Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reveşie
Reveşie (gürc. რეშევიე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1300 m hündürlüktə, Suxumidən 84 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 377.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Equisetum arvense
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Lolium arvense
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Raznıe adaları
Raznıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. Kara dənizini ərazisində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 1 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. Böyük ada 1,7 km uzunluğa və 650 m enə malikdir. Kiçik ada isə 600 m uzunluğa və 250 m enə malikdir. Ən hündür nöqtəsi 11 metrdir. Bu yüksəklik Boyük adada yerləşir. Digər adada isə yüksəklik yoxdur.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Trifolium arvense
Tarla yoncası (lat. Trifolium arvense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Tvente FK
Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş məşqçisi Stiv Maklaren, prezidenti isə Yop Münstermandır. "Tvente"nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda - "SK Enshede" və "Enshedes Boys"un birləşməsindən sonra "Tvente" klubu fəaliyyət göstərməyə başlayıb. "Tvente" Niderland çempionu ola bilməsə də, onun sələfi "SK Enshede" 1926-cı ildə qızıl medallara yiyələnib. "Tvente" adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl surətdə beş il ərzində "Tvente" ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə "Tvente"nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.
Tvente Universiteti
Tvente Universiteti (nid. Universiteit Twente) — Niderlandın Enshede şəhərində universitet; sosial sferada innovasiya hazırlamalarının tətbiqinə yönəlmiş akademik universitetdir. Universitetin tarixi 1961-ci ildən başlayır. Həmin il Tvente Ali Texniki Məktəbinin yaradılması haqqında qərar qəbul edilmişdir. Bu həmin vaxt Niderlandda müasir texnologiyalar üzrə ixtisaslaşan üçüncü ali məktəb idi. Kimyaçı Qerrit Berkhof ilk rektor olub. 1964-cü ildə ali məktəbin birinci dörd fakültəsi ilk 200 tələbəni qəbul edib. Ali məktəb 1986-cı ildən rəsmən Tvente Universiteti kimi fəaliyyət göstərir. Universitetin nüfuzlu bakalavr, magistr və doktorantura proqramları elmi tədqiqat institutları ilə sıx qarşılıqlı əlaqə nəticəsində hazırlanıb və onların bazasında həyata keçirilir. Hazırda universitetdə təxminən 8500 tələbə təhsil alır.
Mnemion arvense
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Rene
Rene — ad. Rene Genon — fransız filosof, mistik yazıçı. Rene İgita — Kolumbiyalı futbolçu Rene Kassen — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi Rene Defonten — fransız botaniki Rene Russo — ABŞ aktrisası. Rene Rillon — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Vaqner (üzgüçü) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Dekart — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Rene Laennek — fransız həkimi və anatomu Rene O'Konnor — Amerika pop və ritm-end-blüz müğənnisi. Rene Uellek — Çexiyalı-Amerikalı ədəbiyyatşünas, tənqidçi Rene Koti — 1954–1959 illərdə Fransa Respublikasının 17-ci prezidenti.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Ma Venqe
Ma Venqe (27 mart 1968) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Venqe Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Renik Ceyms
Renik Ceyms (21 avqust 1987) — Belizli cüdoçu. Renik Ceyms Belizi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Renik Ceyms birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Naurunun nümayəndəsi Ovini Uera ilə üz-üzə gəldi. Həmin görüşdə Renik Ceyms rəqibinə 0:100 hesabı ilə uduzdu.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
520 Park Avenue
520 Park Avenue — Nyu-York şəhərinin Manhetten bölgəsinin qərbindəki Park Avenue-da yerləşən göydələndir. Bina memar Robert A.M. Stern tərəfindən hazırlanmışdır. Binanın tikintisi 450 milyon dollara başa gələcək. The tower will be completed by 2017. Qüllənin tikintisi 2017-ci ildə başa çatacaq. Bu Zekendorf inkişafıdır. == Dizayn == Sternin işlərinin bir çox kimi bu binada yeni klassika üslubundadır. Sternin əsarlərinin bir çoxu kimi, məsələn 15 Central Park West kimi bu binanın da xarici görünüşü əhəngdaşı ilə işlənmişdir. 520 Park Manhettendə Stern tərəfindən işlənib hazırlanmış, 30 Park Place və 220 Central Park South qoşulan üç göydələnlərdən biri olacaq. == Gözəllik == Binaya uşaq bağçası, uşaq oyun otağı, hovuz və idman sağlamlıq mərkəzi daxildir.
