Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Romanyo
Romanyö (fr. Romagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38343. Kommunanın 1999-cu il üçün əhalisi 1 235 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna [[Paris]j]dən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Rosanae
Aleksey Romanov
Aleksey Mixayloviç Romanov (Tişayşi) (rus. Алексей Михайлович Романов (Тишайший), Aleksey Mixayloviç Romanov (Tişaşiy), mənası – "Ən sakit"; Алеѯі́й Мїха́иловичъ, Rusca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪkˈsʲej mʲɪˈxajləvʲɪtɕ]]]; 19 (29) mart 1629, 17 (27) mart 1629, 10 (20) mart 1629 və ya 29 mart 1629, Moskva – 29 yanvar (8 fevral) 1676 və ya 8 fevral 1676, Moskva) — Romanovlar sülaləsindən ikinci Rusiya çarı. Aleksey, Romanov sülaləsinin 1613-45 arasında hökm sürən ilk çarı Mixail idi. On altı yaşında taxta çıxmazdan əvvəl, qayını Boris İvanoviç Morozov'dan, ancaq oxuyub yazacaq qədər, səthi bir təhsil aldı. Hökmdarlığının ilk illərində dövlət işlərini Morozov idarə edirdi. Amma maliyyə böhranın və duz vergisinin artırılması nəticəsi olaraq 1648-ci ildə Moskvada bir qiyam çıxınca, Aleksey, Morozovu sürgünə göndərmək məcburiyyətində qaldı.Bundan sonra Şahzadə N. I. Odoyevski, Patriarx Nikon, Afanasi Lavrentyeviç Ordin-Naşçokin, Matveyev kimi danışmanlarının təklifi istiqamətində 1649da serfliği meşrulaştıran qanunlar (Sobornoye Uloojeniye) çıxardı. 1654-67 arasında Polonya'yla, 1656-61 arasında İsveçli müharibələr idi. Ukraynanın Dinyeper Çayının və Kiyevdə şərqində qalan hissəsini (1667) aldı. Ayrıca, Nikon'un Rus Ortodoks Kilsəsində əhəmiyyətli bir məzhəb bölünməsinə gətirib çıxaran islahatlarını dəstəklədi. 1662'de şəhərlərdə baş verən qiyamı və 1667-71də Stenka Razin liderliyindəki kəndli ayaklanmasıyla doruğa çatan xalq hərəkətlərini basdırdı.
Ernst Romanov
Ernest İvanoviç Romanov (9 aprel 1936, Serov, Sverdlovsk vilayəti – 25 fevral 2024, Sankt-Peterburq) — Rusiya aktyoru. Ernest Romanov 9 aprel 1936-cı ildə Sverdlovsk vilayətində anadan olub. Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1957). 1957-ci ildən Rostov-Na-Donu, Ryazan, Estoniya, Latviya, 1969-cu ildən Sankt Peterburq, 1971-ci ildən A. S. Puşkin adına Akademik Teatrda, 1974-cü ildən Lenfilm kinostudiyasında çalışıb. Rusiyanın xalq artistidir. Birisigün, gecəyarısı...
Mixail Romanov
Mixail Aleksandroviç (rus. Михаи́л Алекса́ндрович, 22 noyabr (4 dekabr) 1878[…], Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 13 iyun 1918 və ya 12 iyun 1918, Perm) ― böyük knyaz, imperator III Aleksandrın oğlu, II Nikolayın kiçik qardaşı. General-leytenant. Mixail 22 dekabr 1878-ci ildə imperator III Aleksandrla, imperatriça Mariya Fyodorovnanın beşinci övladı olaraq dünyaya gəlmişdir. 1 noyabr 1894-cü ildə III Aleksandr 49 yaşında vəfat edir və böyük oğlu Nikolay taxta çıxır. 1899-cu ilədək II Nikolayın vəliəhdi qardaşı Qeorqi idi. Ancaq 28 iyun 1899-cu ildə Qeorqi Aleksandroviçin vərəm xəstəliyi səbəbi ilə ölümündən sonra rus taxt-tacının vəliəhdi Mixail olur. O bu titulu 12 iyul 1904-cü ilə, II Nikolayın oğlu Alekseyin doğumuna qədər daşıyır. Birinci dünya müharibəsi başladıqdan sonra Mixail 24 avqust 1914-cü ildən əsasən, "Vəhşi diviziya" kimi tanınan Qafqaz yerli atlı diviziyasına rəhbərlik etməyə başlayır. 4 fevral 1916-cı ildə Kavaler korpusunun komandirliyinə gəlir.
Romanov qoyunu
Romanov qoyunu — Rusiyanın yuxarı Volqa bölgəsindən gələn ev qoyunu növüdür. Romanov adını, eyni adı daşıyan qəsəbədən götürmüşdür. Bu qoyunlara ilk dəfə XVIII əsrdə Rusiya xaricində rast gəlindi. Tezliklə Almaniyaya, daha sonra isə Fransaya idxal edildi. 1980-ci ildə Kanada hökuməti tərəfindən 14 qoyun və 4 qoç alındı və 5 il karantində saxlanıldı. Testdən sonra, Romanov cinsinin bir qismi ABŞ-yə gətirildi. Bu qoyunlar, soyuq iqlimə adaptasiya edilmişdir. Romanovlar, Şimali Avropa qısa quyruqlu qoyun irqlərindəndir. Dünyaya gəldiklərində təmiz qara olurlar, ancaq qocaldıqca rəngləri sürətlə boza çalır. Bir erkək Romanovun orta ağırlığı 55–80 kiloqram və bir dişi Romanovun orta ağırlığı 40–50 kiloqramdır.
Romanov tomaresi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.
Sergey Romanov
Sergey Romanov (29 aprel (11 may) 1857, Çarski Selo, Sankt-Peterburq quberniyası[d] – 4 (17) fevral 1905, Moskva) — qubernator.
Roanok koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.
Romano dili
Romano dili ya Romanlu dili İranın Qəzvin ostanında yaşayan bir qrup qaraçıların dilidir ki, Romano ya Romanlu adlanırlar.
Romano Şmid
Romano Şmid (27 yanvar 2000[…], Qras) — Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. 27 yanvar 2000-ci ildə Qratsda anadan olub. Şmid Şturm Qrats akademiyası vasitəsilə inkişaf etmişdir. Şmid öz peşəkar karyerasında debütünü 28 may 2017-ci ildə Volfsberger klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Fabian Koçu əvəz etmişdir. Bundesliqa görüşündə Şturm rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. O, 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada meydana çıxan ilk futbolçu olmuşdur. O, karyesında ilk qolunu 30 iyul 2017-ci ildə Austriya Vyana klubuna qarşı oyunda vurmuşdur. O, 86-cı dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Şmid həmçinin 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada qol vuran ilk futbolçudur.
Rosane Evald
Rosane Evald (27 avqust 1973) — Braziliyalı atıcı. Rosane Evald Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Rosane Evald birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 51-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yosano Akiko
Yosano Akiko (Shinjitai: 与謝野 晶子, seiji: 與謝野 晶子; 7 dekabr 1878[…], Sakay[d], Osaka prefekturası – 29 may 1942[…]) — yapon yazıçısı, şairi, qabaqcıl feminist, pasifist və sosial islahatçıların son dövrlərində fəal olan Meinin təxəllüs adı ilə tanınan Doğulanda adı Şō Hō (鳳 志やう, Hō Shō) idi. O, Yaponiyanın ən məşhur və ən mübahisəli post-klassik qadın şairlərindən biridir. Yosano Osaka yaxınlığındakı Sakay şəhərində tacir ailəsində anadan olub. 11 yaşından o, şirniyyat növü olan yokan istehsal edən və satan ailə biznesini idarə edən ailə üzvündən biri idi. Erkən uşaqlıqdan o, ədəbi əsərləri oxumağa həvəs göstərirdi və atasının geniş kitabxanasından bədii əsərlər oxuyurdu. Orta məktəb şagirdi kimi o, müəllifi olduğu "Myojō" (Parlaq Ulduz) poeziya jurnalına abunə olmağa başladı. Myōjō-nin redaktoru Tekken Yosano ona "tanka" poeziyasını öyrətdi, mühazirə oxumaq və seminarlarda dərs vermək üçün Osaka və Sakai səfərlərində onunla görüşdü və daha sonra da evləndilər. Yosano 24 yaşında evləndi və 13 uşağı oldu, onlardan 11-i yetkinlik yaşına qədər yaşadı. İki şair birlikdə Tokio ətrafında yeni həyata başladılar və 1901-ci ildə evləndilər. Tekken Akiko ilə tanış olduqdan sonra evləndilər və bir il sonra həyat yoldaşı onu tərk etdi.
İrvinq Losano
İrvinq Losano, tam adı İrvinq Rodriqo Losano Bayela (30 iyul 1995, Mexiko) — Meksikalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Meksika milli komandasının oyunçusu. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının və 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısı. O, Çaki ləqəbi ilə də tanınır. Lozano karyerasına "Paçuka" klubunda başlayıb, 2016 "Klausura" və 2016–17 "CONCACAF Çempionlar Liqası"nın qalibi olub. "Paçuka"da 152 oyunda meydana çıxıb və komandanın heyətində 44 qol vurub. 2017-ci ilin iyununda o, Hollandiyanın "PSV Eyndhoven" komandası ilə müqavilə bağladı və Hollandiyadakı ilk mövsümündə Erediviziyanın qalibi və eyni zamanda komandanın bombardiri oldu. 2019-cu ildə Lozano 42 milyon avroya "Napoli" klubuna transfer edilir. Bu transfer onu bütün zamanların ən bahalı meksikalı oyunçusu edir.
Aleksey Mixayloviç Romanov
Aleksey Mixayloviç Romanov (Tişayşi) (rus. Алексей Михайлович Романов (Тишайший), Aleksey Mixayloviç Romanov (Tişaşiy), mənası – "Ən sakit"; Алеѯі́й Мїха́иловичъ, Rusca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪkˈsʲej mʲɪˈxajləvʲɪtɕ]]]; 19 (29) mart 1629, 17 (27) mart 1629, 10 (20) mart 1629 və ya 29 mart 1629, Moskva – 29 yanvar (8 fevral) 1676 və ya 8 fevral 1676, Moskva) — Romanovlar sülaləsindən ikinci Rusiya çarı. Aleksey, Romanov sülaləsinin 1613-45 arasında hökm sürən ilk çarı Mixail idi. On altı yaşında taxta çıxmazdan əvvəl, qayını Boris İvanoviç Morozov'dan, ancaq oxuyub yazacaq qədər, səthi bir təhsil aldı. Hökmdarlığının ilk illərində dövlət işlərini Morozov idarə edirdi. Amma maliyyə böhranın və duz vergisinin artırılması nəticəsi olaraq 1648-ci ildə Moskvada bir qiyam çıxınca, Aleksey, Morozovu sürgünə göndərmək məcburiyyətində qaldı.Bundan sonra Şahzadə N. I. Odoyevski, Patriarx Nikon, Afanasi Lavrentyeviç Ordin-Naşçokin, Matveyev kimi danışmanlarının təklifi istiqamətində 1649da serfliği meşrulaştıran qanunlar (Sobornoye Uloojeniye) çıxardı. 1654-67 arasında Polonya'yla, 1656-61 arasında İsveçli müharibələr idi. Ukraynanın Dinyeper Çayının və Kiyevdə şərqində qalan hissəsini (1667) aldı. Ayrıca, Nikon'un Rus Ortodoks Kilsəsində əhəmiyyətli bir məzhəb bölünməsinə gətirib çıxaran islahatlarını dəstəklədi. 1662'de şəhərlərdə baş verən qiyamı və 1667-71də Stenka Razin liderliyindəki kəndli ayaklanmasıyla doruğa çatan xalq hərəkətlərini basdırdı.
Aleksey Nikolayeviç Romanov
Aleksey Nikolayeviç Romanov (rus. Алексе́й Никола́евич; 12 avqust 1904, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın yeganə oğlu.
II Nikolay Romanov
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], RSFSR[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
Mixail Fyodoroviç Romanov
Mixail Fyodoroviç Romanov (rus. Михаи́л Фёдорович Рома́нов, 12 iyul 1596 – 13 iyul 1645, Moskva, Çar Rusiyası) — Rusiyanın Romanovlar sülaləsindən olan ilk hökmdarı. Mixail Fyodoroviç Romanov 1596-cı ildə boyar Fyodor Nikitiç və Kseniya İvanovnanın yeganə oğlu kimi dünyaya gəlib. O Rusiyanın Ryurikoviç sülaləsindən olan sonuncu çarı İvan Qroznının üçüncü oğlu Fyodor İvanoviçə qohumluğu çatırdı. Romanovlar sülaləsinin banisi Nikita Romanoviç Zaxarin-Yuryev uzun mûddət çar sülaləsinə ən yaxın adamlardan biri olub və ailəsi ilə birgə dövlətdə önəmli vəzifələr tutub. Ancaq Fyodor İvanoviçin ölümündən sonra başlayan və Rusiya tarixində hakimiyyət uğrunda mübarizə, hərcmərclik, İsveçlə müharibə ilə səciyyələnən və "qeyri-müəyyən dövr" adlanan zaman kəsiyi (rus. Смутное время) sülalə üçün acınacaqlı olur. Beləki çariça İrina Fyodorovnanın qısa müddətli hakimiyyətindən sonra taxta gələn Boris Qodunov üçün Romanovlar ailəsi hakimiyyət uğrunda əsas rəqiblərdən hesab edilirdi. Buna görə o 1601-ci ildə Nikitiç Romanoviç Zaxarin-Yuryenin oğulları Fyodor, Aleksandr, Mixail, İvan və Vasilini rahibliyə uyğun olaraq taraş edərək ailələri ilə birgə Şimali Uralda yerləşən Nırob şəhərinə sürgün edir. Fyodor və İvandan başqa digər qardaşlar kiçik aralıqlarla 1602-ci ildə vəfat edirlər.
Mixail Nikolayeviç Romanov
Mixail Nikolayeviç Romanov (13 oktyabr 1832, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 18 dekabr 1909, Kann) — imperator I Nikolayın dördüncü və sonuncu oğlu, general-feldmarşal, Qafqaz canişini. Mixail Nikolayeviç Romanov Qafqaz canişini (6.12.1862-27.07.1881).
Hritrik Roşan
Hrithik Roşan (10 yanvar 1974, Bombey) — məşhur hind aktyorudur.
Kristi Karlson Romano
Kristi Karlson Romano (ing. Christy Carlson Romano) - ABŞ aktrisası və ifaçısıdır. Kristi Karlson Romano 20 mart 1984-cü ildə Konnektikut ştatının Milford şəhərində doğulmuşdur. Şeron Karlson və Entoni Romanonun qızıdır. İki bacısı və bir qardaşı olmaqla, ailədə dörd övladdan biridir. "Orange Ave Elementary School" məktəbini bitirdikdən sonra Nyu Yorkda yerləşən "Professional Children's School" adlı təhsil müəssisəsinə qəbul olur. Kristi burada aktyor peşəsini öyrənərkən ailəsi Corciya ştatında yerləşən Aatlanta şəhərinə köçür. 1996-cı ildə başlayaraq televiziya serialları və filmlərdə rol alır. 2002-ci ildə "Disney Channel" kanalının eyni vaxtda üç proektlə məşğul olan ilk aktrisası olur. Kim Possibl animasiya serialındakı "Kim Possibl" personajını səsləndirərək böyük uğur əldə edir.