Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Ramitən
Ramitən (özb. Romitan) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Ramitəndə 13.940 nəfər yaşamaqda imiş.
Rasores
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Ramzes
Ramzes — Ad. I Ramzes — Misir fironu. II Ramzes — XIX sülalənin III fironu. III Ramzes — Qədim Misir fironu. IV Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. V Ramzes — Qədim Misir çarı. VI Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. XI Ramzes — Qədim Misir fironu.
Ceratocephalus ramosus
Acmella ramosa (lat. Acmella ramosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus ramosus (Hemsl.) Kuntze Spilanthes americana var. ramosa (Hemsl.) A.H.Moore Spilanthes ramosa Hemsl.
Daniya Ramires
Daniya Ramires (8 noyabr 1979, Santo-Dominqo) — Dominikan Respublikasında anadan olmuş aktrisadır. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Maya Herreyra rolu ilə tanınır.
Senecio ramosus
Senecio ramosus (lat. Senecio ramosus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
III Ramzes
III Ramzes (təq. e.ə. 1217, Teben – təq. e.ə. 1155, bilinmir) — Qədim Misir fironu. Təxminən e.ə. 1185–1153 illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == III Ramzesin hakimiyyət illəri Qədim Misir dövlətinin Yeni padşahlıq erasının sonuncu yüksəliş dövrü olmuşdur. Qalibiyyətli müharibələr nəticəsində ölkənin varlığı saxlanılmış və özünün 3000 illik tarixdə sonuncu dəfə yenidən çiçəklənmə dövrünə daxil olmuşdur. == Adı == Xalq III Ramzesə "Ramzes-pa-nuter" deyirdilər.
II Ramzes
II Ramzes (təq. e.ə. 1303 – e.ə. 1213) — eyni zamanda "Böyük" adlandırılan XIX sülalənin III fironu. Hökumranlıq müddəti e.ə. 1279-1213 ci illəri əhatə edən II Ramzes qədim Misirin ən əhəmiyyət kəsb edən və məşhur fironu sayılır. Onun hakimiyyəti zamanı Misir özünün çiçəklənən dövrünü yaşamışdır. Onun diplomatik səyləri Misirin 50 il qonşuları ilə sülh və firavanlıq içində yaşamasına səbəb olmuşdur. == Şəxs kimi == II Ramzes I Seti və Tuyanın oğludur. Güman edilir ki onun gənc yaşında vəfat etmiş Nebxasetnebet adlı qardaşı və Tia adlı bacısı olmuşdur.
IV Ramzes
IV Ramzes (e. ə. XII əsr, bilinmir – ən geci e.ə. 1145, bilinmir) — Qədim Misir fironu. III Ramzesin oğlu. E.ə. təxminən (e.ə. 1156-e.ə. 1150) illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == Sinay yarımadasında adı tapılmış sonuncu Misir çarı.Ondan sonra Sinay qəpiklerinin istehsalı dayandırıldı.
I Ramzes
I Ramzes (e. ə. XIII əsr – təq. e.ə.
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Proprioseiopsis amotus
Proprioseiopsis amotus (lat. Proprioseiopsis amotus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis amotus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
VI Ramzes
VI Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1136) — Qədim Misir fironu. III Ramzesin oğlu.Hakimiyyətə V Ramzesi devirərək gəlmişdir.E.ə 1142-1135-ci illərdə hökümdarlıq edib. == Dövründə == Misirdə liviyalıların yeni üsyanı nəticəsində daxili çəkişmələr güclenir. Güman ki, bu illərdə yeni infeksion xəstəlik epidemiyası yayılmışdır. İmperiya Nubiyanı çıxmaq şərti ilə bütün xarici torpaqlarından məhrum olur. Mumiyası Çarlar diyarında dəfn edilir.
V Ramzes
V Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1145, Teben) — Qədim Misir çarı. e.ə təxminən 1146-1142-cı illər arasında hakimiyyətdə olmuşdur. Asiyada misirlilərin olması izlərinin olduğu sonuncu Misir hökmdarı.
XI Ramzes
XI Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1077) — Qədim Misir fironu. Təxminən e.ə. 1105-1178-ci illərdə hakimiyyətdə olmuşdur. İyirminci sülalənin, o cümlədən Yeni padşahlığın son hökmdarı.
Dieqo-Ramires adaları
Dieqo-Ramires adaları (isp. Islas Diego Ramírez) — Adaların ümumi sahəsi 1 km²-dən çoxdur. Horn burnundan cənub qərbdə yerləşir. Şimalda cənuba adalar 8 km məsafədə yerləşir. == Coğrafiya == Arxipelaqın ən böyük adası Bortolomedir. Böyüklüyünə görə ikinci böyük adası Qonsalo adasıdır. Bölgədən keçən gəmilərin çoxu adaların yaxınlığındsn keçir. === İqlimi === Adaların iqlimi rütübətli və yağışlıdır. Orta aylıq temperaturu +3,2°S (iyul-avqust) +7,5 °S (yanvar-fevral), orta +5,2 °S. Yayda 94 mm (oktyabr) - 137 mm (mart), ümumən isə 1368 mm olur. Yayda əsasən yağıntılar yağış, qışda isə qar halında düşür.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Nataliya Ramos
Nataliya Nora Ramos Koen (ing. Nathalia Norah Ramos Cohen; 3 iyul 1992, Madrid) — ABŞ aktrisası.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Rameş Zəkiyev
Rameş Gülverdi oğlu Zəkiyev (27 iyun 2001; Şahağac, Astara rayonu, Azərbaycan – 15 oktyabr 2020; Hacıməmmədli, Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa çatdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi.
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Serxio Ramos
Serxio Ramos (30 mart 1986[…]) — Pari Sen-Jermen FK-nın müdafiəçisi. == Uğurları == === Klub === Real Madrid İspaniya La Liqası Qalib (5): 2006/07, 2007/08, 2011/12, 2016/17 İspaniya Superkuboku Qalib (4): 2008/09, 2012/13, 2017/18, 2019/20 İspaniya Kral Kuboku Qalib (2): 2010/11,2013/14 Çempionlar Liqası Qalib (4): 2013/14,2015/16,2016/17,2017/18 Klublararası Dünya Çempionatı Qalib (4): 2014, 2016, 2017, 2018 UEFA Superkuboku Qalib (3): 2014/15, 2016/17, 2017/18 PSJ Fransa Liqa 1 Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23 === Şəxsi === === Milli === İspaniya U-19 U-19 Avropa Çempionatı Qalib (1): 2004 İspaniya Avropa Çempionatı Qalib (2): 2008, 2012 Dünya Çempionatı Qalib (1): 2010 == Karyerası == === Seviliya === Karyerasına Sevilya FK-da başlayıb. Burada 2003-2004 sezounda 5 oyunda meydana çıxdı. Ancaq heç bir qol vura bilmədi. Növbəti sezon da da Sevilya Futbol Kulubunda oynadı. Bu mövsümdə 23 oyun keçirən Ramos 2 qolla yadda qaldı. Sevilya ilə ilk qolunu 26 iyul 2004-cü ildə Real Sosyedad ilə oynanılan oyunda vurub.Matç Sevilyanın 2-1 hesablı üstünlüyü ilə qurtardı. === Real Madrid === 2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olundu. O, Real Madridin kapitanı səviyyəsinə yüksəlib. İlk mövsümündə 4 qol vurub.