Heltay Qaşpar (əsl adı:Kaspar Helth[4]; mac.Gáspár Heltai; 1510[1][2][…] – 1574[1][3][…], Kluj-Napoka) — Yazıçı və rəssam.[5][6] Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir.
Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır.[7] Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir.[8] Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir.[9] Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.[10]