Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaktizm
Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir. Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu. == Tarixi == Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər. == Şaktizm məktəbləri == Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.
Ateizm
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir.Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu.Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır.
Babizm
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyl etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) - sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Aqnostik ateizm
Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onlar heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinəməz olduğunu hesab edirlər. Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər. == Epistemoloji arqumentlər == Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.
Ərəb ölkələrində ateizm
Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir. == Tarixi == Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı .