Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sakis Ruvas
Anastasios Sakis Rouvas (yun. Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər.
Duqlas
Duqlas — ad. Duqlas Nort — amerikalı iqtisadçı. Duqlas Mouson — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı Duqlas Kenni — amerikalı komediyaçı.
Rəqqas
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Uruqvay
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.
Spilanthes rugosa var. rugosa
Acmella calva (lat. Acmella calva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus javanicus (Sch.Bip. ex Miq.) Kuntze Colobogyne langbianensis Gagnep. Spilanthes acmella var. calva (DC.) Clarke ex C.B.Clarke Spilanthes acmella var. calva (DC.) Clarke ex Hooker f. Spilanthes javanica Sch.Bip. ex Miq. Spilanthes langbianensis (Gagnepain) Stuessy Spilanthes rugosa Blume ex DeCandolle Spilanthes rugosa var.
Agastache rugosa
Agastache rugosa (lat. Agastache rugosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aqastaxis cinsinə aid bitki növü.
Brassica rugosa
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Buddleja rugosa
Buddleja incana (lat. Buddleja incana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja bullata Kunth Buddleja incana var.
Caprificus rugosa
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Desmond Duqlas
Desmond Duqlas (20 iyul 1955) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Desmond Duqlas Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Duqlas Adams
Duqlas Adams (ing. Douglas Nöel Adams; 11 mart 1952 – 11 may 2001) — məşhur ingilis yazıçı, ssenarist, publisist və dramaturq. Adams "Qalaktika üzrə avtostopla" kitab seriyasının müəllifi kimi tanınır.
Duqlas Enqelbart
Duqlas Karl Enqelbart (ing. Douglas Carl Engelbart; 30 yanvar 1925[…], Portlend[…] – 2 iyul 2013[…]) — Amerikalı mühəndis və ixtiraçı və ilk kompüter və internetin təşəbbüsçülərindən biri. Xüsusilə kompüter siçanının, hipertmətnin, şəbəkəli kompüterlərin, qrafik istifadəçi interfeysi və insan-kompüter qarşılıqlı təsirinin inşafında olan rolu ilə tanınır. Bunlar 1968-ci ildə "The Mother of All Demos"da nümayiş etdirilmişdi. Enqelbart qanunu (insanın fəaliyyətinin daxili dərəcəsinin eksponensial olduğunu müşahidə etmə) onun adını daşıyır.
Duqlas Kenni
Duqlas Kenni (ing. Douglas Kenney; 10 dekabr 1946 – 27 avqust 1980, Kauai adası, Havay) — amerikalı komediyaçı. Məşhur yumor jurnalı olan "National Lampoon"-un yaradıcısı və yazıçısı. Həmçinin "Animal House" və "Caddyshack" kimi kult filmlərin də ssenari müəllifi və istehsalçısı idi. == Həyatı == Duqlas Kenni 10 dekabr, 1946-cı ildə Floridada dünyaya gəlmişdi. Daha uşaq yaşlarında olarkən ailənin sevimlisi olan böyük qardaşı vəfat edir. Bu hadisədən sonra Duqlas özünü daim ölmüş qardaşının kölgəsində hiss edir və buna görə də ailəsi ilə arasında müəyyən problemlər yaranır. İlk təhsilini katolik məktəbində alan Duqlas Kenni daha sonradan Harvard Universitetində təhsilini davam edir. Burada o, öz yaxın dostu Henri Bird ilə birlikdə universitein yumor jurnalı olan The Harvard Lampoon jurnalını yaradır. Henri ilə birgə parodiya romanları və zarafatlar yazan Duqlas daha sonradan məşhurluq qazanacaq National Lampoon jurnalının əsasını da burada qoyur.
Duqlas Kouplend
Duqlas Kouplend 30 dekabr 1961-ci ildə NATO-nun Almaniyadakı bazasında anadan olub. Lakin uşaqlıq, gənclik dövrünün çox hissəsini sonralar İncəsənət və Dizayn Kollecini bitirdiyi Vankover şəhərində keçirib. yazıçının karyerası öz dövrünün gəncliyini əks etdirəsi sənədli hekayə üçün aldığı 22.500 dollar məbləğində avansdan başlayıb. Sənədli hekayənin əvəzinə Kouplend "İks nəsli" romanını yazdı. Kitabda üç uğursuz adamın taleyini əks etdirən haşiyəli estetikaya incə müşahidələr qatılıb. 1995-ci ildə "Tezləşdirilmiş zaman üçün nağıllar" başlığı altında işıq üzü görən kitab 400 min tirajla satılmışdı. Şöhrət qazanıb dildən-dilə düşdükcə ayin mətnlərini xatırladan roman sənət hadisəsinə, kitabın başlığı isə gənclik mədəniyyətində yeni eranın adına çevrildi.
Duqlas Krokford
Duqlas Krokford (ing. Douglas Crockford; 1955, Minnesota) — JavaScriptin inkişafı ilə məşğul olan Amerika kompüter proqramçısı və təşəbbüskarıdır. O, məlumat formatını JSON (JavaScript Object Notation) populyarlaşdırdı və JSLint və JSMin kimi müxtəlif JavaScript ilə əlaqəli alətlər hazırladı.Hazırda PayPalda baş JavaScript memarıdır, eyni zamanda JavaScript, JSON və əlaqəli veb texnologiyalar üzrə yazıçı və natiqdir.
Duqlas Makartur
Duqlas Makartur (26 yanvar 1880[…], Litl-Rok – 5 aprel 1964[…], Vaşinqton) — İkinci Dünya müharibəsində Pasifik cəbhəsindəki Müttəfiq qüvvələrə başçılıq edən Amerikalı marşal. Müharibədən sonra Yaponiyadakı Müttəfiq işğal qüvvələrinin komandiri olaraq bu ölkəni idarə etmiş və Koreya müharibəsinin ilk doqquz ayında Birləşmiş Millətlər qüvvələrinin komandanlığını etmişdir. == Gəncliyi == Yüksək rütbəli bir zabit olan Douglas MacArthur Hardy MacArthur′un üçüncü oğlu idi. Hirsli bir qadın olan anasından böyük ölçüdə təsirləndi. 1903-cü ildə West Pointdəki ABŞ Hərbi Akademiyasını sinif birincisi olaraq bitirib. On il ərzində əmr zabiti və istehkam zabiti kimi xidmət etdikdən sonra dörd il Baş Qərargahda çalışıb. 1917-1919-cu illər arasında 42-ci Diviziya komandanlığına tapşırılaraq Fransadakı toqquşmalarda iştirak edib və çayı işğalı zamanı qərargah rəhbərliyi və briqada komandanlığı edib.1918-ci ildə general olmasının ardından rütbəsi davamlı yüksələrək 1930 da quru qoşunları qərargah başçılığına gətirildi.Böyük Böhranın təsirlərinin görüldüyü illərdə quru qüvvələrinin gücünü qorumağa çalışd === II.Dünya müharibəsi === 1941-ci ilin İyul ayında yenidən aktiv vəzifəyə çağırılan Macarthur dekabrda müharibə başlayanda Filippində Yaponlara uğurlu bir gecikdirmə hərəkatını idarə etdi. Yapon ordusu qarşısında, Filippin qoşunları ilə birlikdə geri çəkilərkən dediyi "I shall return" (Geri qayıdacağam) sözü ilə şöhrət qazanıb.1942-ci ilin Mart ayında Avstraliyadakı Cənub-qərb Sakit Okean Cəbhəsində Müttəfiq qüvvələrin komandanlığına gətirildi. Qısa müddətdə Yeni Qvineyada bir hücuma başlayaraq, 1943-cü ilin Yanvar ayında Yaponları Papuadan çıxartdı.1943-1944-cü illərdə girişdiyi bir sıra hərəkat nəticəsində Yeni Qvineyada Laedan Sansapora qədər strateji məntəqələri ələ keçirdi; Həmçinin Admiralty Namizədləri New Britain Adasının qərbini aldı.Ən böyük hərəkatlarını 1945-ci ildə yeddi aylıq Luzon səfərində həyata keçirib. Həmçinin həmin ilin yazında Cənubi Filippin ilə Borneoyu da yenidən ələ keçirdi.
Duqlas Mouson
Duqlas Mouson (ing. Sir Douglas Mawson; 5 may 1882 – 14 oktyabr 1958[…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı. == Təhsil == Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur. == Ekspedisiya == Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Əsərləri == The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Duqlas adası
Duqlas adası (ing. Douglas Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən qabarma adası. Ada dar Qastino boğazı ilə ayrılan Cuno şəhərinin qərbində və böyük Admiralti adasının şərqində yerləşir. Cuno-Duqlas körpüsü ilə Cuno ilə birləşir. Çəkilmə zamanı ada şimal ucunda yerləşən ensiz bir bərzəxlə materiklə birləşir. Adanın sahəsi 199,24 km²-dir. Bu göstərici onu ABŞ-də 67-ci ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 5297 nəfərdir. Ada Salisberi yepiskopu Con Duqlasın şərəfinə Corc Vankuver tərəfindən adlandırılmışdır.
Duqlas limnanthesi
Duqlas limnanthesi — Limanthes L. cinsinə bir növ- Duqlas limnantesi (Limnanthes douglasii) daxildir.Mühit amillərindən asılı olaraq bu bitki birillik və ikiillik kimi yaşıllaşdırmada istifadə olunur.Bitkinin hündürlüyü 15 sm-ə çatır,yarpaqları açıq yaşıl,lələkvaridir.Gülləri nazik çiçək saplağında tək-tək yerləşir.Ləçəkləri sarı və ağ rəngli zolaqlarla haşiyələnmişdir.İyunun II yarısından oktyabrın əvvələrinə qədər çiçəkləyir.Limnantesin toxumlarını 10x-15sm sxemi üzrə torpağa əkməklə çoxaldırlar.Limnantes yaşıllaşdırmada-bordürlərin salınmasında geniş istifadə olunur.Otaq bitkisi kimi isə asma forması səbətlərdə yerləşdirilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Duqlas topulqası
Duqlas topulqası (lat. Spiraea douglasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Sinonimləri == Drimopogon douglasii (Hook.) B.D.Jacks. Drimopogon menziesii (Hook.) B.D.Jacks. Spiraea douglasii var. douglasii Spiraea douglasii subsp. douglasii Spiraea douglasii f. douglasii Spiraea douglasii var. roseata (Rydb.) C.L.Hitchc. Spiraea fulvescens auct.