Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Sapsan (dəqiqləşdirmə)
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Sapsan (raket sistemi)
Sapsan (Ukraynca :"Оперативно-тактичний ракетний комплекс "Сапсан") Yuzhnoye Design Office Yuznaya Dizayn Ofisi) və Ukrayna Silahlı Qüvvələri üçün A. M. Makarov Southern Machine-Building Plant (Yuzhmash) (A. M. Makarov adına Cənub Maşınqayırma Zavodu) tərəfindən təkmilləşdirilmə mərhələsində olan mobil bir qısa mənzilli ballistik raket sistemidir . Sapsan taktiki raket sisteminin xüsusiyyətlərini və reaktiv yaylım atəş sistemlərinin xüsusiyyətlərini özündə birləşdirməlidir. Müəyyənləşdirilmiş raketin məhvetmə sahəsi 280 kilometrədəkdir.
Caesalpinia sappan
Sappan sezalpiniyası (lat. Caesalpinia sappan) - sezalpiniya cinsinə aid bitki növü.
Sappan sezalpiniyası
Sappan sezalpiniyası (lat. Caesalpinia sappan) - sezalpiniya cinsinə aid bitki növü.
Seraya Şapşal
Seraya Şapşal (8 (20) may 1873 və ya 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961 və ya 1961, Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor. == Həyatı == Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Lapsana
Ziyilotu (lat. Lapsana) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lapsana chondrilloides L. Adi ziyilotu (Lapsana communis L.) Lapsana communis subsp. adenophora (Boiss.) Rech.f. Lapsana communis subsp. alpina (Boiss. & Balansa) P.D.Sell Lapsana communis subsp. grandiflora (M.Bieb.) P.D.Sell Lapsana communis subsp. intermedia (M.Bieb.) Hayek Lapsana communis subsp. macrocarpa (Coss.) Nyman Lapsana communis subsp.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı.2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır.Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Qaplan
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını və Naxçıvanı əhatə edir.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olubdur və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).