Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Satanizm
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat. "Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı. Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.
Ateistik satanizm
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir. Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.
LaVeyan Satanizm

Teistik satanizm

Ənənəvi satanizm

La-Veya satanizmi
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Fatalizm
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Paqanizm
Bütpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır.
Satanist
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Atavizm
Atavizm (yun. atavus) – müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxması. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur. Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır. Atavizm orqanizmin hər hansı strukturunun ilkin mərhələlərdə inkişafının ləngiməsi zamanı da baş verə bilər. Nəticədə yetkin orqanizmdə əcdadın vəziyyəti ilə eyni olan müvafiq oxşar əlamətlərin embrional vəziyyəti mühafizə edilir. Quruda yaşayan onurğalıların boyun fistulasının yaşlı insanda nadir hallarda müşahidə edilməsi belə atavizmə misaldır. Atavizm bəzən or qanizmin itirdiyi strukturların bərpası zamanı baş verir. Misal olaraq bəzi kərtənkələlərin avtotomiyadan sonra regenerasiya olunmuş quyruğunda pulcuqların sadələşmiş quruluşunu göstərmək olar.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Etanizm
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.
Stakizm
Stakizm — 1999-cu ildə Billi Çayldiş və Çarlz Tompson tərəfindən əsası qoulmuş konseptual sənət əleyhinə olaraq məcazi rəssamlığı təşviq etmək məqsədi daşıyan beynəlxalq bir sənət hərəkatıdır. İlk əvvəl 13 ingilis sənətkar tərəfindən yaradılan qrup 2017-ci ilin mart ayında 52 ölkəyə və 236 qrupa qədər genişlənmişdir.
Şatariz
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Şatarız

Dataizm
İnformatsionizm transhumanist utopiyanın bir növü olub Böyük Verilənlərin nüfuzlanması nəticəsində əmələ gəlmiş düşüncə quruluşunu və ya fəlsəfəni təsvir edən termindir. Bu termindən ilk dəfə 2013-cü ildə Devid Bruks tərəfindən New York Times qəzetində istifadə edilib. Daha sonra, Yuval Harari bu terminə yeni əmələ gəlmiş ideologiya və hətta üstün gücün informasiya axını olduğu bir din mənası qatmışdır. == Tarixi == Devid Bruks 2013-ün fevral ayında New York Times qəzetində bu sözləri yazmışdı: “Bu gün ən sürətlə böyüyən fəlsəfə nədir deyə soruşsanız, dataizm deyərdim”. Bruks iddia edir ki, məlumatlara bel bağlamaq düşüncə yanılmalarını azaldır və “davranışların diqqət yetirmədiyimiz ülgülərini aydınlaşdırır.” Stiv Lohrun 2015-ci ildə ərsəyə gətirdiyi “data-ism” adlı kitab Böyük Verilənlərin cəmiyyəti necə dəyişdirdiyindən bəhs edir. Müəllif bu dəyişimi Böyük Verilənlər İnqilabı adlandırmışdır. Yuval Noy Hararinin 2016-cı ildə yazdığı Homo Deus: A Brief History of Tomorrow adlı kitabında müəllif bütün rəqabətli siyasi və ya sosial strukturları məlumatların işləndiyi sistemlər adlandırır. “Dataizm kainatın məlumat axınlarından ibarət olduğunu və hər bir varlığın məlumat axınına olan tövhələrinə görə dəyərləndirildiyini elan edir. “Biz bəşəriyyəti insanların çip rolu oynadığı məlumatların işlənməsi sistemi olaraq düşünə bilərik” – Harari qeyd edib. Yuval Noy Hararinin fikirlərinə əsasən “bir dataistin məqsədi məlumat axınını zənginləşdirməkdir.” Harari təxmin edir ki, bir gün insanların həyatındakı ən mühüm qərarları (məsələn: kimlə evlənmək, hansı kariyeranı seçmək və s.) alqoritmlər verəcək.
Azərbaycanda Paqanizm
Şərqi Zaqafqaziyada xristianlıqdan və İslamdan əvvəlki mifologiya haqqında çox az şey məlumdur; bununla bağlı mənbələrin əksəriyyəti əsasən Strabo kimi Yunan tarixçilərinə və arxeoloji dəlillərə söykənməktədir. === Bərhail === Barhail iki əsas Tanrıdan biri idi. Sağ əlində günəş, sol əlində ay tutur. Sağ əli Şərqi, sol əli isə Qərbi göstərir. Əgər bir anlıq sağ əlini düşürsə, dünya əbədi zülmətə qərq olacaq. Günlərin daha uzun və ya daha qısa olmasına qərar verir. === Səbail === Səbail iki böyük tanrıdan biri idi. Dəniz və küləyin qoruyucusu idi. Bərhailə qarşı dik durur. Sol əli okeanı qitələrdən ayırır, daşqınların qarşısını alır.
Teoloji fatalizm
Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmaz olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır. == Hər şeyi bilmə və azad iradə == Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir. Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir: Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi: Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər: İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur.