Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.
Sahə | Şəxs/lər "atası" və ya "anası" hesab olunan |
Səbəb |
---|---|---|
Arxeologiya | Vilyam Qoulend[1] | Yaponiya apardığı arxeoloji tədqiqat işlərinə görə. |
Alpinizm | Volter Veston[2] | Yaponiya alpinizmini Qərb dünyasına tanıtdığına və Yaponiya Alpinizm Klubunu yaratdığına görə. |
Futbol | Dettmar Kramer[3] | 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə. |
Geologiya | Henrix Edmund Nauman[4] | Yaponiya Geoloji Tədqiqatlar Qurumunu yaratdığı, Yaponiyanın ilk geoloji xəritəsini tərtib etdiyi və Yaponiyanın geoloji quruluşunu tədqiq etdiyinə görə. |
Havay adalarına miqrasiya | Robert Volker İrvin[5] | Havay adaları ilə Yaponiya arasında ilk miqrasiya müqaviləsində vasitəçi rolunu oynadığına görə. |
Mayaklar | Riçard Henri Branton[6] | Yaponiyada ilk müasir mayakları tikdirdiyi və effektiv mayak xidmətinin əsasını qoyduğuna görə. |
Müasir idman | Aleksandr Kameron Sim[7] | Yaponiyada ən qədim idman klubunu təsis etdiyinə görə. |
Müasir memarlıq | Cosayya Konder[8] | Tokioda müasir memarlıq üslubda tikdirdiyi çoxsaylı tikililərə görə. |
Seysmologiya | Con Miln[9] | Yaponiya Seysmologiya Cəmiyyətini yaratdığına və seysmoloji stansiyalar yaratdığına görə. |
Sahə | Şəxs/lər "atası" və ya "anası" hesab olunan |
Səbəb |
---|---|---|
Basketbol | Hyozo Omori[10] | Yaponiyanı basketbol idmanı ilə tanış etdiyinə görə. |
Beysbol | İsoo Abe[11] | Yaponiyada beysbol idmanının inkişafı üçün töhfələrə və "Vaseda" beysbol klubunu yaratdığına görə. |
Botanika | Udaqava Yoan[12] | Yaponiyanı Qərb dünyasının botanika elmi ilə tanış etdiyinə görə. |
Braziliyaya miqrasiya | Şuhey Uetsuka[13] | Braziliyadakı ilk yapon immiqrantlara göstərdiyi dəstəyə görə. |
Fotoqrafiya | Şimooka Renco[14] | Yaponiyada ilk kommersiya məqsədli fotostudiyalardan birini açdığına, ilk peşəkar yapon fotoqraflardan biri olduğuna görə. |
Hayku | Yamazaki Sokan[15] | Ən qədim haykay antologiyasını tərtib etdiyinə görə. |
Kino | Şozo Makino[16] | Yaponiya kinosunun ilk dövrlərinə böyük təsir göstərdiyinə görə. |
Qərb rəssamlığı | Kuroda Seyki[17] | Yaponiyanı Qərb rəssamlığı ilə tanış etdiyinə görə. |
Lisey beysbolu | Tatsuo Saeki[11] | Yaponiya liseylərində beysbolun inkişafı üçün verdiyi töhfələrə görə. |
Mikroelektronika | Cuniçi Nişizava[18] | Elektronika sahəsindəki ixtiralarına görə. |
Müasir sikkəçilik | Endo Kinsuke[19] | Yaponiyada Qərb texnikası ilə sikkələr kəstirməsinə görə. |
Nüvə enerjisi | Matsutarō Şoriki[20] | Yaponiya Atom Enerjisi Komissiyasının ilk sədri olduğuna, nüvə reaktorlarının alınmasındakı iştirakına, nüvə enerjisindən istifadəni müdafiə etdiyinə görə. |
Nüvə fizikası | Yoşio Nişina[21] | Yaponiyada ilk dəfə bu sahədə araşdırmalar apardığına və atom bombası layihəsinə başçılıq etdiyinə görə. |
Okinavaşünaslıq | İha Fuyu[22] | Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoyduğuna, Okinava ədəbiyyatını və folklorunu öyrəndiyinə görə. |
Parazitologiya | İsao İcima[23] | Parazitologiya sahəsində gördüyü işlərə görə. |
Raketçilik | Hideo İtokava[24] | Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini yaratdığına görə. |
Sosializm | İsoo Abe[11] | Yaponiyada ilk sosialist partiyanı qurduğuna və apardığı sosialist islahatla görə. |
Şou-biznes | Mitsuko Mori[25] | Yaponiyanın əyləncə sənayesindəki məşhurluğuna və əlaqələrinə görə. |
Televiziya | Kenciro Takayanaqi[26] | Televiziya sahəsindəki ixtiralarına görə. |
Tələbə beysbolu | Suişu Tobita[11] | Yaponiya universitetlərində beysbolun inkişafı üçün verdiyi töhfələrə görə. |
Viski | Rita Taketsuru[27] | "Nikka Whisky" şirkətini yaratdığına görə. |