Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanlav
Sanlav — İslam əvvəli şamanlık dövründə istifadə edilən türkcə bir sözdür. Şamanlık dövründə hər kəndin ya qəbilənin bir "hörmətli kişisi" var idi. Bu adamın cəmiyyət içindəki yeri Ələvi cəmiyyətindəki "dədə" mövqeyi ilə eynidir və eyni mədəniyyətin bir davamıdır. Sanlav, içində olduğu cəmiyyətin "hörmətli kişisi" sifətiylə davranar və qərarlar verirdi. Bu qərarlar inzibati və siyasi qərarlar olmayıb tamamilə töreye uyğun davranışların nizamı ilə əlaqədar idi. Bu məzmunda sanlav, kənddə və ya qəbilədə doğulan uşaqların yetkinlik çağına qədər daşıyacaqları ilk adlarını verərdi. Bu uşaqların yetkinlik çağından sonra daşıyacaqları adlarını isə kəndin ya qəbilənin rəisi verərdi. Uşağın ana ya da atası uşaqlarına ad verməzdilər. Bu işi sanlav və qəbilə rəisi edərdi. Bu davranışa bağlı olaraq indiki vaxtda belə bir çox türk mədəniyyət dairesindeki birliklərdə ana-atalar öz böyüklərinin yanında (öz ana-ataları) uşaqlarını qucaqlarına götürməzlər.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. == Qruplar == === Əsas qruplar === Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Sancay Datt
Sancay Datt (ing. Sanjay Dutt, hind. संजय दत्त; d. 29.7.1959) — Hindistan kino aktyoru və prodüseri. Məşhur aktyorlar Nərgiz və Sunil Dattanın oğludur. Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə Filmfare mükafatının sahibidir. == Həyatı == Sanjay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub. Priya və Namrata adlı 2 ozundən yaşca kicik bacısı var. 1981-ci ildə ilk filminin premyerasina az qalmış anası rehmete getmisdir. Sanjay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub.
Sankay şəlaləsi
Sankay şəlaləsi (三階の滝, Sankai no taki) – Yaponiyanın Miyaqi prefekturasının Katta rayonun Zao qəsəbəsində yerləşən şəlalə. Sumikava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Şanxay Universiteti
Şanxay Universiteti (çin. 上海大学) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet "Şanda" (çin. 上大) adı ilə də tanınır. Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. == Tarixi == Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. 1994-cü ildə yenidən qurulmuşdur. == İdarəçiliyi == Universitet əyalət hökuməti tərəfindən idarə olunur. Universitetin hazırkı prezidenti Jin Donqhandır. == Kampusları == Universitetin 3 əsas kampusu var: Baoşan kampusu; Yançanq kampusu; Jiadinq kampusu.
Şanxay (Azərbaycan)
Şanxay – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən qəsəbə. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsi bu adla tanınır. Qəsəbə sökülməkdədir. == Tarixi == Şanxay qəsəbəsi kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gələn şəxslər tərəfindən salınmışdır. Onlar SSRİ dövründə burada yerləşən beton zavodunun işçiləri olmuşdurlar. Onların arxasınca qohumları gəlmiş, daha sonra isə uşaqları doğulmuşdur. İlk evlər dəmiryolu xəttindən uzaqda tikilsə də, sonrakı evlər yaxınlıqda tikilməyə başlamışdır. Qəsəbə adının tarixçəsi qəsəbədə yaşamış Hacı Salman adlı şəxslə bağlıdır. O, bir dəfə Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.
Şanxay (dəqiqləşdirmə)
Şanxay — Çində şəhər. Şanxay (Azərbaycan) — Bakıda qəsəbə.
Paris-Saclay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Paris-Saklay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Şanay-Timpişka
Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir. == Mifalogiya == Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar. == Elmi izahat == Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb.
Sanqay Milli Parkı
Sanqay Milli Parkı — Ekvador Respublikasında yerləşən milli park. Dünya irsi siyahısına daxil olmuşdur. == Haqqında == Sanqay Milli Parkında 2 aktiv vulkan (Tunquraxua və Sanqay vulkanları), yağış meşələri, buzlaqlar və digər dəyişiklik göstərən ekosistemlər yerləşir. Bu milli park nəsli tükənməkdə olan eynəkli ayı və yalnız And dağlarının şimalında yaşayan dağ tapirinə ev sahibliyi edir. Milli park Ekvadorun Morona Santyaqo, Çimbrazo və Tunquraxua əyalətlərində yerləşir. 1992-ci ildə buradakı qaçaq ovçuluq, təbiətə zərər verən quru yolları, parkda aparılan fəaliyyətlər nəticəsində Təhlükə İçindəki Dünya İrsləri siyahısına alınmışdır. 2005-ci ildə təkrar ana siyahıya keçmişdir.
Université Paris-Saclay
Şanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı (çin. 上海合作组织) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür.
Paris-Saklay Universiteti
Université Paris-Saclay (UPS) – Fransanın Paris şəhərində yerləşən bir ictimai araşdırma universitetidir. Paris-Saclay riyaziyyatda xüsusi şöhrət qazandı. 2021-ci ildən etibarən, 12 Fields Medalisti, universitet və əlaqədar tədqiqat institutları ilə əlaqəlidir. Paris-Saclay Universiteti 2020-ci il Dünya Universitetlərinin Akademik Sıralamasında (ARWU) sıralamasında dünyada 14-cü yerdə qərarlaşdı. Mövzu sıralamasında, Riyaziyyat üzrə dünyada 1-ci, Fizika üzrə dünyada 9-cu (Avropada 1-ci), eyni zamanda Tibb və Kənd Təsərrüfatı üzrə ilk 25 yeri aldı. 2023-cü ilin oktyabr ayından universitet aerokosmik sahədə ikili dərəcələr üzrə IPSA-nın tərəfdaşıdır.
Şanxay Jiao Tonq Universiteti
Şanxay Jiao Tonq Universiteti (çin. 上海交通大学; hərfi tərcüməsi: azərb. Şanxay Nəqliyyat Universiteti‎) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. "Academic Ranking of World Universities" 2003-cü ildən bu universitet tərəfindən tərtib olunur. == Tarixi == Universitetin əsası 1896-cı ildə qoyulmuşdur. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üvüdür. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Şanxay cəngavərləri (film, 2003)
Şanxay cəngavərləri (ing. Shanghai Knights) — film David Dobkinin rejissorluğu ilə 2003-cü ildə çəkilmişdir. Baş rolları Ceki Çan və Ouen Vilson ifa edir. Film Şanxayda günorta filminin davamıdır. == Məzmunu == Çinli bir xain Çonqun atasını öldürüb İngiltərəyə qaçanda, Çonq və Roy kral möhürünü qaytarmaq üçün Londona gedirlər. Çonun bacısı Lin da eyni şeyi istəyir və kral ailəsinə qarşı bir hiylə açır, amma demək olar ki, heç kim ona inanmır. == Rollarda == Ceki Çan — Çonq Vanq Ouen Vilson — Roy Aaron Canson — Çarli Çaplin Tom Fişer — Artur Doyl Eydan Qiller — Nelson Ratboun Fan Vonq — Çonqun bacısı Donni Yen — Vu Çoy Aliver Kotton — Qarındeşən Cek == Mükafatlar == 2003 MTV Kanal Mükafatlarında Şanxay Cəngavərləri filmi Ən Yaxşı Mübarizə, Ən Yaxşı Ekran Komandası (Ceki Çan, Ouen Vilson) mükafatları uğrunda yarışdı, lakin heç bir mükafat almadı.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Janbay
Janbay adası (qaz. Жанбай аралы) — Xəzər dənizində yerləşən ada. Volqa çayı deltasından şərqdə yerləşir. Sahildən 1,2 km aralıda qərar tutur. Uzunluğu 21,5 km, maksimal eni 7 km təşkil edir. Qazaxıstannın Atırau vilayəti ərazisinə daxildir.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Sanlis
Sanlis (fr. Senlis) — Fransanın O-de-Frans regionunda şəhər.
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Şantaj
Şantaj (fr. chantage) — digər şəxslərin əmlakına və ya həyatlarına hər cür zorla taviz və ya risklər yaradan alçaldıcı təhlükə. "Şantaj" sözü tez-tez geniş mənada istifadə olunur — hər hansı işin yerinə yetirilməməsi halında mənfi bir təhlükə kimi. == Mənbə == Allen, Michael. Textbook on Criminal Law. Oxford University Press: Oxford. (2005) ISBN 0-19-927918-7. Criminal Law Revision Committee. 8th Report. Theft and Related Offences.
Asılay (Uçalı)
Asılay (başq. Аһылай, rus. Аслаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 100 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.