Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. == Həyatı == Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Cyperus haspan
Cyperus haspan (lat. Cyperus haspan) — cilkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Gaspar Rubio
Gaspar Rubio Meliá (14 dekabr 1907 Serra, Valencia, İspaniya - 3 yanvar 1983 Mexiko, Meksika) İspaniyalı futbolçu və məşqçi. 1921-ci ildən 1927-ci ilə qədər olan dövrdə İspaniya yığmasında keçirdiyi 4 oyuna 9 qol vurmuşdur.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Jordi Qaspar
Jordi Qaspar (23 aprel 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Qaspar bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir. Hal-hazırda Fransa U-19 millisinin üzvüdür. == Klub karyerası == === Lion === Qaspar əsas komanda ilə debütünü 27 sentyabr 2016-cı ildə etmişdir. O, Sevilya klubu ilə qarşılaşmada 71 dəqiqə meydanda mübarizə aparmış və Raşid Gezzal ilə əvəz olunmuşdur. Həmin görüşdə Olimpik Lion UEFA Çempionlar Liqasının qrup mərhələsində rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. === Monako === Qaspar Lionla peşəkar müqavilə şərtləri ilə bağlı razılığa gələ bilmədikdən sonra Monako klubunun şərtlərini qəbul edərək, 16 iyun 2017-ci ildə klub ilə üç illik müqavilə imzalamışdır. === Serkl Brügge === Qaspar mövsüm sonuna qədər Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubuna icarəyə verilmişdir.
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923 – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…] və ya 1926) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. == Erkən həyatı == Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Passat cərəyanları
Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır. == Xüsusiyyətləri == Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir.Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Qaspar Abey
Qaspar Abey (fr. Gaspard Abeille; 1648, Riez, Provans — Alp — Kot d'Azur — 22 may 1718, Paris) — fransız din xadimi, yazıçı, lirik şair və dramaturq. Fransız Akademiyasının üzvü (1704-cü ildən, kafedra 19). == Haqqında == Gənc ikən Provansdan Parisə köçdü. Katib vəzifəsində çalışmış və onunla mənəvi mövzularda söhbətlər etməyi xoşlayan, Lüksemburqlu Fransa marşalı Fransua Henri de Montmorensinin himayədarı olmuşdur. Ölümündən sonra müvəqqəti olaraq hərbi lider, Vendome hersoqu Lui Cozef de Burbonun xidmətinə keçdi. Sonra Normandiya əyalətinin baş katibi olub. 1670-ci ildən Arles Akademiyasının üzvü olub.1704-cü ildə Fransa Akademiyasının üzvü seçildi. Elə həmin il kral onu Klermon-Ferrandakı Notr-Dam de la Mersi monastırının abbatı təyin etdi. O, əvvəlcə öz adı ilə faciələr, şeirlər, nəsrlər yazdı, sonra mənəvi vəziyyətinin ədəbi yaradıcılıqla uyğunsuzluğu tənqidindən yayınmaq üçün əsərlərinin bir hissəsini aktyor Jan-Fransua Juvenon de la Tuileries adı ilə yazdı (1650–1688).