Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rusizm
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. == Tarixi == === Cövhər Dudayev === Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
Buşizm
Buşizm (Bushism) – ABŞ-nin 43-cü prezidenti Corc U. Buşa məxsus, danışarkən istifadə etdiyi səhv məzmunlu cümlələr nəzərdə tutulur. Bir çox hallarda cəmiyyətdə müəyyən məşhur və söz yükünə sahib şəxslər, əsasən də siyasətçilər öz gözlənilməz açıqlamaları ilə diqqət mərkəzində olurlar. Bu cür ifadələrə bir çox gözlənilməz açıqlamaların sahibi Corc Buşun şərəfinə "buşizm" adı verilib. 1993-cü ildə təsis olunmuş "Foot in Mouth" mükafatı isə həmin gözlənilməz açıqlamalara görə verilir. Corc Buş özü bu mükafata bir neçə dəfə namizəd göstərilsə də yalnız 2008-ci ildə layiq görülüb. Mükafatın son sahibi isə hazırkı ABŞ prezidenti Donald Trampdır. == Buşizmdən məşhur misallar == O da mənim kimi Texasdan olan qızdır. Sizdə də zəncilər var? (Braziliya prezidenti Fernando Kordozo ilə söhbəti zamanı) Siz qaça bilərsiniz, amma gizlənə bilməyəcəksiniz! Bir, iki, üç, dörd, beş, altı, yeddi, beş ...
Rasizm
İrqçilik və ya rasizm — İrqçilik, insanların qruplarının fiziki görünüşünə uyğun fərqli davranış xüsusiyyətlərinə sahib olduqlarına və bir irqin digərindən üstün olmasına görə bölünə biləcəyinə inamdır. Ayrıca fərqli bir irqi və ya etnik mənşəli olduğu üçün digər insanlara qarşı yönəlmiş qərəz, ayrı-seçkilik və ya düşmənçilik mənasını verə bilər. İrqçiliyin müasir variantları çox vaxt xalqlar arasında bioloji fərqlərin sosial qavranılmasına əsaslanır. Bu görüşlər, ehtimal olunan ortaq irsi əlamətlərə, qabiliyyətlərə və ya keyfiyyətlərə əsaslanaraq fərqli irqlərin bir-birlərindən üstün və ya daha aşağı olduğu sıralanan ictimai hərəkətlər, təcrübələr və ya inanclar və ya siyasi sistemlər şəklində ola bilər. Ayrı-seçkilik praktikasında və ya qanunlarda qərəz və ya lovğalanma ifadəsini dəstəkləyən siyasi sistemlər (məsələn, aparteid) baxımından, irqçi ideologiya nativizm, ksenofobiya, digərlik, seqreqasiya, iyerarxik sıralama və supremasizm kimi əlaqəli sosial aspektləri əhatə edə bilər. Çağdaş sosial elmdə irq və etnik anlayışlar ayrı hesab olunsa da, iki termin məşhur istifadə və köhnə ictimai elm ədəbiyyatında uzun bərabərliyə malikdir. "Etnik mənsubiyyət" adətən ənənəvi olaraq "irqi" ilə əlaqəli bir mənada istifadə olunur: insan qrupunun vacib və ya doğma olması ehtimal olunan keyfiyyətlərə görə bölünməsi (məsələn, ortaq əcdad və ya ortaq davranış). Buna görə, irqçilik və irqi ayrı-seçkilik, bu fərqliliklərin irqi olaraq təsvir edilməsindən asılı olmayaraq, etnik və ya mədəni zəmində ayrı-seçkiliyi təsvir etmək üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyə dair konvensiyasına görə, "irqi" və "etnik" ayrı-seçkilik terminləri arasında heç bir fərq yoxdur. BMT Konvensiyası, irq fərqliliyinə əsaslanan üstünlüyün elmi cəhətdən yalan, mənəvi məhkum, sosial ədalətsiz və təhlükəli olduğu qənaətinə gəlir.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. == Haqqında == Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən, yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər nəzərlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını hər 1000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Kubizm
Kubizm (fr. Cubisme) — XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan. XX əsrin əvvəllərindən Fransada real obyektləri həndəsi fiqurlar kimi təsvir etməsi ilə xarakterizə edilir. == Tarixi == Kubizm cərəyanı XX əsrin əvvəllərində meydana çıxmışdır. Kubizm termini Birinci Dünya Müharibəsindən əvvəlki illərdə Parisdə təkmilləşən bir cərayanı göstərmək üçün istifadə olunmuşdur. O dövrdə Avropada formalaşmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrindən məmnun olmayan gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin ətrafında toplanan çox rəngli rəsmlər çəkən rəssamların da üslubunu bəyənmirdilər. İmpressionizmə hakim olan görmə hissiyatı əvəzinə, kubizm cərəyanının nümayəndələri ağlın üstünlüyünə əsaslanaraq ağlın gücünü ortaya qoymaq istəyirdilər. Onlar rəsm əsərlərini tutarlı bünövrəyə əsaslandırmaq istəyirdilər və bu baxımdan onlar Pol Sezannın layiqli davamçıları idilər. Kubizm cərəyanından olan rəssamlar Pol Sezannın Provans mənzərələri əsərindən, naturmortlarından təsirlənərək kubizmin əsasını qoymuşdular.
Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal.
Nasizm
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. == Tarix == Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nudizm
Nudizm - İnsanların çılpaq formada hərəkət etməsi. Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. Almaniyada və digər ölkələrdə xüsusi nudist çimərlikləri, hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir. == Xarici keçidlər == Almaniyanın çılpaq həqiqəti - nudizm.
Purizm
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. == Ənənə == Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. == İstinadlar == == Əlavə ədəbiyyat == Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Sufizm
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Taşizm
Taşizm — rəsmdə qeyri-qanuni formalı rəngli ləkələrin və damcıların istifadəsinə əsaslanan sənət növüdür.Termin, fransızca "tache" (ləkə) sözündən götürülmüşdür. Bu anlayış əvvəlcədən rəsm hərəkətini inkar edir və bədii yaradıcılıqda təsadüfiliyin ön plana çıxarılmasını nəzərdə tutur.Avropa incəsənətində Amerikada yaranmış abstrakt ekspressionizm cərəyanının ekvivalenti hesab oluna bilər. Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Paris Məktəbi termini II Dünya müharibəsindən sonra taşizm əvəzinə istifadə edilməyə başladı.Bu hərəkatın əhəmiyyətli dəstəkçiləri arasında Jean Dubuffet, Pierre Soulages, Nicholas de Stael, Hans Hartung, Serge Poliakoff və Georges Mathieu kimi sənətçilər var. Chilversə görə, taşizm termini ilk dəfə 1951-ci ildə istifadə edilib (Fransız tənqidçiləri Charles Estienne və Pierre Gueguen tərəfindən irəli sürülüb) və fransız tənqidçi və rəssamı Michel Tapie tərəfindən yazılan Un Art autre (1952) kitabı ilə bütün dünyaya elan edilib. Kubizmə reaksiya olaraq doğan taşizm; qəfil fırça vuruşları, damlalar və ləkələrlə eyniləşdirilir və bəzən xəttatlıq sənətini təqlid edir. Taşizm həm də sənət tənqidinin ön planda olduğu 1950-ci illərdə Fransada liderlik edən Art Informel hərəkatı ilə sıx bağlıdır. Lakin bu tendensiyanın qəbulu ənənəvi anlayışla tam üst-üstə düşmür.
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Kuşim
Kuşim – böyük ehtimalla tarixdə adı yazıya alınmış ilk şəxs. Mühasib olduğu güman olunur. "Kuşim" adına e.ə. 3400-3000-cü illərə və Şumer mədəniyyətinə aid olan Kuşim tabletlərində rast gəlinmişdir. Tabletlər adını elə Kuşimdən almışdır. Kuşimin adı 18 tabletdə çəkilir. Kuşimin şəxs adı deyil, həmçinin təşkilat adı olması ehtimalı da var.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Albaniyada turizm
Albaniyada turizm — zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır. Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar.
Alternativ turizm
Alternativ turizm — istifadə edilən təchizat vasitələri, təşkilatçılıq və insan resurslarına görə kütləvi turizmdın fərqlənən turist məhsulları və fərdi turist xidmətlərini nəzərdə tutur. Bu termini bəzən "fərqli" və ya "başqa turizm", "ağıllı" və ya "məqsədli turizm", "anti-turizm" və ya "iştirakçı turizm" terminlərinin əvəzinə "dəbdə olan" sözləri ilə də ifadə edirlər. == Formaları == "Alternativ turizm" termini fəal turizm konsepti ilə tədqiqatçı və qarşılaşma səyahətlərini və hətta əqidə turizmi konseptini əhatə etməyə çalışır. Aşağıdakı siyahılarda alternativ turizmin bəzi növləri sadalanmağa çalışılıb.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Avstriyada turizm
Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Azərbaycanda turizm
Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010–2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olmuşdur. == Tarixi == === Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri === Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar. Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur.