Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Lazlar
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi.Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir. Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır. == Mənbə == Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Razdan
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
Rzalar
Rzalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Rozhlad
Rozhlad ( Rozhald; y.sorb Rozhald) — Almaniyada nəşr olunan sosial-mədəni və ədəbi sorb jurnalı. Yuxarı sorb və Aşağı sorb dillərində nəşr olunmuşdur. Domovina nəşriyyatı tərəfindən nəşr edilirdi. == Tarixi == Jurnalda Sorb xalqının sosial həyatının tarixi və cari mədəni, siyasi problemlərinə dair publisistik məqalələr dərc olunur. Jurnalda şeirlər, esselər, müsahibələr və resenziyalar dərc olunur. Jurnal ilk dəfə 1950-ci ildən nəşr olunub. Nəşr "Łužičan" (1860-1881) və "Łužica" (1882-1937) mədəni jurnallarının birbaşa davamçısı idi. 1952-ci ilə qədər ilk redaktor sorb yazıçısı Ota Viçaz idi. İlk nəşr dövründə jurnal Domovina sorb ictimai və mədəni təşkilatının orqanı idi. Bu dövrün redaksiya heyətinə tanınmış sorb yazıçıları Yuri Brezan və Frido Metşk daxil idi.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. == Həmçinin bax == Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Razdan (dəqiqləşdirmə)
Razdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Razdan çayı — Zəngiçayın erməni dilindəki adı. Razdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Razdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Razdan standionu — İrəvan şəhərində stadion.
Razdan rayonu
Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Razdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Razdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Razdan standionu
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion. == Tarixi == "Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir. Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
Razdan çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. == İdarəetmə == === Güc aqreqatları 1-4 === Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Razgah (Sərab)
Razgah (fars. رزگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 164 nəfər yaşayır (39 ailə).
Razgah (Sərdəşt)
Razgah (fars. ‎‎رازگاه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (36 ailə).
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Təsirsiz qazlar
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Yarımpərdəayaq qazlar
Yarımpərdəayaq qaz (lat. Anseranas semipalmata) — Yarımpərdəayaq qazlar fəsiləsinə aid quş növü.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Raad
Raad-1
Ludoqorets Razqrad PFK
İlk dəfə 2010-11 sezonunda Bolqarıstanın ən üst liqası olan A Grupa'ya çıxmıştır. Ardıcıl beş sezonda çempion olmuş, həmçinin 2011-12 ve 2013-14 sezonlarında Bolqarıstan Kubokunu ve Bolqarıstan Super Kubokunu qazanmaqla tarixi nailiyyət əldə etmişdir. 2015-16 sezonunda Júnior Caiçara'nın Schalke 04 klubuna satışından əldə edilen €4.500.000 klub tarixində alınan ən yüksək transfer gəliri, həmin sezon São Paulo'dan alınan Jonathan Cafu üçün ödənilən €2.200.000 isə ən yüksək transfer xərci olaraq qeydiyyata alınmışdır. == Uğurları == A PFL: Çempion (5): 2011-12, 2012-13, 2013-14, 2014-15, 2015-16Bolqarıstan Kuboku: Çempion (3): 2012, 2014, 2023Bolqarıstan Super Kuboku: Çempion (2): 2012, 2014B PFL: Çempion (1): 2010-11 == Avropada uğurları == Bolqarıstan təmsilçiləri arasında, bir sezonda Avropa kuboklarında ən çox oyun keçirən (16), qəbələ qazanan (9), səfərdə qələbə qazanan (5) klubdur. Həmçinin qrupda məğlub olmadan qrub birincisi olan ilk bolqar klubudur(2013-14 UEFA Avroliqa B Qrupu). Ən iri hesablı qalibiyyətini 2014-15 Çempionlar Liqasının İkinci Turunun ilk oyununda F91 Dudelanjla oyunda (4-0) əldə etmiş, ən iri hesablı məğlubiyyətə isə 2016-17 Çempionlar Liqasının A Qrupunda Arsenal səfərində uğramışdır (6-0). Avrokuboklarda ən çox qol vuran oyunçusu 8 qolla Roman Bezjak, ən çox oyun keçirən isə Svetoslav Dyakov, Cosmin Moti, Marcelinhodurlar (43 oyun). 16 avqust 2017 tarixində yenilənib*2013-14 ve 2016-17 sezonlarında Çempionlar Liqasında məğlub olaraq yoluna UEFA Avropa Liqasında davam etmişdir.
Raznas Milli Parkı
Raznas Milli Parkı (latış. Rāznas nacionālais parks‎) Latviyanın şərqində yerləşir. Milli parkın yerləşdiyi ərazi Latqal yüksəliyinə aiddir. Raznas Milli Parkının ərazisi 59.615 hektardır. Milli park ölkənin Rezeknen diyarına, qismən isə Daqdsk və Ludzen diyarlarına aid olunur. Raznas Milli Parkı «Natura 2000» klassifikasiyasına daxildir. == Ümumi məlumat == 1 yanvar 2007-ci ildə mövcud eyni adlı təbiət parkının statusunun dəyişdirilməsi nəticəsində yaradılmış. Bu dəyişikliyin ideya müəllifi isə Dauqavpils universiteti olmuşdur. Milli park Raznas gölünü qorumaq məqsədi ilə yaradılmış. Raznas gölü sahəsinə görə Latviyanın ikinci böyük gölüdür.