Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabaton
Sabaton ― İsveçli power metal qrupu. Mahnılarının çoxu müharibə və ya qəhrəmanlıq kimi movzulardadır. Qrup həmçinin oyun şirkətləri üçün də musiqilər hazırlamışdır.
Şatiyon-syur-Şalaron
Şatiyon-syur-Şalaron (fr. Châtillon-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Qardaşlaşmış şəhərlər == Vextersbax, Almaniya Colceag, Rumıniya Qundam, Mali.
Salanyon
Salanyon (fr. Salagnon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38467. Kommunanın 1999-cu il üçün əhalisi 932 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 221 ilə 397 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Şabadin
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub.1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. == Tarixi == Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini.1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. === Oxçu Şabadini === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş. Digər adı Oxçu-Şabadın. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
Sablon
Sablon (fr. Sablons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38349. Kommunanın 1999-cu il üçün əhalisi 1 539 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 135 ilə 154 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şabon
Şabon (fr. Châbons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38065. Kommunanın 2012-ci il üçün əhalisi 1978 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 386 ilə 687 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. == Mövzu == Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Azad Şabanov
Azad Şabanov (d. 3 yanvar 1991, Bakı, Azərbaycan) — azərbaycanlı müğənni, aparıcı, model. "Yeni Ulduz — 07" yarışmasının ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, ATV CLUB verilişinin aparıcısı. == İlk illəri == Azad Şabanov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdu. 2001-ci ildən musiqi ilə məşğul olmağa başlamışdı. 2003-cü ildə "Pöhrə- 2003", sehrli Aləm cəmiyyəti tərəfindən keçirilən respublika ümümtəhsil məktəblərin bədii özfəaliyyət kollektivlərin iştrakı ilə keçirilən müsabiqədə qalib adını qazanıb. 2003–2006 illərdə H.Əliyev adına sarayın "Qaranquş" uşaq-vokal qrupunun solisti olub. 2003-cü ildə "Qızıl açar-2003" mahnı festivalının, 2006-cı ildə Moskva şəhərində keçirilən "C любовью к России", 2007-ci ildə "Artıran söz qədrini, sidq ilə qədrin artırar" festivalının qalibi. 2008-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən "Song of the World" festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb. 2008-ci ildə V. Mustafazadə adına 2 saylı İncəsənət və musiqi məktəbinin vokal sinfini və milli qəhrəman Tofiq Həsənov adına 23 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "Estrada müğənnisi" fakültəsinə Vaqif Gərayzadənin sinfinə qəbul olunub.
Azər Şabanov
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Elşad Şabanov
Elşad Şabanov (d. 1952, Qax, Azərbaycan)—ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı, Müstəqil Dövlətlər Birlliyinin döyüş əməliyyatları veteranı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, Əfqanıstan müharibəsinə görə SSRİ Dövlət Təhlükəsizlik orqanlarının fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı == Həyatı == Elşad Yusif oğlu Şabanov 1952-ci ildə Qax rayonunda anadan olmuşdur. Orta məktəbi qızıl medalla başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əsgərlikdən sonra 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində oxumuşdur. == Fəaliyyəti == Ali məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik komitəsinin Qəbələ rayon şöbəsində çalışmağa başlayan Elşad Şabanov burada əməliyyatçı vəzifəsinin yerinə yetrir. Həmin vaxt Qəbələ rayonunda tikilməkdə olan xüsusi təyinatlı hərbi hissə haqda xarici kəşfiyyata məlumat ötürülməsi barədə informasiya daxil olur. Qısa zamanda hərbi əks-kəşfiyyat orqanlarının köməyi ilə hərbi sirri ötürən və qonşu rayonda dövlət əleyhinə işləyən mütəşəkkil cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilir. Həmin il respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi qəhrəmanı N.Nikitinin sədri olduğu kolxozda ümumrespublika müşavirəsi keçirirdi. Respublika rəhbərliyinin təhlükəsizliyini təmin etmək vəzifəsi E.Şabanova həvalə edilir. Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, Daşkənd şəhərində ali kəşfiyyat kursuna göndərilir.
Faiq Şabanov
Faiq İsmayıl oğlu Şabanov (10 mart 1963, Qayabaşı, Basarkeçər rayonu) — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019). == Həyatı == Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb. 1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir. 10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub. Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib. == Təltifləri == 2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Fuad Şabanov
Fuad Şabanov (aktyor)
Kamran Şabanov
Kamran Elşən oğlu Şabanov (21 noyabr 1995; Marsan, Qax rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Kamran Şabanov 21 noyabr 1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olmuşdur. Hərbi xidməti bitirdikdən sonra bərbər kimi çalışmağa başlamışdır. == Hərbi xidməti == Kamran Şabanov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Kamran Şabanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü baş atıcı olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamran Şabanov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Maurisio Sabilyon
Maurisio Alberto Sabilyon Penya (isp. Mauricio Alberto Sabillón Peña; 11 noyabr 1978, Kuimistan, Santa-Barbara) — Honduras futbolçusu, "Marafon" futbol klubunun və Honduras milli futbol komandasının müdafiəçisi. "Marafon"da çıxış edən müdafiəçi 6 dəfə Honduras çempionu olub. 2005-ci ildən başlayaraq yığma komandaya cəlb olunub. == Mənbə == Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!
