Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Riskan
Aleksandr Riskan (5 avqust 1989) — Moldovalı boksçu. Aleksandr Riskan Moldovanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandr Riskan birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 52 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Böyük Britaniyanın nümayəndəsi Məhəmməd Əli ilə üz-üzə gəldi. Həmin görüşdə Aleksandr Riskan rəqibinə 0:3 hesabı ilə uduzdu.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Fiskal kəsir
Fiskal siyasət
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir: Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi; Yığım və investisiyalar; Gəlirlərin bölgüsü. Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir. == Fiskal siyasətin növləri == Fiskal siyasətin 3 əsas növü vardır: Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir. Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rifkət Boqdanov
Rifkət İbrahimoviç Boqdanov (rus. Рифка́т Ибраги́мович Богда́нов, d. 13 iyun 1950, Mamıkovo, Tatar MSSR — ö. 3 noyabr 2013, Moskva, Rusiya Federasiyası) — Tatar əsilli SSRİ və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Skobeltsyn Nüvə Fizika İnstitutunun Nüvə Reaksiyalar Şöbəsinin aparıcı tədqiqatçısı. Rifkət Boqdanov, uzun bir xəstəlikdən sonra 3 noyabr 2013 tarixində, gecə vaxtdı Moskvada vəfat etmişdir. Boqdanovun əsas fəaliyyəti, diferensial tənliklər, qeyri-xətti dinamik sistemlər, bifurkasiya nəzəriyyəsi və diferensial geometriya sahəsində olmuşdur. Версальная деформация особой точки векторного поля на плоскости в случае нулевых собственных чисел. // Тр. семинара им. И. Г. Петровского, вып.
Rikkati tənliyi
y ′ + a ( x ) y + b ( x ) y 2 + c ( x ) = 0 {\displaystyle y^{\prime }+a(x)y+b(x)y^{2}+c(x)=0} ( ∗ ) {\displaystyle (*)} şəklində tənliyə Rikkati tənliyi deyilir. Rikkati tənliyi b ( x ) = 0 {\displaystyle b(x)=0} olduqda xətti, c ( x ) = 0 {\displaystyle c(x)=0} olduqda isə Bernulli tənliyinə çevrilir. Rikkati tənliyinin hər hansı y 1 ( x ) {\displaystyle y_{1}(x)} xüsusi həlli məlum olduqda y ( x ) = y 1 ( x ) + z ( x ) {\displaystyle y(x)=y_{1}(x)+z(x)} əvəzləməsi vasitəsilə Bernulli tənliyinə gətirlir. Ümumi halda, Rikkati tənliyi kvadraturaya gətirilə bilmir, yəni həll etmək olmur. Xüsusi halda: b d x d t = x 2 + a t α , ( ∗ ∗ ) {\displaystyle b{\frac {dx}{dt}}=x^{2}+at^{\alpha },\quad (**)} haradakı α , a , b ≠ 0 {\displaystyle \alpha ,\,a,\,b\neq 0} —sabiti, ilk dəfə italyan riyaziyyatçısı tədqiq etmişdir Yakopo Françesko Rikkati və ailələrini Bernulli . α = 4 n / ( 1 − 2 n ) , n ∈ N , {\displaystyle \alpha ={4n}/{(1-2n)},\ n\in \mathbb {N} ,} или α = − 2 {\displaystyle \alpha =-2} Jozef Liuvill (1841)isbat etmişdir. ( ∗ ) {\displaystyle (*)} şəkildə ümumi Rikkati tənliyi , ( ∗ ∗ ) {\displaystyle (**)} — isə xüsusi Rikkati tənliyi adlanır. y ′ + m ( x ) ( A y + B y 2 + C ) = 0 {\displaystyle y^{\prime }+m(x)(Ay+By^{2}+C)=0} olduqda dəyişənlərinə ayrılan, y ′ + A y x + B ( y x ) 2 + C = 0 {\displaystyle y^{\prime }+A{\frac {y}{x}}+B\left({\frac {y}{x}}\right)^{2}+C=0} olduqda bircins, y ′ + A y x + B ( y ) 2 + C x 2 = 0 {\displaystyle y^{\prime }+A{\frac {y}{x}}+B(y)^{2}+{\frac {C}{x^{2}}}=0} olduqda ümumiləşmiş bircns tənliyə çevrilir. y ′ + 2 y e x − y 2 = e 2 x + e x {\displaystyle y^{\prime }+2ye^{x}-y^{2}=e^{2x}+e^{x}} Rikkati tənliyini həll edin. y 1 ( x ) = e x {\displaystyle y_{1}(x)=e^{x}} tənliyin həlli olduğunu bilavasitə yoxlamaq olar.
Risako Kavay
Risako Kavay (d. 21 noyabr 1994) — Yaponiyanı təmsil edən qadın güləşçi. Risako Kavay 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Kavay həmdə 2015-ci ildə Las-Veqas şəhərində Dünya Çempionatının gümüş medalını qazandı. Risako Kavay birinci ciddi uğurunu 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində qazandı. Kavay Dünya Çempionatının yalnızca finalında Monqolustan güləşçisi Soronzonboldin Battsetseqa uduzdu və gümüş medal qazandı. Risako Kavay bir il sonra isə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında ciddi nailiyyətə imza atdı. Kavay birinci görüşdə Polşa güləşçisi Monika Mixaliki 5:0, ikinci görüşdə Latviyalı Anastasiya Qriqoryevanı 8:2, üçüncü görüşdə isə Rusiya nümayəndəsi İnna Trajukovanı 10:0 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Risako Kavay Belarus güləşçisi Mariya Mamaşuku 6:0 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Risako Mitsui
Risako Mitsui (d. 23 sentyabr 1993, Şincuku, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Risako Mitsui 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların iki bürünc medalını qazandı. Mitsui həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. Risako Mitsui 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Yukiko İnuy komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. Risako Mitsui həmin Olimpiya Oyunlarında həmdə duet yarışlarda çıxış etdi. Risako Mitsui Yukiko İnui ilə birgə yarışların finalında 188.0547 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat", "Azərbaycan", "Respublika", "Hürriyyət", "Gündəlik Azərbaycan", "Unikal", "Geopolitika" və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. "Azərbaycan" qəzetinin baş redaktor müavini, "Respublika" qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R. Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Rəşkan (Urmiya)
Rəşkan (fars. رشكان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 434 nəfər yaşayır (132 ailə).
Yakopo Rikkati
Yakopo Françesko Rikkati (it. Jacopo Francesco Riccati; 28 may 1676[…], Venesiya – 15 aprel 1754[…], Trevizo, Veneto) – Venesiya riyaziyyatçı və hüquqşünas. Adını daşıyan tənliyin öyrənməsi ilə məşhurdur. Rikkati əvvəlcə Breşiyadakı zadəganlar üçün olan Yezuit məktəbində təhsil almış və 1693-cü ildə Padua Universitetinə hüquq təhsili almaq üçün daxil olmuşdur. 1696-cı ildə hüquq doktoru (LL. D) dərəcəsini almışdır. Sonralar riyazi analizlə məşğul olmuşdur.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.