Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cakuren
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Gakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Qakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Rakurs
"Azərbaycanfilm" kinostudiyasının nəzdində, xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında 1988–1991-ci illərdə fəaliyyət göstərmişdir. Sənədli filmlər istehsal etmişdir. Rakurs Studiyasına Teymur Bəkirzadə rəhbər təyin olundu. 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Aşkarlıq aynasında (film, 1989) ("Rakurs" studiyası) Bahardan sonra gələn qış (film, 1989) ("Rakurs" studiyası) Çempion (film, 1990) ("Rakurs" studiyası) El bir olsa... (film, 1989) ("Rakurs" studiyası) Güman (film, 1989) ("Rakurs" studiyası) İcarədarlar (film, 1990) ("Rakurs" studiyası) İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989) ("Rakurs" studiyası) Kross (film, 1989) ("Rakurs" studiyası) Külək haraya əsir? (film, 1989) ("Rakurs" studiyası) Qanadlı şəfavericilər (film, 1990) ("Rakurs" studiyası) Qəhrəman ana (film, 1990) ("Rakurs" studiyası) Qəyyur (film, 1990) ("Rakurs" studiyası) Matəm (film, 1990) ("Rakurs" studiyası) Ordubad (film, 1991) ("Rakurs" studiyası) Ramin (film, 1988) ("Rakurs" studiyası) Sabaha ümidlə baxanlar (film, 1991) ("Rakurs" studiyası) Sağlamlıq mərkəzi (film, 1990) ("Rakurs" studiyası) Salam, metro! (film, 1988) ("Rakurs" studiyası) Sədrin portreti (film, 1989) ("Rakurs" studiyası) Unutma... (film, 1989) ("Rakurs" studiyası) Ümumxalq işi (film, 1989) ("Rakurs" studiyası) Veteran (film, 1991) ("Rakurs" studiyası) Yol maşınları yola çıxır (film, 1990) ("Rakurs" studiyası) Yolunuz uğurlu (film, 1989) ("Rakurs" studiyası) Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Nikolay Kakurin
Nikolay Yevgenieviç Kakurin (rus. Никола́й Евге́ньевич Каку́рин; 4 sentyabr 1883, Oryol – 29 iyul 1936, Yaroslavl) — Rusiya və SSRİ hərbçisi, tarixçisi və publisisti. 1922-ci ildə Buxara-Fərqanə ərazisindəki sovet hərbi birləşmələrinin komandanı kimi basmaçılara qarşı mübarizədə fəal iştirak etmişdi. Üçcildlik "Vətəndaş müharibəsi tarixi"nin əsas müəlliflərindən biridir. Həbsxanada ölmüşdür. Бойко О. Д. Какурін Микола Євгенович // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К.: Наукова думка, 2007. — Т. 4 : Ка — Ком.
"Rakurs" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində, xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında 1988–1991-ci illərdə fəaliyyət göstərmişdir. Sənədli filmlər istehsal etmişdir. Rakurs Studiyasına Teymur Bəkirzadə rəhbər təyin olundu. == Filmoqrafiya == 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Aşkarlıq aynasında (film, 1989) ("Rakurs" studiyası) Bahardan sonra gələn qış (film, 1989) ("Rakurs" studiyası) Çempion (film, 1990) ("Rakurs" studiyası) El bir olsa... (film, 1989) ("Rakurs" studiyası) Güman (film, 1989) ("Rakurs" studiyası) İcarədarlar (film, 1990) ("Rakurs" studiyası) İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989) ("Rakurs" studiyası) Kross (film, 1989) ("Rakurs" studiyası) Külək haraya əsir? (film, 1989) ("Rakurs" studiyası) Qanadlı şəfavericilər (film, 1990) ("Rakurs" studiyası) Qəhrəman ana (film, 1990) ("Rakurs" studiyası) Qəyyur (film, 1990) ("Rakurs" studiyası) Matəm (film, 1990) ("Rakurs" studiyası) Ordubad (film, 1991) ("Rakurs" studiyası) Ramin (film, 1988) ("Rakurs" studiyası) Sabaha ümidlə baxanlar (film, 1991) ("Rakurs" studiyası) Sağlamlıq mərkəzi (film, 1990) ("Rakurs" studiyası) Salam, metro! (film, 1988) ("Rakurs" studiyası) Sədrin portreti (film, 1989) ("Rakurs" studiyası) Unutma... (film, 1989) ("Rakurs" studiyası) Ümumxalq işi (film, 1989) ("Rakurs" studiyası) Veteran (film, 1991) ("Rakurs" studiyası) Yol maşınları yola çıxır (film, 1990) ("Rakurs" studiyası) Yolunuz uğurlu (film, 1989) ("Rakurs" studiyası) == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Namurun mühasirəsi (1914)
Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu. Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər. Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar. Belçikanın müharibə planları,digər güclərin qüvvələrini qovacağı fərziyyəyəsinə söykənirdi.
Rokbrün-Kap-Marten
Rokbrün-Kap-Marten (fr. Roquebrune-Cap-Martin, oks. Ròcabruna Caup Martin) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,33 km², əhalisi — 13 067 nəfərdir (2006) artım tendensiyası ilə: 12 641 nəfər (2012), əhalinin sıxlığı 1354,9 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 12 450 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 12 641 nəfər.
Şapurun Xosrovun yanına qayıtması
Şapurun Xosrovun yanına qayıtması — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Nizami poemada bu epizodu belə təsvir edir: Açıq çəmənlikdə zəngin bəzədilmiş çadır qarşısında saray əyanları və musiqiçilər əyləşmişlər. Təbiətin qoynunda, dağ döşündə kef məclisi qurulmuşdur. Qonaqlara naxışlı qablarda, üzəri sərpuşlarla örtülmüş yemək gətirilmişdir. Saqi qədəhlərə şərab süzür. Nimçələrdə meyvə və müxtəlif yeməklər görünür. Bəzəkli çadırda, qonaqların əhatəsində gənc Xosrov əyləşmişdir.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir. Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır.