Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luis Xorxe Rivera Errera
Luis Xorxe Rivera Errera — Puerto-Riko ətraf mühit fəalı. 2016-cı ildə Şimal-Şərqi Ekoloji Dəhliz (CEN) təbiət qoruğunun mühafizəsindəki fəaliyyətinə görə Qoldman Ətraf Mühitin Mühafizəsi Mükafatına layiq görülüb. == Fəaliyyəti == Luis Xorxe Rivera Errera Truxillo Altoda (San-Juan yaxınlığındakı ərazi) doğulub böyüyüb və bütün həyatı boyu Puerto-Rikoda yaşayıb. Səkkiz yaşında o, buldozerlərin dörd nəsildir ailəsinə məxsus olan fermanı məhv etdiyini gördükdən sonra ətraf mühiti qorumaq qərarına gəlir. Bu torpaq Puerto-Riko hökuməti tərəfindən kanalizasiya təmizləyici qurğusu tikmək üçün müsadirə edilir. Onun sözləri ilə desək: “Qərar verdim ki, böyüyəndə ətraf mühitin mühafizəsi ilə bağlı bir işdə oxuyub işləyəcəm”. O, Puerto-Riko Universitetində ətraf mühiti öyrənmiş və daha sonra ətraf mühitin planlaşdırılması üzrə magistr dərəcəsi almışdır. Erkən uşaqlıqdan Luis ekoloji mübarizədə iştirak edir. Universitetdə o, Las Kabesas de San Xuan təbiət qoruğuna səfər təşkil edir. Məzun olduqdan sonra o, San Xuanda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində işləmiş və daha sonra “Dayanıqlı İnkişaf Təşəbbüsü” adlı təşkilatın həmtəsisçisi olmuşdur.
Bemera
Hedera
Daşsarmaşığı (lat. Hedera) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Daşsarmaşığının 16 növü var: Hedera algeriensis Hibberd Hedera azorica Carrière Hedera canariensis Willd. — Kanar daşsarmaşığı, Şimali Afrikanın Kanar adalarında, Portuqaliya və İrlandiyada bitir. Hedera caucasigena Pojark. Hedera colchica (K.Koch) K.Koch — Kolxida daşsarmaşığı, Qafqazda, Himalay dağlarında, Yaponiyada bitir. Hedera cypria McAll. Hedera helix L. — Adi daşsarmaşığıtypus, Qərbi Avropada, Qafqazda bitir. Hedera hibernica (G.Kirchn.) Carrière Hedera iberica (McAll.) Ackerf. & J.Wen Hedera maderensis K.Koch ex A.Rutherf.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Hetera
Hetera (yun. ἑταίρα — rəfiqə) — Qədim Yunanıstanda sərbəst həyat tərzi sürən, və ya fahişə. İlk əvvəllər kənizlər arasından, sonra isə həm də azad qadınlardan olurdu Məşhur heteralar həm də yaxşı təhsilli idilər. Əvvəlcə bu termin Qədim Yunanıstana aid edilirdi, daha sonra isə digər mədəniyyətlərə də ümumiləşdirildi. == Qədim Yunanıstan heteraları == E. ə. VII əsrdə Yunanıstanda Yaponiyadakı geyşalara bənzər qadınlar mövcud idi, onlar təkcə seksual xidmət göstərməklə kifayətlənmirdilər, həm də onlarla intellektual söhbət aparmaq olurdu. Heteralar yaxşı təhsilli və ağıllı qadınlar idi, onlar öz dövrünün tanınmış xadimləri ilə yaxınlıq edirdilər. Heteralar fahişələrlə “pornayi” səhv salınmamalıdır. Onların sosial statusu yüksək idi. Heteralar kişiləri əyləndirir, həmdərd olur və onların biliklərini zənginləşdiridi.
Həkəri
Həkəri (çay) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Həkəri (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. Həkəri (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Meyera
Enydra (lat. Enydra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Oedera
Oedera (lat. Oedera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oedera capense Druce Oedera capensis (L.) Druce Oedera conferta (Hutch.) Anderb. & K.Bremer Oedera epaleacea Beyers Oedera foveolata (K.Bremer) Anderb. & K.Bremer Oedera genistifolia (L.) Anderb. & K.Bremer Oedera hirta Thunb. Oedera imbricata Lam. Oedera laevis DC. Oedera multipunctata (DC.) Anderb. & K.Bremer Oedera nordenstamii (K.Bremer) Anderb. & K.Bremer Oedera resinifera (K.Bremer) Anderb.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Rennera
Rennera (lat. Rennera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rennera eenii (S.Moore) Källersjö Rennera limnophila Merxm.
Reseda
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Rezeda
Rikeza
Rikeza (port. Riqueza) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4343 nəfərdir. Ərazisi 190,279 кm²-dir. Əhalinin sıxlığı 22,8 nəfər/кm²-dir.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Venera
Venera — qadın adı.
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Peker
Pekər, Peker — ad, soyad.
Pekər
Pekər, Peker — ad, soyad.
Rekha
Rekha (tam. பானுரேகா கணேசன், hind. भानुरेखा गणेशन, ing. Bhanurekha Ganesan; 10 oktyabr 1954, Çennai) — hind aktrisası, müğənni. == Həyatı == Rekhanın əsl adı Banurekha Qaneşandır. 10 oktyabr 1954-cü ildə Hindistanda anadan olmuşdur. İki dəfə ailə həyatı qurub. Atası Qemini Qaneşan aktyor, anası Teluqu Puşpavalli aktrisadır. 12 yaşından filmlərə çəkilir. 1988-ci ildə "Qisas yanğısı" filminə çəkilmişdir.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.