Avenir Beggen FK
Avenir Beggen FK — Lüksemburqun futbol klubu. == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.
Rəbiə Bala Xatun
Rəbia Bala Malhun Hatun (Osmanlı türkcəsi : ربيعه بالا خاتون; 1258 – yanvar 1324, Söğüt, Biləcik ili) — Osmanlı imperiyasının qurucusu Osman Qazinin həyat yoldaşı və Şeyx Ədəbalinin qızıdır. O, Osmanlı İmperiyasının birinci vəziri Ələddin Paşanın anasıdır. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Ədəbəlinin qızı mənbələrdə müxtəlif adlarla çağırılır. Şeyx Ədəbalinin qızı Uric tarixində "Rabia", Aşıkpaşazadə, Neşri, Rüstəm paşa və Lütfi Paşanın əsərlərində "Mal/Malhun" kimi. İlk Osmanlı tarixçilərindən biri olan Âşıkpaşazadə, Mal/Malhun Hatunu Şeyx Ədəbalinin qızı kimi təsvir edir və Osmanın yuxusunu böyük bir dövlətin doğulmasının müjdəçisi kimi yozan Şeyx Edebalinin ona qızını verdiyini qeyd edir; O, Orxan bəyin də onun oğlu olduğunu bildirir. O, həmçinin əlavə edir ki, Şeyx Edebali və Mal Hatun bir-iki ay içində öldülər və onlardan üç ay sonra öləcək Osman bəy hər ikisini öz əli ilə Biləcikdə dəfn etdi. Bu məlumat doğrudursa, Orxanın anasının ölüm tarixi 1324-cü ilə uyğun gəlir. Ancaq Şeyx Ədəbəlinin qızının adını fərqli şəkildə Rəbiə və Bala Hatun kimi qeyd edən tarixçilər var. Lakin Bala Hatun adının yazılışı Mal Hatun yazısının (Kitâb-ı Tevârîh-i Âl-i Osman, vr.
Salman ibn Rəbiə
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 12 mart 624, ərəb. عتبة بن ربيعة‎) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür. Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir. O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır. Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib.
Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة‎) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər. Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.
Rene Bliyar
Rene Bliyar (fr. René Bliard; 18 oktyabr 1932, Dizi[d] – 27 sentyabr 2009, Montröy) — hücümçü mövqeyində oynayan Fransa futbolçusu. Daha çox Fransa klubu "Reyms"in heyətində çıxış etməsi ilə tanınır. Bu klubla o, ümumlikdə altı trofey qazanmış və iki dəfə Çempionlar Kubokunun finalına vəsiqə qazanmışdır. Fransa çempionu (2): 1954/55, 1957/58 Fransa kuboku mükafatçısı: 1957/58 Şarl Draqo kuboku mükafatçısı: 1953/54 Fransa Superkuboku mükafatçısı (2): 1955, 1958 Fransa çempionatının ən yaxşı bombardiri: 1955 Mənbə: "René Bliard". Pari-et-gagne.com (fransız). İstifadə tarixi: 2015-12-30.
Rene Defonten
Rene Luiş Defonten (fr. René Louiche Desfontaines; 14 fevral 1750, Fosse kəndi, Bretan — 16 noyabr 1833, Paris) — fransız botaniki, Fransa Elmlər Akademiyasının prezidenti (1804—1805). Parisdəki "Jardin des Plantes" bağının direktoru olmuşdur. Cours élémentaire, 1796 Flora atlantica: sive historia plantarum quae in Atlante, agro tunetano et algeriensi crescunt (в 2 томах), 1798—1799 Tableau de l'École de Botanique du Muséum d'Histoire Naturelle, 1804 Choix de plantes du Corollaire des instituts de Tournefort, 1808 Histoire des arbres et arbrisseaux qui peuvent être cultivés en..., 1809 Catalogus plantanum horti regii Parisiensis, 1829 Voyages dans les régences de Tunis et d'Alger (fr.
Rene Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.