Rüfət Şabanov
Rüfət Şabanov (22 iyun 1922 – 4 avqust 1998) — Azərbaycan kinorejissoru. == Həyatı == Rüfət Şabanov 22 iyun 1922-ci ildə anadan olmuşdur. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur. Rejissor Fuad Şabanovun atasıdır. Aktrisa Elmira Şabanovanın həyat yoldaşıdır. == Filmoqrafiya == Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975) Bakı (film, 1977) Bizim küçə (film, 1961) Dağıstan konserti (film, 1964) Dostluq himni (film, 1974) Əsl dost (film, 1959) Gəmi saatının sirri (film, 1983) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Matteo Falkone (film, 1960) Nizami Gəncəvi (film, 1980) On yeddi yaşlı oğlan (film, 1985) Romeo mənim qonşumdur (film, 1963) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) Şuşa (film, 1973) Şüvəlan gülləri (film, 1981) Talış meşələri (film, 1976) Uzaq sahillərdə (film, 1958) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Sabahın əfsanələri
Sabahın əfsanələri (ing. Legends of Tomorrow) — DC Comics cizgi romanlarından uyğunlaşdırılmış 2016-cı ildə başlayan serial. == Mövzu == Qəhrəmanlar çatmayanda dünyanın əfsanələrə ehtiyacı olur.Gələcəyi görən Rip Hanter həm yaxşı,həm pis qəhrəmanları bir araya gətirdikdən sonra dünyanı qurtarmaq üçün böyük təhlükərlə döyüşür. == Aktyorlar == Viktor Qarber - Dr.Martin Steyn Brendn Rous - Rey Palmer Artur Darvil - Rip Hanter Keyti Lotz - Sara Lanse Franz Drameh - Fayrstorm Eymi Pemberton - Qaydion Dominik Pursel - Hit Veyv Stiven Emill - Oliver Kuvin == Yayım == Film ilk dəfə 21 yanvar 2016-cı ildə ABŞ-də premyeraya çıxarılmışdır.Birinci sezon 16 bölümdən ibarət olmuşdur.Amma ilk seriyanın premyeraya çıxacağı ilk dəfə Avstraliyada 20 yanvar 2016-cı ildə bəyan edilmişdir.Birləşmiş Krallıqda isə ilk dəfə 1 mart 2016-cı ildə yayınlanmağa başlanmışdır.
Samvel Babayan
Samvel Babayan (5 mart 1965, Stepanakert) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. “Syamo” ləqəbi ilə tanınır. Xocalı soyqırımını törədənlərdən biridir.1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.
Sarayan şəhristanı
Sarayan şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarayan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,636 nəfədən ibarət idi.
Sarayönü məscidi
Sarayönü məscidi (türk. Sarayönü Camii) ― Şimali Kipr Türk Respublikasında, Şimali Nikosiyada yerləşən məscid. Sarayönü meydanına çox yaxındır və tarixən meydanda yerləşmişdir. == Tarix == Frazsız arxeoloq Kamil Enlart məscidin yerləşdiyi yerdə 14 və 15-ci əsrlərdə, Kipr krallığı və Venesiya Respublikası dövründə karmelit kilsəsinin mövcud olduğunu söyləmişdir. Kilsənin bir günbəzi olduğu və Qüds kralı, Normandiya hersoqu və digər zadəganların dəfn olunduğu bir qəbiristanlıqla əhatə olunduğu bildirilir. 1571-ci ildə Osmanlının Kipri fəth etməsindən sonra Sarayönü meydanında ordu düşərgəsi quruldu və Karmelit kilsəsi əsgərlərin ibadətini asanlaşdırmaq üçün məscidə çevrildi. Bu dövrdə binanın xarici görünüşü Qotik üslubu əks etdirdiyi halda, daxili görünüşü klassik Osmanlı memarlığını sərgiləyirdi. Məscid bu dövrdə "Orduönü məscidi" adlandırılmışdır.Daha sonralar Osmanlı hakimiyyəti dövründə ərazidə yeni bir məscid inşa edildi. Bu məscidin tikilmə tarixi üçün təsminlər müxtəlifdir: bəzi mənbələr məscidin inşaatını 1690-1691-ci illərdə Qılınc Əli paşaya aid edərkən, bəziləri də 1820-1824-cü illərdə, Əli Paşaya aid edir. Məscidin içərisində Osmanlı memarlığının ənənəvi xüsusiyyətlərindən biri olan, iki iti tağ və bəzəksiz minarə ilə dəstəklənmiş dam var idi.
Xraçik Babayan
Xraçik Babayan (1 avqust 1996) — Ermənistanlı atıcı. Xraçik Babayan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xraçik Babayan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.5 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Şalamon (En)
Şalamon (fr. Chalamont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01083. == Cöğrafiyası == Şalamon Burk-an-Bres şəhərindən 25 km cənubda yerləşən Bress təpələrində yerləşir. Şəhərin şərqində Vel çayının mənbəyi yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şalamon (En) ilə əlaqəli mediafayllar var.
Şatiyon (Alye)
Şatiyon (fr. Châtillon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03069. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 317 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 141 nəfəri iqtisadi cəhətdən fəal, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 65.9%). Fəal olan 141 nəfərdən 123 nəfər (71 kişi və 52 qadın), 18 nəfər işsiz (10 kişi və 8 qadın) idi. 60 hərəkətsiz 13 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
David Babayan
David Klimoviç Babayan (erm. Դավիթ Բաբայան; 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri, prezidentin müşaviri, tarix elmləri doktoru. David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib. == Həyatı == David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir. O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.