Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarua gölü
Sarua gölü (başq. Саруа күле) — Başqırdıstanın Nuriman rayonu, Sarva kəndi ərazisində yerləşən göl. 1956-cı ildən təbiət abidəsi elan edilmişdir. Göl Saldıbaş çayının hövzəsində yerləşir. Gölün şərqi hündür və meşə ilə örtülü olsa da, qərbi düzən və meşəsizdir. Göldə Başqırdıstan və Rusiyanın qırmızı kitabına salınmış Avropa xariusu adlı balıq yaşayır.
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
SRBUK
Srbuhi Sərkisyan (erm. Սրբուհի Սարգսյան; 3 aprel 1994, İrəvan) və ya səhnə adı ilə Srbuk — erməni müğənni. İfaçı 2011-ci ildə ikinci yeri qazandığı Ermənistanın X Factor yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. O, 2018-ci ilin əvvəllərində Ukraynanın "Holos Krainy" (Голос країни) səs yarışmasında iştirak etmiş və nəticədə dördüncü yeri qazanmışdır. Sərkisyan "Walking Out" mahnısı ilə Ermənistanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Surra
Yaşayış məntəqələri Azərbaycanda Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Oxşar toponimlər Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Şarja
Şarja (ərəb. لشارقة ‎) — Birləşmiş Ərəb Əmirliklərinın üçüncü böyük şəhəri, Şarja əmirliyinin inzibati mərkəzi. Əhalisi — 801 004 (2008). Dubay və Əcmənlə birlikdə 3 132 181 nəfərlik aqlomerasiya yaradır.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
Şorba
Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb.
Şorca
Ermənistanda Şorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. == Təsnifat == === Bəşəriyyətin problemləri === ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; === Proqnozlaşdırma imkanları === proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Sırqa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Abrau gölü
Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir == Coğrafiyası == Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.
Abrau yarımadası
Abrau yarımadası — öz növbəsində cavan alçaq dağlıq olaraq ovalvari formaya malikdir və Qara dənizin daxilinə doğru uzanır. == Coğrafiyası == Yarımadanın təbii sərhədləri Anap buxtası, Qara dəniz və Semes buxtasıdır. Şərq hissədən sərhəd kimi Semes və Naskaqa çaylarının yatağını götürürlər. Yarımadanın sərhədindən Utriş çatı keçir. 5-7 min il öncə neydana gəlmişdir. Ərazisi aktiv zəlzələ zonasında yerləşir. Burada zəlzələnin güçü 8 bala çatır. Abrasiya sayəsində yarımada ırazisində iki yeni yarımada firmakaşır:Böyük Utriş və Kiçik Utriş. Yarımada ırazisində maksimal hündürlük 548,6 metrdir (Aryol). Digər zirvələr: Saxarnaya Qalava 540,0 m, Kobıla 531,6 m, Koldun 440 m, Şaxan 363,0 m.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Allium serra
Allium serra (lat. Allium serra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Andre Morua
Andre Morua (fr. André Maurois; Émile Salomon Wilhelm Herzog adıyla anadan olmuş;26 İyul 1885 - 9 Oktyabr 1967)- Fransa yazıçısı. == Bioqrafiya == Andre Morua, Elbefdə dünyaya gəlimiş və Ruanın Pierr Kornell Lisesində təhsil almışdır,ki hər ikisidə Normandiyada yerləşir. Morua Ernest Herzoq, bir yəhudi tekstil istehsalçısı və Alis (Levi-Rüeff) Herzoqun oğlu idi. Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Daha sonra ABŞ köçüb gedir və Kanzas Universitetinde müəllim kimi işləyir. Bu dövrdə O bioqrafik əsərlərini yazır: Frederik Şopen (1942), general Dvayt Eyzenhaver (1945), Bencamin Franklin (1945) və Vaşinqton (1946). 1943-cü ildə Morua Şimali Afrikaya köçür, 1946-cı ildə isə Fransaya qayıdır. İncə zövqə, dərin psixologizmə və sözün həqiqi mənasında klassik dünyagörüşünə malik andre Morua dünya ədəbiyyatında, əsasən , avtobioqrafik roman janrının ustadı kimi tanınır.Meri Şelli, Corc Bayron , Onore de Balzak, Viktor Hüqo, Aleksandr Düma , Jorj Sand, İvan Turgenyev və Çexov haqqında yazdığı kitablar Moruanın adını bu janrda yazılmış ən yaxşı əsərlər müəllifi kimi əbədiləşdirib.Fransa Müqavimət hərəkatının iştirakçısı olan görkəmli yazıçı İkinci Dünya müharibəsində fransız ordusunda kapitan kimi xidmət göstərmiş, alman qoşunları Parisi işğal edəndən sonra isə ABŞ-a mühacirətə gedərək Kanzas Universitetində çalışmışdır.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Ağbulaq (Şərur)
Ağbulaq — Şərur rayonunda yerləşən yüksəklik. == Haqqında == 2018-ci il 20–27 may arasında Azərbaycan Silahlı Qüvvələri hücumu nəticəsində bundan 26 il qabaq işğal olunmuş Günnüt kəndi işğaldan azad ediləndə, həmçinin Ağbulaq yüksəkliyi də işğaldan azad edilmişdi.