Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oksidləşmə-reduksiya reaksiyaları
Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə vaxti elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya tərsinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.
Reduksiya (ortopedik cərrahiyyə)
Reduksiya — sınığı və ya çıxığı düzgün vəziyyətə qaytarmaq üçün cərrahi əməliyyat. "Reduksiya" termininin mənası hər hansı bir aradan qaldırma və ya kəmiyyət azalması demək deyil, əksinə bərpanı nəzərdə tutur: (re - "geri, başlanğıc vəziyyətə" + ducere – "aparıcı/gətirmək") — yəni "normal vəziyyətə gətirir”. Sümük sındıdan sonra qırıqlar yerdəyişmə nəticəsində hamarlığını itirir. Qırılan sümüyün heç bir deformasiya olmadan sağalması üçün sümük parçaları yenidən öz normal anatomik vəziyyətinə uyğunlaşdırılmalıdır. Ortopedik cərrahiyyə yerdəyişməni azaltmaqla sınıq sümüyün normal anatomiyasını yenidən yaratmağa çalışır. Reduksiya prosesi qısa müddət ərzində şiddətli ağrılı ola bildiyindən, adətən qısa təsirli anesteziya, sedativ və ya sinir bloku altında aparılır. Qiriq hissəcikləri quraşdırıldıqdan sonra, reduksiya, gipslərin tətbiqi, dartma və ya plitələr, vintlər və ya digər implantlar vasitəsilə saxlanılır, bu da öz növbəsində xarici və ya daxili ola bilər. Reduksiya "qapalı" və ya "açıq" cərrahiyyə üsullarla ola bilər: Qapalı reduksiya — sümük parçalarına cərrahi məruz qalmadan yığmaq. Açıq reduksiyada — sınıq hissəcikləri toxumaların parçalanması ilə cərrahi olaraq müəyyən edilir.
Deduksiya
Deduksiya (ing. Deduction; lat. deuctio) — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə (əqli nəticə) üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: "Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur".
Redaksiya
Redaksiya (lat. redactus (redactio) — qaydaya salınma, səhmana salınmış) 1) mətbuatda, radio və televiziyada əsərin müəllifin əsərlərinin nüsxəsi üzərində kağızların redaktorun iş prosesi (redaktə). Redaksiya müəllifin fərdi üslubunu saxlamaqla, əsərin məzmun və formasını təkmilləşdirməkdən ibarət yaradıcı prosesdir. Redaksiya şərti olaraq siyasi, ədəbi və elmi növlərə ayrılır; 2) mətnşünaslıqda ədəbi və ya elmi əsər mətninin müəllif, yaxud redaktor tərəfindən təshih edilib yenidən işlənmiş, təkmilləşdirilmiş variantı. Redaksiya zamanı əsərin yalnız dil və üslubu, süjet və kompozisiyası deyil, ideya istiqaməti, nəzəri müddəaları da dəyişikliyə uğraya bilər. Bu halda yaranan yeni mətnə əsərin yeni redaksiyası deyilir; 3) kütləvi təbliğat və informasiya vasitələri sistemində (qəzet, jurnal, radio və televiziya verilişləri, ensiklopediya, nəşriyyat, kino və s.) inzibati idarə; 4) redaktor heyəti; 5) nəşretmə, satış, yayım, məqalələrin və s. qəbulu ilə məşğul olan kontor, yer və ya şəxslər. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Respublika Xatirə Kitabı (redaksiya)
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
Priazovski kray qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.