Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dudinka
Dudinka (nen. Тут'ын) — Rusiyanın Krasnoyarsk diyarındadaki regional tabeli bir şəhər. Taymır Dolqan-Nenes rayonunun xüsusi statusu olan bir inzibati-ərazi vahidinin inzibati mərkəzi. Əhalisi 21 015 nəfərdir. (2018). Şəhərin qapalı inzibati-ərazi quruluşu statusuna sahib olmamasına baxmayaraq, 25 noyabr 2001-ci il tarixindən xarici vətəndaşların (o cümlədən Belarusiya vətəndaşları) gəlməsi yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Bundan əvvəl on il (1991-ci ildən) xaricilər üçün giriş açıq idi. == Tarix və toponim == Dudinka XVII əsrin ikinci yarısında, 1667-ci ildə I Aleksey Mixayloviç Romanovun dövründə, Manqazeya oxatan İvan Sorokin tərəfindən təsis edilmişdir. XVII əsrdə Böyük Şimal Ekspedisiyasının iştirakçıları Xariton Laptev, Semyon Çelyuskin, Fedor Minin Duqdinkada qışlamışlar. Onların xəritələrində Dudinka Dudinka çayının üzərində yerləşir.
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Ursinia
Ursiniya (lat. Ursinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins "dendrologiya" dərsliyinin müəllifi İ.X.Ursinusun (1608-1666) şərəfinə adlandırılmışdır.Gülçülükdə Ursiniya cinsinin 2 növündən istifadə olunur.Gözəl ursiniya (U.speciosa) yabanı halda Cənubi Afrikada bitir.Hündürlüyü 40 sm-ə çatan budaqlı bitkidir.Səbətşəkilli hamaşçiçəyin mərkəzində yerləşən boruvari çiçəkləri sarı,dilcikli çiçəkləri isə ağ ya da sarı rəngdədir.Müxtəlif rəngli ursiniyanın (U.versicolor) hündürlüyü 50 sm-ə çatır.Bu növ bitkilərin hamaşçiçəklərində boruvari gülləri darçını,dilcikli çiçəkləri isə sarı rəngdədir.Dilcik çiçəklərin oturacağında tünd xal vardır.Bitkini toxumla çoxaldırlar.Cücəertiləri 25x25 smsxemi üzrə seyrəkləşdirirlər.Ursiniyadan yaşıllaşdırmada müxtəlif kompozisiyalar yaratmaq olar.O, kəsilmiş halda uzun müddət qalır.Bitki qruplarda,qarışıq əkinlərdə və qazonlarda gözəl görünür. == Sinonim == Sphenogyne R.Br. Ursiniopsis E.Phillips Chronobasis DC. ex Benth. & Hook.f. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. == Coğrafiya == Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Rumınca Vikipediya
Rumınca Vikipediya — Vikipediyanın rumın dilində olan bölməsidir.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası[d] – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. == Həyatı == Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir.Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür. Hər ikisi bolşeviklərə qarşı mübarizə aparırdı.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Capsella ursina
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Eremogone ursina
Eremogone ursina (lat. Eremogone ursina) — qərənfilkimilər fəsiləsinin eremogone cinsinə aid bitki növü.
Ficus ursina
Ficus ursina (lat. Ficus ursina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. == Loqotipləri == Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Prunus ursina
Prunus ursina (lat. Prunus ursina) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Qasımkənd (Rusiya)
Qasımkənd (Ləzg. Кьасумхуьр) — Dağıstanda dağlıq kənd, Süleyman-Stalski rayonunun inzibati mərkəzi və "Qasımkənd kənd sovetinin" yaşayış məntəqəsi. Mahaçqaladan 185 km cənubda yerləşir. == Tarixi == Kənd XIX əsrin birinci yarısında yaradılıb. 1812-ci ildə Qasımkənd yeni qurulan Kürə xanlığına daxil edildi. 1866-cı ildə xanlıq rəsmi olaraq Rusiya imperiyasına daxil edildi və Kürə dairəsinə daxil edildi. Qasımkənd həm bütün bölgənin, həm də bir hissəsi olan Güney əyalətinin inzibati mərkəzinə çevrildi. Əlikənd və Aşaqa-araq kəndləri ilə birlikdə Qasımkənd kənd cəmiyyəti yaradıldı. Strateji əhəmiyyətli yol qovşağında yerləşməsi kəndin sürətli inkişafını öncədən müəyyənləşdirdi. 1878-ci ildə Qasımkənd dünyəvi məktəb quruldu.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rasina dairəsi
Rasina dairəsi (serb. Расински управни округ) — Serbiyanın mərkəzi hissəsində dairə. == İnzibati bölgüsü == Varvarin Trstenik Çiçevats Kruşevats Aleksandrovats Brus == Əhalisi == Dairənin ərazisində 232 552 serb (96,1 %), 3265 qaraçı (1,3 %) və başqa xalqlar yaşayırlar (2011).
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Rusiya Ermənistanı
Rusiya Ermənistanı 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiya müharibəsində İranın məğlubiyyətindən sonra Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının bir hissəsi oldu. Şərqi Ermənistan 1917-ci ildə Rusiya İmperiyasının süqutuna qədər Rusiya İmperiyasının tərkibində qalmışdır. Rusiyanın 1801-ci ildə Gürcüstanın Kartli-Kaxetiya Krallığını ilhaq etməsi, Cənubi Qafqazda mühüm bir dayaq nöqtəsinə sahib olmaları ilə birlikdə həm də, yeni bir mərhələnin başlanmasına səbəb oldu. Bu tarixdən sonrakı otuz illik müddət ərzində Rusiya Osmanlı İmperiyası və İran hesabına Qafqazdakı ərazisini genişləndirməyə çalışdı. Rusların bölgəyə səfərləri müharibədə iştirak edən yepiskop Nerses Ashtaraketsinin başçılığı ilə ermənilər arasında coşqulu dəstək tapdı. 1804–1813-cü illər Rus-İran müharibəsi zamanı ruslar Gülüstan müqaviləsi ilə Şərqi Ermənistanın yalnız şimal hissəsini fəth edərək öz ərazilərinə qatmağı bacardılar. 1826-cı ildə Gülüstan müqaviləsini pozan ruslar İranın İrəvan xanlığının bir hissəsini işğal etdilər. Bu, 1826–1828-ci illər İran-Rusiya müharibəsini başlatdı. Müharibənin başlaması ilə Rusiyanın Təbrizə kimi İranı işğal etməsi iranlılar üçün daha böyük bir fəlakətə səbəb oldu.