Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanjar Asfendiyarov
Sanjar Cabbar ulı Asfendiyarov(qaz. Санжар Жапарұлы Аспандияров; 20 oktyabr 1889, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 25 fevral 1938, Almatı) — qazax ictimai xadimi, Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, torpaq və su təsərrüfatı komissarı. == Həyatı == Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur. Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türkistanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir.
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Sanlav
Sanlav — İslam əvvəli şamanlık dövründə istifadə edilən türkcə bir sözdür. Şamanlık dövründə hər kəndin ya qəbilənin bir "hörmətli kişisi" var idi. Bu adamın cəmiyyət içindəki yeri Ələvi cəmiyyətindəki "dədə" mövqeyi ilə eynidir və eyni mədəniyyətin bir davamıdır. Sanlav, içində olduğu cəmiyyətin "hörmətli kişisi" sifətiylə davranar və qərarlar verirdi. Bu qərarlar inzibati və siyasi qərarlar olmayıb tamamilə töreye uyğun davranışların nizamı ilə əlaqədar idi. Bu məzmunda sanlav, kənddə və ya qəbilədə doğulan uşaqların yetkinlik çağına qədər daşıyacaqları ilk adlarını verərdi. Bu uşaqların yetkinlik çağından sonra daşıyacaqları adlarını isə kəndin ya qəbilənin rəisi verərdi. Uşağın ana ya da atası uşaqlarına ad verməzdilər. Bu işi sanlav və qəbilə rəisi edərdi. Bu davranışa bağlı olaraq indiki vaxtda belə bir çox türk mədəniyyət dairesindeki birliklərdə ana-atalar öz böyüklərinin yanında (öz ana-ataları) uşaqlarını qucaqlarına götürməzlər.
Xangah
Xangah (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Xangah (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Xangah-i Alvac (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. == Qruplar == === Əsas qruplar === Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Şantaj
Şantaj (fr. chantage) — digər şəxslərin əmlakına və ya həyatlarına hər cür zorla taviz və ya risklər yaradan alçaldıcı təhlükə. "Şantaj" sözü tez-tez geniş mənada istifadə olunur — hər hansı işin yerinə yetirilməməsi halında mənfi bir təhlükə kimi. == Mənbə == Allen, Michael. Textbook on Criminal Law. Oxford University Press: Oxford. (2005) ISBN 0-19-927918-7. Criminal Law Revision Committee. 8th Report. Theft and Related Offences.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sunja
Sunja (Terekin qolu)
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şaqah
Şahyeri (əvvəlki adı: Şaqax) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Şaqax kəndi Şahyeri kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şahyeri kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qarabağ mahalından gəlmiş ermənilərin burada məskunlaşması nəticəsində Şaqax (fars dilində şah yeri) şəklində düşmüşdür. Əslində oykonim şah və yer sözlərinin birləşməsindən yaranıb, yüksək yer dəməkdir. == Tarixi == === Tarixi abidələri === Şahyeri kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şarja
Şarja (ərəb. لشارقة ‎) — Birləşmiş Ərəb Əmirliklərinın üçüncü böyük şəhəri, Şarja əmirliyinin inzibati mərkəzi. Əhalisi — 801 004 (2008). Dubay və Əcmənlə birlikdə 3 132 181 nəfərlik aqlomerasiya yaradır.
Ganja
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Barbaros Şansal
Barbaros Şansal (d. 10 iyul 1957, Ankara), Türk moda dizayneri.
Bulbophyllum sangae
Bulbophyllum sangae (lat. Bulbophyllum sangae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Şantar
Böyük Şantar adası — Şantar adaları qrupuna daxil olan ən böyük ada. Ada 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir. Ada Oxot dənizi suları ilə əhatlənmişdir. İnzibati cəhətdən isə Rusiya Federasiyasının Xabarovsk diyarı ərazisinə daxildir. Adanın şimal-şərqində Yakşin körfəzi sahilində meteoroloji stansiya yerləşir. == Ümumi məlumat == Adanın sahəsi 1766 km² təşkil edir. Ada şimaldan cənuba 65 kilometr, şərqdən qərbə isə 55-ci paralel boyunca 47 kilometr. Adanın şimalında Severnı, cənubunda Filipp, qərbində Radujnıy, mərqində isə Şimal-Şərq burunkarı yerləşir. Adanın şimal-şərqində Bolşoye gölü yerləşir.
Həsən Sabbah
Həsən Sabbah (Ərəbcə:حسن الصّباح) – Ələmut qalasında yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı (hakimiyyət illəri: 1090-1124). Əsl adı Həsən ibn Əli ibn Məhəmməd əs-Sabbahdır. == Həyatı == 1055-ci ildə İranda Qum şəhərində dünyaya gəlmişdir. (Bəzi tarixçilərə görə bura Kufədən köç etmişdir.) Zamanın qabaqda gələn məktəblərində oxumaq şansı tapmışdır. Özünün danışdığı mənbələrdə [[Pers ]] olduğu deyilir.Hətta Həsən Sabbah Özünə Sasanilərin Nəvəsi deyirdi.Fatimilerin hakim olduğu Qahirəyə getmişdir. İrana döndüyündə Səlcuqlu sarayında məşhur Böyük Səlcuqlu vəziri Nizamülmülkün əmrində işə başlamışdır. Bəzi iddialara görə Nizamülmülk, Ömər Xəyyam və Həsən Sabbah birlikdə eyni dövrlərdə tələbə və yaxın dost olduqlarına bağlı olmuşlar. Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur.
Kiçik Şantar
Kiçik Şantar — Şantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.
Sankay şəlaləsi
Sankay şəlaləsi (三階の滝, Sankai no taki) – Yaponiyanın Miyaqi prefekturasının Katta rayonun Zao qəsəbəsində yerləşən şəlalə. Sumikava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.