və ya Reyven Aleksis (26 yanvar 1987 – 23 mart 2022, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Reyven Aleksis 26 yanvar 1987-ci il tarixində doğulmuşdur. İlk karyerasına 2007-ci ildə modelliklə başlamışdır. Reyven Aleksis 2009-cu ildə şəxsi studiyası olan "Raven Alexis Productions" ilə "Digital Playground" arasında müqavilə imzalamışdır və bu studiya ilə 2010-cu ilin axırına kimi işləmişdir. 2010-cu ildən sonra parodiya janrlı pornoqrafik filmlərdə çəkilir. 8 iyul 2011-ci il tarixindən etibarən porno karyerasına xərçəng xəstəliyi səbəbindən son qoyur və bu xəstəliyi ilə mübarizə aparmağa başlayır. Xərçəng xəstəliyi Reyven Aleksis Kaliforniyada iki övladı ilə yaşayır.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Qreyt-Raqqed-Aylend
Qreyt-Raqqed-Aylend (ing. Ragged Island) ərazisi 23 km2-dir. Baham adalarının cənubunda ada. == Coğrafiya == Qreyt-Raqqed-Aylend Xumentos zəncirinin bir hissəsidir. Aypara formalı zəncir 177 kilometrdən çox uzunluğa maikdir və Rakkun-Ki, Hoq-Ki və Dabl-Brested-Ki kimi tanınan kiçik adaları əhatə edir. == İnzibati bölgü == Qreyt-Raqqed-Aylend Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Dunkan-Taun qəsəbəsidir. Rayonun sahəsi 23 km2, əhalisi isə 70 nəfərdir.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. == Həyatı == Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.
Raşed Əl-Tarmum
Raşed Əl-Tarmum (d. 8 aprel 1999) — Küveytli üzgüçü. Raşed Əl-Tarmum Küveyti 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Raşed Əl-Tarmum birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 117-ci oldu və yarımfinala vəsiqə qazanmadı.
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.