Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamorin
Şamorin (slovak. Šamorín, alm. Sommerein‎, mac. Somorja) — Jitnı adasının ərazisində, Slovakiyanın cənub-qərbində şəhər. Şamorin Dunay çayının sahilində yerləşir. Əhalisi 12 min nəfərə yaxındır (2004-cü il), əhalinin əsasını macarlar təşkil edir. Şəhər ilk dəfə 1238-ci ildə, Müq. Mariya adı ilə qeyd edilib. XIV əsrin sonunda Şamorin Jitnı adasının mərkəzi idi, 1405-ci ildən isə — azad şəhər hüququ qazanır. 1555-ci ildə ilk Şamorində ilk sənətkarlıq sexi yaranır.
Şamoni
Şamoni — Fransa şəhəri.
Şaolin
Şaolin (Çincə: 少林寺, pinyin: Shàolínsì) - Sunşan dağında yerləşən, mərkəzi Çin Büdpərəst məbədidir. Şaolin məbədi 464-cü ildə Çinə səyahət edən ilk hind rahiblərindən biri olan Bodhidharmanın fəaliyyəti sayəsində, 495-ci ildə Sunşan dağı ətrafında tikilmişdir. 1928-ci ildə Şi Yuan (ing. Shi Yousan) adlı ordu başçısının əmri ilə Şaolin məbədi yandırılmışdır. Bu vaxtda artıq məbəddə döyüş sənətləri ilə məşğul olan ustalar olmur. Bir müddət sonra Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər. Şaolin Kunq-fu döyüş növü bu məbəddə yaranmışdır.
Arvidas Sabonis
Arvidas Romas Sabonis (lit. Arvydas Romas Sabonis; 19 dekabr 1964-cü ildə Litva SSR-nin Kaunas şəhərində anadan olub) - məşhur litva və sovet basketbolçusu, SSRİ - yığması tərkibində olimpiya , Avropa və Dünya çempionu. SSRİ-nin Əməkdar idman ustasıdır (1985). 20 avqust 2010-ci ildə Sabonis FİBA-nın şöhrət zalına daxil edilib. 12 avqust 2011-ci ildə isə Sabonisin adı Neysmit adına Basketbol şöhrət zalına daxil edildi. 24 oktyabr 2011-ci ildə Sabonis Litva Basketbol Federasiyasının prezidenti seçilmişdir. == Bioqrafiya == === Erkən yaşlar === Arvidas Sabonis basketbolla 9 yaşında Kaunas basketbola məktəbində məşğul olmağa başlayır. Onun ilk məşqçisi Yuriy Fedorov olub. 1981-ci ildə Arvidas məktəb komandasının tərkibində məktəb olimpiadasının qalibi olur və "Jalqiris" (Kaunas) komandasının məşqçisi Vladas Qarastas tərəfindən kluba dəvət olunur. Elə həmin ildə SSRİ-nin yeniyetmə yığmasında o Avropa çempionu olur.
Emma Şapplin
Emma Shapplin — == Həyatı == Emma Shapplin əsil adı Marie-Ange Chapelain 19 may 1974 -cü ildə Parisin cənub rayonlarından birində anadan olmuşdur, Fransız saprano səsə malik xanım müğənnidir. Onun atası polis, anası isə katibə olmuşdur. Ailənin 3-cü uşağıdır. Uşaqlığının ilk illərində oğlan uşaqları kimi geyinməyi və davranmağı xoşlayırdı. Futbola və ağaclara çıxmaq kimi qız uşaqlarına xas olmayan xüsusiyyətləri var idi. Musiqi və müğənnilik ilk illərdə onun üçün uzaq kəlmələr idi. 14 yaşında onun həyatı bir dostunun onu öz musiqi müəllimi ilə tanış etməsilə dəyişmişdir. 70 yaşı olan bu müəllim dostu ilə Marie-Ange Chapelain-ə də musiqi dərsi verməyə başladı. Əvvəl-əvvəl bu dərslər ona darıxdırıcı gəlsə də, daha sonra onda musiqiyə bağlılıq yaranmağa başladı. Bütün boş vaxtlarında öz səsini məşq etdirən gənc sənətkar müəlliminin köməyilə yaxşı soprano səsə malik oldu.
