II Nikolay Romanov (18 may 1868[1], Puşkin[d], Rusiya imperiyası[5] – 17 iyul 1918[2][3], Yekaterinburq, Perm quberniyası[d], Sovet Rusiyası[d][6]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı.[10]
II Nikolay | |
---|---|
rus. Николай II Александрович | |
| |
Polşa kralı[d] | |
1 noyabr 1894 – 5 noyabr 1916 | |
Əvvəlki | III Aleksandr |
Şəxsi məlumatlar | |
Doğum adı | Николай Александрович |
Doğum tarixi | 18 may 1868[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1918[2][3] (50 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d][7] |
Dəfn yeri | |
Atası | III Aleksandr[5][8] |
Anası | Mariya Fyodorovna[5] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Rusiya İmperator Ordusu |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar.[11]
Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib. Nikolayın hərtərəfli təlim-təhsil prosesi ümumilikdə 13 il davam edir. Təhsilin ilk səkkiz ilində siyasi tarix, rus ədəbiyyatı, eləcə də ingilis, alman və fransız dillərinə xüsusi diqqət ayrılır.
Tədris proqramının son 5 ili isə əsasən dövlət işləri üçün zəruri olan hərb sənətinin öyrənilməsinə, hüquqi və iqtisadi təhsilə sərf olunur. Əsasən tarixi ədəbiyyatı oxumağı sevən Nikolayın tədrisdənkənar əsas məşğuliyyəti fotoşəkil çəkmək idi. Gənc Nikolayın idealı isə Çar Aleksey Mixayloviç Tişayşiy olub.
II Nikolay 1884-cü ildə tanış olduğu şahzadə Alesiya Qessenskaya ilə 1894-cü ilin aprelində nişanlanır. Elə həmin ilin noyabr ayının 14-də isə kilsədə baş tutan pravoslav dini ayini ilə Alesiya Qessenskaya Aleksandra Fyodorovna adını qəbul edir. Növbəti illərdə isə cütlüyün qızları Olqa, Tatyana, Mariya və Anastasiya, oğulları Aleksey dünyaya gəlir.
Nikolay Romanov hərbi və siyasi karyerasının ilk iki ilində zabit kimi orduda xidmət edir. Sonrakı iki ildə isə süvari polkunda eskadron komandiri vəzifəsini icra edir. 1892-ci il avqust ayının 6-da II Nikolay polkovnik rütbəsinə yüksəldilir. Elə bu illərdən başlayaraq Nikolay atasının da istəyi ilə ölkənin idarə edilməsində yaxından iştirak etməyə başlayır. Belə ki, o, Nazirlər Kabinetinin toplantılarında iştirak edir. 1892-ci ildə imperiyanın Yollar naziri S. Y. Vittenin təklifi ilə dövlət idarəçiliyi sahəsində təcrübə qazanmaq üçün Transsibir dəmiryolu tikintisi üzrə komitənin sədri təyin olunur. Artıq 24 yaşlı Nikolay hərtərəfli və təhsilli bir şəxsiyyət kimi formalaşırdı. Daha sonra N. Romanov atasının onun sərəncamına verdiyi kreyserlə uzaq Şərqə səfər edir. Nikolay Romanov səfər çərçivəsində getdiyi Yaponiyada sui-qəsdə məruz qalır və yaralanır.[12] Onun həmin zaman geyindiyi və sui-qəsd aktı nəticəsində qana bulanmış köynəyi hal-hazırda Ermitajda saxlanılır.
1896-cı ilin may ayının 14-də atasının ölümündən sonra II Nikolayın tacqoyma mərasimi keçirilir. Yeni çar taxta çıxdıqdan dərhal sonra xalq arasında artan narazılıqları aradan qaldırmaq üçün güc tətbiq edir. Asiyaya xüsusi diqqət ayıran ilk rus çarı olan II Nikolay Transsibir dəmiryolunun inşası ilə yaxından maraqlanır. Rusiyanın Yaponiyanın da müəyyən ərazilərə sahib olduğu Koreyada nüfuzunu qorumaq və gücləndirmək istiqamətindəki cəhdləri Rus-yapon müharibəsinin (1904–1905) başlanmasında mühüm rol oynayır. Bu müharibədə Rusiyanın uğradığı məğlubiyyət II Nikolayın Rusiyanı Çin, Tibet və İranı nəzarət altında saxlayan böyük bir Avrasiya imperiyasına çevirmək xülyasının üstündən xətt çəkməklə yanaşı, imperiya əhalisinin narazılığının artması və 1905-ci il inqilabı ilə nəticələnir.[13]
Rusiya imperiyası II Nikolayın dövründə iqtisadi baxımdan müəyyən inkişaf mərhələsi keçir. Bunda çarın ölkədə apardığı bir sıra islahatların mühüm rolu olur. Belə ki, II Nikolayın göstərişi ilə 1897-ci ildə Rusiyada əhalinin siyahıyaalınması keçirilir. Nəticədə ölkədə 125 milyon insanın yaşadığı və onlardan 84 milyon nəfərinin ana dilinin rus dili olduğu məlum olur. Siyahıyaalma nəticəsində imperiya əhalisinin 21%-nin savadlı olduğu da müəyyən edilir. Elə həmin il ölkədə pul islahatı həyata keçirilir və rublun qızıl standartı müəyyən edilir. II Nikolay iqtisadi siyasətində atası kimi ölkədə fəhlə sinfinin problemlərinə xüsusi diqqət yetirir. Onun hakmimiyyəti illərində dövrünün ən mütərəqqi işçi qanunverilciliyi hazırlanır. Sözügedən qanuna görə, yüz nəfərdən çox işçisi olan fabrik və zavodlarda pulsuz tibbi xidmət göstərilirdi ki, bu da imperiya üzrə 70% təşkil edirdi. 1903-cü ildə istehsalatda bədbəxt hadisə zamanı iş qabiliyyətini qismən və ya tamamilə itirən işçilərə təzminat və təqaüd ödənilməsinə dair qanun qəbul edilir. 1906-cı ildə II Nikolayın fərmanı ilə imperiyada fəhlə həmkarlar ittifaqları yaradılır. 1912-ci il 23 iyun tarixli fərmana əsasən isə ölkədə işçilərin xəstəliyə və bədbəxt hadisələrə qarşı məcburi sığortası həyata keçirilir. Rusiya fabrik və zavodlarında zəhmətkeşlərə ödənilən əmək haqqı hətta Avropa ölkələrində fəhlələrə ödəniləndən yüksək idi. 1900–10-cu illər arsında ölkədə işsizliyin səviyyəsi kifayət qədər aşağı, cəmi 1–2% təşkil edirdi.[14]
1897-ci il iyun 2-də qəbul edilən qanuna görə, ölkədə həftəiçi iş vaxtı 11,5 saat, şənbə günü isə 10 saat müəyyən edilir. 1900-cü il iyun ayının 12-də qəbul edilən qanuna görə isə cinayətkarların cəzalarını çəkmək üçün Sibirə sürgün edilməsi ləğv olunur. II Nikolayın hakimiyyəti illərində imperiyada iqtisadi inkişaf tempi yüksəlir, dəmir yollarının inşası davam etdirilir. Belə ki, əgər 1898-ci ildə Rusiyada salınan dəmiryollarının uzunluğu 44 min km idisə 1913-cü ildə bu göstərici 70 min km təşkil edirdi. Sözügedən dövrdə Rusiya bu göstəriciyə görə dünyada yalnız ABŞ-dən geri qalır. 1902–1905-ci illərdə isə ölkədə aqrar islahatlara dair qanun layihəsi işlənib hazırlanır.
Uzaq Şərqə doğru genişlənmə planları yaponlar tərəfindən qarşısı alınan II Nikolay diqqətini Balkanlara çevirir. Çar Avstriya şahzadəsi Frans Ferdinandın Bosniyada öldürülməsindən sonra müharibənin qarşısını ala bilmək üçün gərgin diplomatik danışıqlar aparmasına baxmayaraq ordudan göstərilən təzyiqlər qarşısında 1914-cü il iyul ayının 30-da ölkədə ümumi səfərbərlik elan etmək məcburiyətində qalır. II Dünya müharibəsi monarxiya hakimiyyətini müvəqqəti gücləndirsə də II Nikolay xalqının ondan gözlədiyi işlərin heç birini yerinə yetirmir.
1915-ci il sentyabr ayının 5-də çar həyat yoldaşı Aleksandranın təhriki ilə atasının qohumu şahzadə Nikolayı vəzifəsindən kənarlaşdıraraq, başkomandan vəzifəsini şəxsən öz üzərinə götürür. Nikolay hərbi qərarlara lüzumsuz müdaxilə etməsə də onun saraydan ayrılması ciddi mənfi nəticələrlə gətirib çıxarır. Çarın səlahiyyətlərini təhvil alan çariça Aleksandra bacarıqlı nazir və zabitləri vəzifədən kənarlaşdıraraq, əvəzinə Rasputinin namizəd kimi irəli sürdüyü bacarıqsız şəxsləri gətirməsi və sarayın xəyanət içərisində olduğu fikrinin əhali arasında yayılması çar ailəsinə qarşı bəslənən ədavəti daha da gücləndirir. Mühafizəkarların monarxiyanın gələcəyini xilas etmək ümidi ilə II Nikolayı taxtdan endirmə planları qurması və Rasputinin 1916-cı ilin dekabrında öldürülməsi belə Nikolayın vəziyyətinin ciddiliyini anlayaraq, zəruri tədbirləri görməyə sövq etmir.
1917-ci il mart ayının 8-də Sankt Peterburqda (o vaxtkı Petroqrad) başlayan üsyandan sonra II Nikolay şəhərin komandanına sərt tədbirlər görməsini əmr edərək, asayişi bərpa etmək üçün şəhərə əlavə qoşun qüvvələri göndərir. Ancaq hadisələrin qarşısının alınmaması nəticəsində II Nikolay ordunun da dəstəyini alan Dumanın çağırışı ilə razılaşaraq, 1917-ci il mart ayının 15-də Pskovda qardaşı Mixail Romanovun lehinə taxtdan əl çəkir. Ancaq Mixailin taxt-tacdan imtina etməsi ilə Rusiyada min illik monarxiya dövrü başa çatır.
Çar II Nikolay və ailəsi Georgi Lvovun sədrliyi ilə müvəqqəti hökumət dövründə Tsarskoye Seloda nəzarətdə saxlanılır. Onun ailəsi ilə birlikdə İngiltərəyə göndərilməsi planlaşdırılsa da daha sonra bu qərardan vaz keçilir. Bolşevik inqilabından bir qədər əvvəl isə çar təhlükəsizlik tədbiri çərçivəsində ailəsi ilə birlikdə Qərbi Sibirə – Tobolska göndərilir. Bolşevik inqilabı baş verdikdən sonra isə çar və ailəsi 1918-ci ilin aprelində Yekaterinburqa gətirilir. Bolşeviklərə qarşı mübarizə aparan Ağ Ordu qüvvələrinə bağlı Çex legionunun bölgəyə yaxınlaşması və çarı xilas etmə ehtimalı baş qaldırdıqda isə bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılır.
O dövrdə bolşeviklərin liderlərindən olan Yakov Yurovskinin SSRİ-nin son illərinə qədər məxfi saxladığı sənədlər əsasında 1991-ci ildə II Nikolayın basdırıldığı yeri müəyyən etmək mümkün olur. Sovet İttifaqının süqutundan sonra 1998-ci ildə keçirilən dövlət mərasimi ilə II Nikolayın meyiti Peterburqda dəfn edilir. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilir. 2008-ci il oktyabr ayının 1-də isə Rusiya Ali Məhkəməsi çar ailəsinin öldürülməsinin haqsız siyasi təzyiq nəticəsində olduğuna, dolayısı ilə cinayətə qurban getdiyinə qərar verir. Beləliklə, 1918-ci ildə qətlə yetirilən çar 2008-ci ildə bəraət alır.
II Nikolay | |
---|---|
rus. Николай II Александрович | |
| |
Doğum tarixi | 18 may 1868[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1918[2][3] (50 yaşında) |
Vəfat yeri |
|
Kanonlaşdırılıb | 2000 |
Əsas məbədi | Bütün Müqəddəslər Kilsəsi, Yekaterinburq |
Xatirə günü | 17 iyul |
Vikianbarda əlaqəli mediafayllar |
II Nikolay və ailəsi 1981-ci ildə Rusiya xaricindəki Rus Pravoslav Kilsəsi tərəfindən şəhid kimi kanonizasiya olunmuşdur, lakin 2000-ci ildə Rus Pravoslav Kilsəsi onları "ehtiras daşıyan"lar titulu ilə kanonizasiya etdi. Çünki onlar dinlərinə görə edam olunmamışdılar.[15]
8 aprel 1894-cü ildə Hesse-Darmştadt landqrafı IV Lüdviqin qızı Aleksandra Fyodorovna ilə nişanlanmış, 26 noyabr 1894-cü ildə isə evlənmişdi. Ailəsi də onunla birlikdə edam olmuşdur.
Fotosu | Adı | Doğumu | Ölümü | Qeyd |
---|---|---|---|---|
Olqa Nikolayevna Romanova | 15 noyabr 1895 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Mariya Nikolayevna Romanova | 10 iyun 1897 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Anastasiya Nikolayevna Romanova | 26 iyun 1899 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Tatyana Nikolayevna Romanova | 18 iyun 1901 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Aleksey Nikolayeviç Romanov | 12 avqust 1904 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi |