Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində yerləşən 1883-cü ildə tikilmiş tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Gəncə Realnı məktəbinin binası 1883-cü ildə tikilib və Adil İsgəndərov küçəsi 64 ünvanında yerləşir. Çar Rusiyasının dövründə binada məktəb fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda binadan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştirak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.
Reallon
Reallon (fr. Réallon, oks. Realon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05114. 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1980-ci ildə qış və yay turizminin inkişafına imkan verən xizək kurortu inşa edildi.
Reali
Reali — tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali — müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
Reana
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
3D Realms
3D Realms (rəsmi adı Apogee Software) — amerikalı naşir və kompüter oyunları hazırlayan şirkətdir. 1987-ci ildə təsis edilmişdir və ABŞ-nin Texas ştatının Qarland şəhərində yerləşir. Şirkət ən çox Druk Nukem seriya oyunlarının hazırlanması, eləcə də Commander Keen oyunlar seriyasının və id Software tərəfindən hazırlanan Wolfenstein 3D oyunlarının nəşri və proqram təminatının sərti pulsuz yayılma modelinin populyarlaşdırılması ilə məşhurdur.
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
Melano Melanson
Melano Co Melanson (ing. Melanie Jo Melanson ; d. 1 noyabr, 1974-cü il, Massaçusets ştatı, Midlseks, Vubern) — Massaçusets ştatı, Middlesex qraflığı, Voburnadan olan itkin düşmüş bir yeniyetmə. O, 27 oktyabr 1989-cu ildə bir ziyafətdə olarkən itib. Əvvəlcə müstəntiqlər onun Floridaya qaçdığına inanırdılar.Lakin, həm rəhbər orqanlar, həm də xüsusi müstəntiq tərəfindən aparılan sonrakı araşdırmalar heç bir nəticə vermədi. O, valideynlərinin mütəmadi dava etməsi və narkotik maddə asılılığı səbəbindən əvvəllər evdən qaçmışdı. Melanson itkin düşdüyü vaxt nənəsi ilə birlikdə yaşayırdı, bununla belə, valideynləri ilə əlaqə saxlayırdı. O, 27 oktyabr 1989-cu ildə bir şənlikdə iştirak etmək istədi. İtkin düşdüyü gün Melanson və dostu məktəbdən erkən ayrılıb evə getməyə qərar verdilər. Həmin gecə o, nənəsinə dostunun (dostu qapı qonşusu idi) evində gecələyəcəyini dedi.
Mia Melano
Mia Melano (2 may 2000, Sietl, Vaşinqton) — amerikalı pornoaktrisa. Pornoqrafiya karyerasına ilk dəfə 7 avqust 2018-ci ildə başlamışdır. Mia 2 may 2000-ci ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Kiçik yaşlarında məktəbin voleybol və tennis komandalarında oynadı. 12 yaşında porno izləməyə və duşda masturbasiya etməyə başladı. Xüsusilə lezbiyan videoları izləyirdi. Pornoqrafiya sənayesinə girməmişdən əvvəl Sietlda yerləşən restoranda ofsiant olaraq işlədi. İlk dəfə 2018-ci ildə - 18 yaşında olarkən videoya çəkildi. Mia baytarlıqdan məzun olduqdan sonra Vixen şirkətinin sahibi ilə görüşüb 1 illik müqavilə imzaladı. 2019-cu ildə Vixen Angel oldu.
REAL
Real və ya REAL bu mənaları ifadə edə bilər: Respublikaçı Alternativ Partiyası — Azərbaycanda siyasi partiya. Real (albom) — L'Arc-en-Ciel qrupunun musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — Azərbaycan televiziya kanalı.
Reao
Reao (fr. Reao) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 1350 km şərqdədir. Atollun sahəsi 9 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Reao kommunasına daxildir. Reaoda ilk məskunlaşma b.e. I əsrində baş vermişdir. Reao ilk dəfə 1822-ci ildə fransız dənizçisi Louis Isidore Duperre tərəfindən kəşf edilmişdir. XIX əsrin ortalarında Manqareva adasından gələn misionerlər tərəfindən əhalisi xristianlaşdırılmışdır.
Reno
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Braziliya realı
Braziliya realı (Portuqalca: Real brasileiro; ISO 4217: BRL) - Braziliyanın rəsmi pul vahididir. R$ kimi işarə olunur. 1 Braziliya realı 100 centavoya bərabərdir. 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Braziliya realı = 0.307102 ABŞ dolları.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Peano aksiomaları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Peano aksiomları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
RealD 3D
RealD 3D, RealD tərəfindən hazırlanmış və satılan rəqəmsal stereoskopik proyeksiya texnologiyasıdır. Bu, müasir kinoteatrlarda 3D filmlərə baxmaq üçün ən çox istifadə edilən texnologiyadır. RealD 3D 2015-ci ilin iyun ayına kimi 72 ölkədə təxminən 1200 sərgi iştirakçısı tərəfindən dünya üzrə 26.500-dən çox auditoriyada quraşdırılmışdır. RealD 3D kinoteatr texnologiyası stereoskopik görüntü proyeksiyası yaratmaq üçün dairəvi qütbləşmiş işıqdan istifadə edən qütbləşmiş 3D sistemdir. Dairəvi qütbləşmənin xətti qütbləşmədən üstünlüyü ondan ibarətdir ki, tamaşaçılar ikiqat və ya qaralmış şəkilləri görmədən başlarını əyərək təbii şəkildə səhnəyə baxa bilirlər. Bununla belə, digər sistemlərdə olduğu kimi, başın hər hansı əhəmiyyətli əyilməsi yalançı paralaksa səbəb olr və beynin stereoskopik görüntüləri düzgün birləşdirməsinə maneə yaradır. Yüksək dəqiqlikli, rəqəmsal kino səviyyəsindəki video proyektor növbə ilə sağ və sol göz çərçivələrini proyeksiya edir və onlar arasında saniyədə 144 dəfə keçid edir. ZScreen adlanan təkan-çəkmə elektro-optik maye kristal modulyator, hər bir çərçivəni növbə ilə qütbləşdirmək üçün proyektorun obyektivinin tam qarşısında yerləşdirilib. Çərçivələri sağ göz üçün saat əqrəbi istiqamətində və sol göz üçün saat əqrəbinin əksi istiqamətində dairəvi şəkildə qütbləşdirir. RealD Cinema-da titrəməni azaltmaq üçün hər kadr üç dəfə proqnozlaşdırılır ki, bu sistem də üçlü flaş adlandırılır.
Vlada Ralko
Vlada Ralko (ukr. Влада Ралко; 3 yanvar 1969, Kiyev) — ukraynalı rəssam. 1994-cü ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Women In Arts mükafatının laureatıdır (2019). Vlada Ralko 1969-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Taras Şevçenko adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1994-cü ildə Milli Təsviri İncəsənət və Memarlıq Akademiyasının rəssamlıq bölməsindən məzun olmuşdur (Professor Vladimir Şatalinin rəssam emalatxanası). Ümumukrayna İncəsənət Triennalesi mükafatının laureatıdır (2001). Vlada Ralko Ukraynada və ölkə xaricində keçirilən sərgilərdə iştirak edir. Ralkonun işləri Lincoln Center (Nyu-York, ABŞ), Rebellminds qalereyasında (Berlin, Almaniya), Kunstlerhous (Vyana, Avstriya), Saatchi Gallery (London, Böyük Britaniya) və digər yerlərdə sərgilənmişdir.
Reyno fenomeni
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir. 15–30 yaşlı qadınlarda başlayır, trofik pozğunluqlar nadir hallarda rast gəlir. Dırnaq yatağı kapillyaroskopiyasında və seroloji müayinədə dəyişiklik yoxdur.
Reyno sindromu
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir. 15–30 yaşlı qadınlarda başlayır, trofik pozğunluqlar nadir hallarda rast gəlir. Dırnaq yatağı kapillyaroskopiyasında və seroloji müayinədə dəyişiklik yoxdur.
Franklin Delano Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[…] – 12 aprel 1945[…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945). == Həyatı == Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu.
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Reyno de Navarra
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.