Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erdisia
Corryocactus (lat. Corryocactus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin kaktuskimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Corryocereus Frič & Kreuz. === Heterotipik sinonimləri === Erdisia Britton & Rose Eulychnocactus Backeb.
Pedirka
Pedirka (ing. Pedirka Desert) — Cənubi Avstraliya ərazisində yerləşən elə də böyük olmayan səhra. Təqribi olaraq Odnadatta şəhərindən 100 km şimal-qərbə və 250 km Kuber-Pedidən isə şimal-şərqdə qərarlaşır. Səhranın sahəsi 1250 km² təşkil edir. Səhra Finke biocoğrafi regionuna daxildir. Qumları mavi-qırmızı rəngdədir. Səhrada Acacia aneura akasiya növü bitir. Dyunları alçaqdır və laralel olaraq yerləşir. Səhra təbiət sevərlər arasında məşhur deyildir.
Qradişka
Qradişka (bosn. Bosanska Gradiška, serb. Градишка / Gradiška, xorv. Bosanska Gradiška) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Serb Respublikasına daxil olan eyni adlı icmasının və subregionun inzibati mərkəzidir. Banya Luka bölgəsindən şimalda yerləşir. Qradişka dəniz səviyyəsindən 92 m yüksəklikdə yerləşir. Şəhər Serb Respublikasının ən əhəmiyyətli sərhəd keçidlərindən birinə sahibdir. İcma 762 km² ərazisi olan Liev və Podkozarye ərazisini tutur. Coğrafi cəhətdən Krajinanın şərq bölgəsində yerləşir.
Rekista
Rekista (fr. Réquista, oks. Requistar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12197. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Edişa
Edişə (Cəlilabad)
Rekista (kanton)
Rekista (fr. Réquista) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1225. Rekista kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Rekista kommunasıdır. 2006-cı ildə əhalinin sayı 4 997 nəfər təşkil edirdi.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Radika çayı
Radika — Makedoniya Respublikasının qərbində çay. Radika Qara Drin çayının sağ qolu olub Srni-Kamen və Çafa-Kadis çaylarının birləşməsi nəticəsində formalaşır. Çayın uzunluğu 52 km-dir. Əgər mənbəni Srni-Kamen hesab etsək, bu zaman çayın ümumi uzunluğu 70 km olacaq. Srni-Kamen (Qara daş) öz başlanğıcını Vrasa silsiləsinin şimal yamaclarından, Şar dağlarının cənub ətəklərində yerləşən Vrasa zirvəsindən (2582 m) götürür. Çay öncə Gora bölgəsindən keçməklə qərbə doğru axır, Vrasunu dolandıqdan sonra kəskin olaraq cənuba dönür və sonda Çafa-Kadis çayı ilə birləşir. Çafa-Kadis çayı isə Vrasa silsiləsinin cənub ətəklərindən və Manqulova-Kula dağının şimal yamacından formalaşaraq qərbə doğru axır. Niçipur-Planina dağının şimal yamacından keçərək Srni-Kamen ilə birləşir. Radikanın yuxarı axarı 8 km uzunluğa malikdir. Axım nizamlayıcı işlər nəticəsində çayın bu hissəsi Egey dənizi hövzəsinə aiddir.
Redina adası
Redina adası (bolq. остров Редина, ‘Ostrov Redina’ \'os-trov 're-di-na\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqda yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 280 m, eni 130 metrdir. Robert adasından 20 m məsafədə yerləşmişdir. Ada Qərbi Bolqarıstanda yerləşən Redina şəhərinin adını daşıyır. Redina adası 62°21′16″ c. e. 59°41′02″ q. u.
Qradişka–Banya Luka avtomagistralı
Qradişka–Banya Luka avtomagistralı (serb. Autoput Gradiška–Banja Luka / Аутопут Градишка — Бања Лука) — Bosniya və Herseqovinadakı avtomobil yolu, Qradiska şəhərini Banya Luka şəhəri ilə birləşdirən E661 Avropa marşrutunun bir hissəsidir. Buraya dörd qovşaq (Maxovlyanska, Krnete, Berek və çatrne) və iki tunel (Laktaşi və Klaşniçe) daxildir. Ümumi uzunluğu 32,1 km-dir. Maxovlyanskaya döngəsi 15 may 2012-ci ildə nəqliyyat üçün açılıb, onun Doboya əlavə çıxışı var. Qovşağındakı Krnete döngəsində Aleksandrovas, Berek döngəsində Novu Topolaya, Çatrne döngəsində Kozarska-DubiKa-Qradiska avtomobil yoluna çıxış var. 16 mart 2015-ci il tarixindən etibarən yolda gediş haqqı ödənişlidir. Gediş haqqı 2 ilə 10 konvertasiya markası (1 avrodan 5 avroya qədər) dəyişir. Avtomobil yolunun tikintisinə 2004-cü il sentyabrın 8-də başlanılıb. Planlaşdırılan tamamlama tarixi əvvəlcə 2008-ci il olub, lakin Klaşnikadan Maxovlyana qədər olan yolun 5,6 km hissəsi yalnız 2011-ci ildə açılıb.
Cey Cey Redik
Conatan Kley Cey Cey Redik (24 iyun 1984, Kukvill[d], Tennessi) — NBA-də mübarizə aparmış amerikalı beşəkar basketbolçu. 2006-cı il NBA seçmələrində ilk turda 11-ci sıradan Orlanda Mecik tərəfindən seçilmişdir.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir. Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.