Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kastor
Kastor - Əkizlər bürcünün α ulduzu. Adını mifologiyadakı əkiz döyüşçülərdən biri olan Kastordan almışdır. Digəri olan Polluks Əkizlər bürcünün β ulduzudur. Çılpaq gözlə Kastor tək görünsə də müasir teleskoplarla onun əslində üç ulduzdan ibarət olduğunu müşahidə etmək olar. Bu ulduzlar sıra ilə Kastor A, B və C adlandırılmışdır. Daha da maraqlısı bu üç ulduzun hər birinin spektroskopik qoşa ulduz olduğu kəşf edilmişdir. Yəni əslində Kastor altı ulduzdan ibarət bir sistemdir. Alpha Geminorum (α Geminorum, qısaldılmış Alpha Gem, α Gem) olaraq ifadə edilən Castor, Əkizlər bürcünün ən parlaq ulduzu və gecə səmasındakı ən parlaq ulduzlardan biridir. Baxmayaraq ki, 'Alfa' identifikatoruna malikdir, Beta Geminorum'dan (Pollux) daha zəifdir. Kator , James Pound tərəfindən 1718-ci ildə qoşa ulduz kimi qeydə alınmışdır.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Ramstor Körpüsü
Ramstor körpüsü (rəsmi olaraq Ramstor Arch Bridge adlandırılır) — Qazaxıstanın Astana şəhərindəki İşim çayını əhatə edən bir kəmər körpüsüdür. 2007–2008-ci illər arasında İşim çayını keçən yol körpüsü kimi inşa edilmişdir. == Tarixi == Körpünün inşasına 30 aprel 2008-ci il tarixində başlanılmışdır. 1 dekabr 2008-ci ildə tamamlanmış və körpü 2 dekabr 2008-ci ildə istifadəyə verilmişdir. Ramstor körpüsünün göyərtəsi körpünün misilsiz tağından asılan kabellər tərəfindən dəstəklənir. Körpünün inşası zamanı çayda müvəqqəti bir polad konstruksiyanın göyərtə hissələrini dəstəkləmək üçün torpaq bir təpə yaradıldı. Qazaxıstandakı bu gözəl körpünün uzunluğu 180 metr, eni 50 metr və hündürlüyü 60 metrdir. Körpünün tikinti dəyəri 472 milyon dollardır. Körpünün orijinal dizaynı onu Astanada məşhur bir cazibə mərkəzinə çevirdi.Körpünün göyərtəsi hər biri 10 ilə 14 metr uzunluğunda 19 hissədən ibarətdir. Körpüdə nəqliyyat vasitələri üçün hər istiqamətdə üç zolaq vardır.Bu tikilinin memarı NPO Mostovik OOO, dizayneri isə IHI şirkətidir.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. == Qısa təsviri == Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Madlen Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.
Medelin Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.
Nensi Astor
Nensi Viçer Lenqhorn Astor, Vikontessa Astor (ing. Nancy Witcher Langhorne Astor, Viscountess Astor; 19 may 1879[…] – 2 may 1964[…]) — Böyük Britaniya İcmalar palatasının ilk qadın üzvü == Bioqrafiya == Amerikalı milyonçu Çizuell Lenqhornun qızı. Gənc yaşında ilk həyat yoldaşı ilə boşandıqdan sonra Böyük Britaniyaya köçmüşdür orada sənayəçi sülaləsindən olan media-maqnat Vilyam Uoldorf Astora ərə getmişdir. === Siyasi karyerası === Ledi Astor 1919-cu ildə İcmalar Palatasının deputatı oldu və ümumilikdə 25 il parlamentdə işlədi. O, ailə və qadınların sosial problemlərinə böyük diqqət yetirirdi və alkoqola qarşı çıxış edənlərdən idi. Parlamentdəki ilk çıxışında alkoqolu bütün problemlərin əsası olduğunu söyləmişdir, 1923-cü ildə isə yalnız 18 yaşına çatan şəxslərə spirtli içkilərin satışı haqqında qanun layihəsi ilə çıxış etmişdir. Həmçinin dünya siyasətinə fəal maraq göstərirdi. Əvvəlcə Nensi və onun əri Böyük Britaniyanın baş naziri olan Nevill Çemberleni dəstəkləyirdilər və nəyin bahasına olursa-olsun nasist Almaniya ilə sülhün bərpa edilməsinin tərəfdarları idilər, amma Britaniya 1939-cu il sentyabrın 3-də İkinci Dünya Müharibəsinə daxil olduqdan sonra, Çemberlenin hökumətinin nasizmə qarşı passiv münasibətlərinin tənqidçiləri oldular. Lakin Astor Vinston Çörçillin siyasətini də dəstəkləmirdi. 1945-ci ildə Astor müharibədən sonrakı ilk seçkilərdə öz namizədliyini irəli sürmədi və ömrünün son iki onilliyini siyasətdən kənarda keçirtdi.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Yakob Astor
Yakob Astor (ing. John Jacob Astor IV; 13 iyul 1864[…] – 15 aprel 1912[…], Titanik) — "Titanik" gəmisinin birinci sinif sərnişinlərindən biri.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.