Fedor Samoxin
Fedor İvanoviç Samoxin (12 fevral 1918 – 17 iyul 1992, Bişkek) Sovet Nasiri, jurnalist, publisist, tərcüməçi, SSRİ Yazıçılar Birliyinin üzvü (1958). "Kənd" və "leytenant" nəsrinin nümayəndələrindən biri. Qırğızıstanın ən qədim rus yazıçısı, əsərləri Respublika xalqının həyatını, tarixini və müasirliyini əks etdirir. Böyük Vətən müharibəsi haqqında bir sıra bədii əsərlərin müəllifi, onların arasında daha çox məşhur olan Sovet İttifaqı Qəhrəmanı Çolponbay Tuleberdiyevin igidliyi haqqında "Çolponbay" povesti olub. Bədii ədəbiyyat sahəsində xidmətlərinə və Qırğız sovet ədəbiyyatının təbliğində və inkişafında fəal iştirakına görə Qırğızıstan SSR Ali Soveti Rəyasət Heyətinin üç Fəxri fərmanına layiq görülmüşdür. Onların arasında Böyük Britaniya Milli Kitabxanası, Harvard Universiteti Kitabxanası, Berlin Dövlət Kitabxanası, Estoniya Milli Kitabxanası və s. var.
İvan Papanin
İvan Papanin (14 (26) noyabr 1894, Sevastopol, Tavriya quberniyası[d] – 30 yanvar 1986, Moskva;rus. Папанин, Иван Дмитриевич) — Arktikanın sovet kəşfiyyatçısı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1937, 1940). Coğrafiya elmlər doktoru (1938). SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü (1938). Kontr-admiral (1943). Arxangelsk, Lipetsk, Murmansk, Sevastopol, Yaroslavl vilayətinin fəxri vətəndaşı. İvan 1894-cü ildə Sevastopolda Bessarabiyalı dənizçi Dmitri Nikolayeviç Papani və onun həyat yoldaşı Sekletia Petrovnanın ailəsində anadan olub. Ailə böyük idi, pul yox idi. Altı uşağı yedizdirmək üçün valideynlər əlavə pul qazanmağın yollarını axtarırdılar, satış üçün piroq bişirirdilər.
Skapenin kələkləri
Skapenin kələkləri (fr. Les Fourberies de Scapin) — Fransa dramaturqu Molyerin 24 may 1671-ci ildə ilk dəfə Pale-Royalda səhnəyə qoyduğu 3 pərdədən ibarət (hər biri müvafiq olaraq 5, 8 və 13 pərdədən ibarətdir) komediya tamaşası. Qəbul edilir ki, bu əsər qədim Roma dramaturqu Terensinin yazdığı "Phormio" komediyasından götürülüb. Oyunun baş qəhrəmanı fırıldaqçı və hiyləgər Skapen yalan və hiylə ilə həyatında daim hamını qabaqlamağa çalışan bir insandır. Çox lovğa, təkəbbürlü, özünü bəyənən biridir və bacara bilməyəcəyi heç bir işin olmadığını düşünür. Amma eyni zamanda çox hiyləgər və diplomasiya üzərində çox istedadlıdır. Tez oyundakı digər insanları kukla kimi bir-birinə qarşı oynatmağa başlayır. Bununla belə, o, iki gənc cütlüyə kömək etmək kimi əsas məqsədindən heç vaxt ayrılmamağı bacarır. Skapen : Leandrın nökəri, kələkbaz Leandr : Jerontun oğlu və Zerbinetta'nın sevgilisi Oktav : Arqantın oğlu və Qiasintanın sevgilisi Jeront : Leandr və Qiasintanın atası Arqant : Oktav və Zerbinettanın atası Qiasinta : Jerontun qızı və Oktavın sevgilisi Zerbinette : Arqantın qızı və Leandrın sevgilisi Silvestr : Oktavın xidmətçisi Karl : Kələkbaz Nerina : Qiasintanın dayəsi və süd anası iki qapıçı Les Fourberies de Scapin, Fransız televiziyası üçün Jan Kerçbronun istehsalıdır. Televiziyada ilk dəfə 1965-ci ildə yayımlanıb.
