Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buqunlar
Buqunlar - həmçinin kxovalar - şərqi Hindistanda xalq. Buqunların əsas hissəsi Arunaçal-Pradeş ştatının Qərbi Kamenq dairəsində yaşayır. Onlar Rupa çayının hər iki sahilində yerləşən Vanqxu, Dikxiyanq, Biçom, Ramu, Lali, Situ, Saçida, Liçini, Ditçinq, Manqolam, Sinqçunq, Namfri və Kaspi kəndlərində kompakt şəkildə məskunlaşmışlar. Buqunların ümumi sayı 900 nəfərdir.. Buqun dili Tibet-birma dil ailəsinə aiddir. Buqunlar arasında animistik dini inamlar və həmçinin Tibet buddizmi dini yayılmışdır.
Regular Show
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.
Vercetti Regular
Vercetti Regular, həmçinin Vercetti kimi tanınır, pulsuz çıxıntısız şriftdir (freeware). Bu kommersiya və şəxsi layihələr üçün istifadə edilə bilər. O, 2022-ci ildə insanlara şrift fayllarını dostları və həmkarları ilə paylaşmağa imkan verən License Amicale lisenziyası əsasında hazırlanıb. Vercetti Regular humanist və həndəsi dizayn elementlərindən ilhamlanıb. Vercetti-ni hazırlayarkən dizaynerlər MgOpen Moderna adlı əvvəlki açıq mənbə şriftindən istifadə edirdilər. Şrift rəqəmlər, simvollar, durğu işarələri və vurğu daxil olmaqla 326 qlifdən ibarətdir. Bu o deməkdir ki, Avropada latın əlifbasından istifadə edən bütün dillər üçün istifadə oluna bilər. Vercetti veb dizaynda istifadə üçün optimallaşdırılmışdır. Aşağıdakı fayl formatlarında yükləyin: OTF, TTF, WOFF, WOFF2. Vercetti Regular Amerikanın Communication Arts jurnalı tərəfindən təşkil edilən 13-cü İllik Tipoqrafiya Müsabiqəsində Mükəmməllik Mükafatı aldı.
Raqnar Friş
Raqnar Friş (ing. Ragnar Anton Kittil Frisch; 3 mart 1895 – 31 yanvar 1973) — norveçli iqtisadçı. 1969-cu ildə Yan Tinberqen ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Raqnar Friş məktəbi bitirdikdən sonra atasının zərgərlik firmasında köməkçi olaraq işləməyə başladı. Ustalığa yüksələnə qədər Oslo Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil almağa davam etdi. 1919-cu ildə universiteti bitirdi və diplom aldı. Növbəti il ustalığa yüksələrək atasının zərgərlik firmasında şərik kimi fəaliyyətə başladı. 1920-1923-cü illərdə Oslo Universitetindən aldığı təqaüdlə iqtisadiyyat və riyaziyyat üzrə biliklərini artırmaq üçün Fransa və İngiltərədə oldu. 1923-cü ildən ciddi şəkildə akedemik karyeraya başladı. 1925-ci ildə Oslo Universitetində riyazi statistika üzrə doktorluq dərəcəsi aldı.
Raqnar Lodbrok
Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür.
Ragnar Sohlman
Ragnar Sohlman (26 fevral 1870 – 9 iyul 1948) isveçli kimya mühəndisi, dövlət qulluqçusu və Nobel Fondunun yaradıcısı. Raqnar Sohlman Stokholmda tanınmış qəzet adamı Avqust Sohlman və onun həyat yoldaşı Hulda Maria Sandeberqin ailəsində anadan olub. 1887-ci ildə Stokholmdakı KTH Kral Texnologiya İnstitutuna daxil oldu və 1890-cı ildə kimya mühəndisi olaraq məzun oldu. 1893-cü ildə Sohlman San-Remoda Alfred Nobelin köməkçisi oldu və 1895-ci ildən Nobelin vəsiyyətnaməsində onu və Rudolf Lilljequist icraçılar olaraq adlandırdı, Lakin işin çox hissəsini Sohlman görəcəkdi. Vəsiyyətnamədə deyilirdi: 100.000 kron məbləği o dövrdə çox əhəmiyyətli bir məbləğ idi və Sohlmanı zəngin bir adam etdi. Bu məbləğ 1901-ci ildə ilk Nobel mükafatının (hər biri 150.782 kron) mükafat məbləği ilə müqayisə edilə bilər. 1896-cı il dekabrın 10-da Alfred Nobelin ölümündən sonra Sohlman Nobelin Nobel mükafatını təsis etmək niyyətini həyata keçirmək vəzifəsi ilə bir neçə il məşğul oldu. Vəsiyyətnamədə laureatların seçilməsi ilə bağlı müfəssəl müddəalar olmadığı və Nobelin qohumları tərəfindən etiraz edildiyi üçün bu vəzifə bir neçə il Sohlman və onun məsləhətçilərini məşğul etdi. Sohlman Nobel Fondunun idarə heyətinin müvəqqəti üzvü idi. Sohlman Bofors kimi Nobellə əlaqəli şirkətlərdə mühəndis və menecer kimi karyeraya sahib idi.
Raqnar Sohlman