Rameş Zəkiyev

Rameş Gülverdi oğlu Zəkiyev (27 iyun 2001; Şahağac, Astara rayonu, Azərbaycan15 oktyabr 2020; Hacıməmmədli, Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Rameş Zəkiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri
Dəfn yeri Şahağac
Vətəndaşlığı
Atası Gülverdi Zəkiyev (1979–2011)
Anası İlhamə Zəkiyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2020
Rütbəsi Əsgər
Vəzifəsi Minaatan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdam döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Ağdamın azad olunmasına görə" medalı — 2021

Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur.[1] 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa çatdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Doğulduğu Astara rayonu Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində İkinci Qarabağ müharibəsi şəhidi Rameş Zəkiyevin xatirəsi əbədiləşdirilib.[3]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.