Stanislav Şpanin
Stanislav Şpanin (16 may 1990, Bakı) — "Ginnesin rekordlar kitabı"na düşmüş şəxs. Stanislav Şpanin "Ginnesin rekordlar kitabı"na planetin ilk gənc peşəkar rəssamı kimi düşmüşdür. Bakı şəhərində anadan olan Stanislav bir çox beynəlxalq mükafatların sahibdir.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Bney Saxnin FK
1991-ci ildə qurulan “Bney Saxnin” ərəblərin qurduğu və yaşatdığı klub kimi tanınır. Yaxın Şərqdə, demək olar ki, hamının dəstəklədiyi bu komanda daha çox Qətər hökumətindən yardım alıb. Belə ki, stadionun yenidən qurulması üçün Qətər hökuməti öz dəstəyini əsirgəməyib. Klub rəhbərliyi də bunu unutmayaraq, stadionun adını Qətərin paytaxtının şərəfinə “Doha” qoyub. Komandada həm ərəb, həm də yəhudi əsilli futbolçular forma geyinir. “Bney Saxnin”in kapitanı Abbas Suan müsəlman olmasına baxmayaraq, 12 dəfə İsrail millisinin formasını geyinib. Xatırladaq ki, Abbas Suan dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda son dəqiqələrdə qola imza ataraq İsrail millisinə vacib qələbə qazandırmışdı. Bu komandanın ev oyunlarını keçirdiyi gün stadionda əsasən ərəb mahnıları səsləndirilir.
Şaolin (film, 2011)
Şaolin (ing. Shaolin, çin. 新少林寺) — Benni Çanın hərəkət filmi. Film "Şaolin Məbədi", (Cet Linin böyük bir filmdə debütü) filminin yenidən çəkilişidir, lakin yeni film min üç yüz il sonra, XX əsrin əvvəllərində, Çində Sinxay inqilabından sonra baş verir. Premyerası 20 yanvar 2011-ci ildə (Rusiyada — 19 May) baş tutdu. Çin Respublikasının mövcudluğunun ilk illəri. Çin hərbi rəhbərləri arasındakı ixtilaf həddinə çatır. Qonşu əraziləri fəth etmək istəyi ilə ölkəni mübahisə uçurumuna atırlar. General Hou Ci, Şaolin Məbədinin yerləşdiyi Dengfeng şəhərini ələ keçirir və şəhərin keçmiş hökmdarının arxasınca gedir. Onu gizlətməyə çalışdığı Şaolin Məbədində öldürdü.
Şaolin Kunq-fu
Şaolin Kunq-fu (Çin dili: 少林功夫, pinyin: Shàolín gōngfu) — çin döyüş sənətidir. Şaolin məbədinin əlbayaxa döyüş və soyuq silahlardan istifadə olunan döyüş sənətinin rəsmi adıdır. Bu döyüş sənətinin banisi, müxtəlif ləqəblərlə tanınan Hind rahibi Bodhidharmadır. Shahar, Meir (2008). The Shaolin Monastery: History, Religion, and the Chinese Martial Arts. Honolulu: University of Hawai'i Press. ISBN 0824831101. Liu, James J. Y. (1967). The Chinese Knight Errant. London: Routledge and Kegan Paul.
Şaolin nindzaya qarşı
Şaolin Nindzaya qarşı (mandarincə: Shao Lin yu ren zhe) — 1983-cü ildə çəkilmiş döyüş filmidir. Yapon samuray döyüşçüləri Şaolinlərə qarşı meydan oxuyurlar. Yalnız döyüş onlardan hansı birinin güclü olmasınnı göstərəcəkdir. Bu zaman Yapon Nindzaları onlar arasındakı münasibətləri gərginləşdirməyə çalışırlar... Şaolin Nindzaya qarşı — Internet Movie Database saytında.
Şopenin qayıtması (film, 1998)
Sənədli film XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışır. Filmdə ssenari müəllifi və səs operatoru iştirak etmir.
Şaolin Nindzaya qarşı (film, 1983)
Şaolin Nindzaya qarşı (mandarincə: Shao Lin yu ren zhe) — 1983-cü ildə çəkilmiş döyüş filmidir. Yapon samuray döyüşçüləri Şaolinlərə qarşı meydan oxuyurlar. Yalnız döyüş onlardan hansı birinin güclü olmasınnı göstərəcəkdir. Bu zaman Yapon Nindzaları onlar arasındakı münasibətləri gərginləşdirməyə çalışırlar... Şaolin Nindzaya qarşı — Internet Movie Database saytında.
40-cı qapının qıfılı (film, 2003)
Elmi bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu siyahıda elmi sahələrin atası və ya anası hesab olunan şəxslər yer alır.
Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.