Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roslin kapellası
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). == Tampliyer-mason məbədi == İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Roslin kapellası kilsəsi
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). == Tampliyer-mason məbədi == İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Rosalia
Rozaliya Vila Tobella (isp. Rosalía Vila Tobella, ləqəbi: Rosalía; 25 sentyabr 1992, San-Esteve-Sesrovires[d][…]) — İspaniya müğənnisi, aktrisası.
Rossiya
Rossiya (aviaşirkət) — Rusiyada fəaliyyət göstərən aviaşirkət. "Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Abram Roxlin
Abram Benyaminoviç Roxlin (1881, Lutsk, Volın quberniyası[d] – 30 iyul 1941, Moskva) — menşevik dövlət xadimi, Sentrokaspi Diktaturası dövründə ərzaq komissarı idi. == Həyatı == 1881-ci ildə, Lutsk şəhərində anadan olmuşdur. Menşevik təşkilatının üzvü olmuş, duma sözçüsü olmuşdur. 1930-cu illərdə kommunal sektorda çalışmışdır. 27 sentyabr 1937-ci ildə həbs olunmuş, 1941-ci ildə güllələnmişdi. Qəbri Moskvadadır. == Ailəsi == Henriyetta Emmanuilovna Levenson (ö. 1923) ilə evli idi. Henriyettanın atası Emmanuel Solomonoviç Levenson Bakı "Nəşriyyatçılar İttifaqı"nın əsasını qoymuşdu. Bir övladları olmuşdur: Vladimir Roxlin — riyaziyyatçı alim.
Boschniakia rossia
Carex rossii
Carex rossii (lat. Carex rossii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Eucalyptus rossii
Eucalyptus rossii (lat. Eucalyptus rossii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Sisleytaniya) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
Lev Roxlin
Lev Roxlin (rus. Рохлин, Лев Яковлевич; 6 iyun 1947, Aralsk, Qızılordu vilayəti – 3 iyul 1998) — Rusiya Silahlı Qüvvələrinin general-leytenantı == Həyat == Lev Roxlin 6 iyun 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirmişdir. === Vəfatı === Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb. Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb.
Rossiya (aviaşirkət)
"Rossiya" (rus. ОАО Авиакомпания «Россия», OAO Aviakompaniya "Rossiya") — Rusiyada fəaliyyət göstərən aviaşirkət. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşdir.
Rossiya 1
Rossiya 1 (rus. Россия 1) — Rusiyanın ölkəmiqyaslı dövlət telekanalı. "Ümumrusiya Dövlət Televiziya və Radioyayımı Şirkəti (rus. Всероссийская государственная телевизионная и радиовещательная компания)"nin tabeliyindədir. Rusiya hökumətinin maraqlarına xidmət edən telekanallardan biridir.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Vladimir Roxlin
Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim. == Həyatı == 1919-cu ildə Bakı şəhərində doğulmuşdur. Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı. 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır. Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir. == Ailəsi == Abram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur.
Ommatophoca rossii
Adi ross suitisi (lat. Ommatophoca rossii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin ross suitisi cinsinə aid heyvan növü. İngilis səyyahı Ceyms Rossun şərəfinə adlandırılmışdır. == Ümumi məlumat == Ross suitisi Antraktidanın digər növlərinə nisbətən kiçikdirlər. 2 metr uzunluğa və 200 kq çəkiyə malikdirlər. Dəri altı piy qatı yaxşı inkişaf etmişdir. Çox kök olurlar. Ümumi rəngi tünd-qəhvəyi və ya tam qara. 20 il ömür sürürlər. Ross suitisi qeyri-adı növ sayılır və az öyrənilmişdir.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Ageratina rosei
Ageratina rosei (lat. Ageratina rosei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aldo Rossi
Aldo Rossi (it. Aldo Rossi; 3 may 1931[…], Milan[…] – 4 sentyabr 1997[…], Milan) — italyan memar, dizayner və nəzəriyyəçi. == Həyatı == Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakultəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi. 1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur == Neo-Rasional cərəyanı == Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır.
Rosio Kampicli
Rosio Kampicli (d. 6 avqust 1994; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Rosio Kampicli Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Rosir Kalderon
Rosir Kalderon — kubalı qadın voleybolçu. 1984-cü ildə dekabrın 28-i paytaxt Havanada anadan olmuşdu. 1978-ci il dünya çempionatında çempionluq yaşamış Erenia Diazın qızıdır. Hal-hazırda Dinamo Krasnodarın şərəfini qoruyur. == Karyerası == Rosir 2002-ci ildən etibarən Kuba millisinə düzənli olaraq çağrılır. 2009-cu ildən etibarən isə milli komanda ilə demək olar ki, heç bir matça çıxmır. Voleybolçu bu müddətdə 65 dəfədən çox milli komandasının formasını tərlətmişdi. Onun millidəki ən böyük uğuru 2004 Yay Olimpiya Oyunlarında olmuşdu. Afinada keçirilən turnirdə komandasının yaşadığı üçüncülük sayəsində olimpiya bürüncünü boynundan asmışdı. 2011-ci ildə Qalatasaray ilə anlaşan voleybolçu karyerasında ilk dəfə olaraq Türkiyədə legioner həyatı yaşamışdı.
Rouli adası
Rouli adası (ing. Rowley Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1090 km²-dir. Sahil xəttinin uzunluğu 219 km-dir. Ada uzunsovdur, uzunluğu 70 km (cənub-qərbdən şimal-şərqə) və eni isə 7-20 km-dir. Qumlu sahil zonasından ada tədricən adanın mərkəzi hissəsində hündürlüyü 67 m-ə qədər olan dar və düz yaylaya yüksəlir. Rouli adası Foks Körfəzində Baffin Torpağından 48 km cənub-qərbdə yerləşir. Ən yaxın adalar: Kox adası 10 km şimalda, Brey adası şərqdə yerləşir. Adada yaşayış olmamasına baxmayaraq, Şimal Xəbərdarlıq Sisteminin və Avtomatik Meteoroloji Stansiyasının bir hissəsi olan avtomatik erkən xəbərdarlıq radar stansiyası yerləşir.
Senecio rosei
Senecio rosei (lat. Senecio rosei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sergio Rossi
Sergio Rossi (31 iyul 1935, San-Mauro-Paskoli[d], Emiliya-Romanya – 2 aprel 2020, Çezena, Emiliya-Romanya) — İtaliyalı dizayner. "Sergio Rossi" adlı lüks ayaqqabı markasının yaradıcısı. == Həyatı == Sergio Rossi 31 iyul 1935-ci ildə Emiliya-Romanya regionunun San Mauro Pascoli şəhərində doğulub. İtaliyalı dizaynerə 2020-ci ilin martında koronavirusa yoluxma diaqnozu qoyulub və o, Çezenada xəstəxanaya yerləşdirilib. S.Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. == Fəaliyyəti == O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi"ni yaratdıqdan sonra məşhurluq qazanıb.