Duqlas Makartur (26 yanvar 1880[1][2][…], Litl-Rok[3] – 5 aprel 1964[3][1][…], Vaşinqton[3]) — İkinci Dünya müharibəsində Pasifik cəbhəsindəki Müttəfiq qüvvələrə başçılıq edən Amerikalı marşal. Müharibədən sonra Yaponiyadakı Müttəfiq işğal qüvvələrinin komandiri olaraq bu ölkəni idarə etmiş və Koreya müharibəsinin ilk doqquz ayında Birləşmiş Millətlər qüvvələrinin komandanlığını etmişdir.
Duqlas Makartur | |
---|---|
ing. Douglas MacArthur | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1880[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 aprel 1964[3][1][…] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları, Filippin |
Qoşun növü | Filippin ordusu[d], Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Xidmət illəri | 1903-cü ildən |
Rütbəsi | General |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yüksək rütbəli bir zabit olan Douglas MacArthur Hardy MacArthur′un üçüncü oğlu idi. Hirsli bir qadın olan anasından böyük ölçüdə təsirləndi. 1903-cü ildə West Pointdəki ABŞ Hərbi Akademiyasını sinif birincisi olaraq bitirib. On il ərzində əmr zabiti və istehkam zabiti kimi xidmət etdikdən sonra dörd il Baş Qərargahda çalışıb. 1917-1919-cu illər arasında 42-ci Diviziya komandanlığına tapşırılaraq Fransadakı toqquşmalarda iştirak edib və çayı işğalı zamanı qərargah rəhbərliyi və briqada komandanlığı edib.1918-ci ildə general olmasının ardından rütbəsi davamlı yüksələrək 1930 da quru qoşunları qərargah başçılığına gətirildi.Böyük Böhranın təsirlərinin görüldüyü illərdə quru qüvvələrinin gücünü qorumağa çalışd
1941-ci ilin İyul ayında yenidən aktiv vəzifəyə çağırılan Macarthur dekabrda müharibə başlayanda Filippində Yaponlara uğurlu bir gecikdirmə hərəkatını idarə etdi. Yapon ordusu qarşısında, Filippin qoşunları ilə birlikdə geri çəkilərkən dediyi "I shall return" (Geri qayıdacağam) sözü ilə şöhrət qazanıb.1942-ci ilin Mart ayında Avstraliyadakı Cənub-qərb Sakit Okean Cəbhəsində Müttəfiq qüvvələrin komandanlığına gətirildi. Qısa müddətdə Yeni Qvineyada bir hücuma başlayaraq, 1943-cü ilin Yanvar ayında Yaponları Papuadan çıxartdı.1943-1944-cü illərdə girişdiyi bir sıra hərəkat nəticəsində Yeni Qvineyada Laedan Sansapora qədər strateji məntəqələri ələ keçirdi; Həmçinin Admiralty Namizədləri New Britain Adasının qərbini aldı.Ən böyük hərəkatlarını 1945-ci ildə yeddi aylıq Luzon səfərində həyata keçirib. Həmçinin həmin ilin yazında Cənubi Filippin ilə Borneoyu da yenidən ələ keçirdi. Bu arada Yeni Qvineyada və Solomon Adalarında çətinliklə aparılan təmizlik hərəkatının yeridilməsini Avstraliya ordusuna buraxdı.1945-ci ilin Aprel ayında ABŞ-nin Sakit Okean ordusunun komandanlığına təyin edildi.1945-ci il 2 Sentyabr tarixində Tokio Körfəzində komandanlıq gəmisi olan USS Missuri zirehində keçirilən və Yapon İmperatorunun Yaponiya tarixində ilk dəfə evindən çıxaraq gəldiyi Yaponiyanın təslim mərasimini düzənlədi.[4]
1950-ci ildə Koreya müharibəsi başlayanda buradakı Birləşmiş Millətlər qüvvələrinin komandanlığına gətirildi. Şimali Koreyanın hücumlarının qarşısını Pusan adlı yerdə aldıqdan sonra, Sentyabrda Koreya yarımadasının orta Şərqindəki İnçon limanına mərd bir hərbi təxliyə etdi. Oktyabrda Şimali Koreya içlərinə hətta Çin sərhədinə qədər irəliləyərək Şimali Koreya ordusunu tezliklə məhv etdi. Lakin Noyabrda Çin Qoşunlarının 38-ci paralelin şimalındakı qüvvələrinə hücum etməsi üzərinə Seulun cənubuna çəkilmək məcburiyyətində qaldı. İki ay sonra isə hücuma keçərək yenidən Şimali Koreyaya girdi. 1951-ci ilin Fevral ayında Türk Briqadasının qərargahını ziyarət edərək, qəhrəmanlıqlarını gördüyü Türk zabitlərinə Birləşmiş Millətlər Ləyaqət Medallarını şəxsən özü təltif etdi.Bundan başqa, uğurlu müharibələrinə görə Türk Briqadasına Amerika Konqresində verilən Mümtaz Birlik Ordəeni və patentini Türk Briqada Komandiri General-mayor Tahsin Yazıçıya təslim etdi. Bu münasibətlə çıxışında, 20 il əvvəl Ankaraya gəlib Atatürk ilə tanış olduğunu söylədi. 1951-ci il 11 Aprel tarixində Amerika Birləşmiş Ştatlarının Prezidenti Trumen əmrlərinə riayət etməməsi və müharibəni Çin torpaqlarına genişləndirməyə üz tutması səbəbindən MacArthur S.Trumen tərəfindən komandanlıq vəzifəsindən çıxarılıb. II. Dünya Müharibəsi öncəsindən bəri ilk dəfə ABŞ-yə qayıdarkən geniş xalq dəstəyi ilə qarşılanıb. Amma vəzifədən azad olması ilə bağlı, dövlətə açıq olaraq aparılan bir Senat araşdırmasının ardından da dəstəyini itirdi.
Nazim Hikmət Doğum adlı şeirində Mak-Arturdan belə bəhs edir. „ ″...
Mənim oğlum Dünyaya gəldiyi zaman, Uşaqlar doğulub Koreyada, Sarı ay çiçəyinə bənzəyirdilər. Makartır kəsdi onları, Getdilər, ana südünə də doymadan ..."
“