Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvarsit
Kvarsit – gözlə və ya zərrəbin altında seçilən, kvarsdan təşkil olunmuş, kvars materialı ilə də sementləşmiş dənəvər süxur Geoloji praktikada, demək olar ki, sırf silisium oksidindən (kvars və opal – xalsedon – kvars qarışığı) təşkil olmuş, sıx və bərk süxurlar kvarsit adlandırılır. == Yaranması == Kvarsit kvars qumdaşları və bəzi maqmatik süxurlarin (porfirlər) metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Massiv kvars qumdaşları, habelə aşınma qabıqlarında rast gələn metasomatik mənşəli (hipergen kvarsitlər) dənəvər kvars süxurları da bəzən kvarsit adlanır. Mis kolçedanı yataqlarının oksidləşməsilə bağlı hipergen kvarsit digər süxurlar arasında aydın seçildiyindən, bu fliz üçün axtarış əlamətidir. Güman edilir ki, habelə hidrotermal məhlullarla dəniz dibinə çıxarılan silisium oksidi də, başqa komponentlər (Fe, Mn və b.) iştirak etmədikdə, çox vaxt mikrokvarsitlər adlanan kvarsit linzalarının əmələ gəlməsinə səbəb olur. Kvarsit tikintidə və turşuya davamlı material, əsasən xammal kimi odadavamlı kərpic (dinasin) istehsalında və metaləritmə sənayesində flüs kimi istifadə olunur. == Tərkibi == 100–450 mpa xüsusi kütləsi, orta hesabla 2,6 q/sm³ sıxlıq, orta hesabla 2,68 q/sm³ uzunömürlüyü — 150–300 il == Dəmirli kvarsitlər == Dəmirli kvarsitlər dərin metamorfizmə uğramış kvarslı-dəmirli çöküntülərdir və ya vulkanogen-çökmə süxurlardır. Kembriyəqədər süxurlar içərisində geniş yayılmışlar. Aydınlaylı, adətən incə zolaqlı kvars, silikat-maqnetitli və ya hematitli süxurlarla təmsil olunmuşdur. Ayrı-ayrı nazik laycıqlarda (0,1–20 mm) hər hansı bir mineral (kvars, maqnetit və ya martit, hematit, xlorit, serisit, biotit, amfibol və başqa) miqdarca üstünlük təşkil edir.
Svirsk
Svirsk (rus. Свирск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Avarsin (Xudafərin)
Avarsin (fars. اوارسين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (22 ailə).
Nvarsak sülhü
Nvarsak sülhü — 485-ci ildə bağlanmış sülh.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Maqsud Əlixanov Avarski
Maqsud Əlixanov Avarski (23 noyabr 1846, Xunzax – 3 iyul 1907, Gümrü) — Rusiya İmperator Ordusunun general-leytenantı (22 aprel 1907), Marı qəzasının rəisi və Tiflis quberniyasının qubernatoru. II Qafqaz kazak diviziyasının komandanı. Kaytmaz Əlixanovun böyük qardaşı. Maqsud Əlixanov Rusiya İmperator Ordusunda 44 il 11 ay xidmət etmişdir. Əsgərdən generala qədər karyera yüksəlişi etmişdir. Əlixanov Rusiya imperiyasının 30 ali mükafatına layiq qörülüb. O, polkovnik rütbəsində olanda 4-cü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. Adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər lövhəyə yazılıb. 1883–1885-ci illərdə o, bu mükafata layiq görülən yeganə qafqazlıdır. Ondan sonra daha heç kəs bu mükafata layiq görülməyib.
Sasik gölü
Sasik (Sasık, Kunduk) (türk. üfunətli) — Odessa vilayətində süni göl. Vaxtı ilə liman olan Sasik gölü Tatarbunar və Kiliyski rayonlarında yerləşir. Gölün sahəsi 210 km², dərinliyi 2,7 metrdir. Sasik gölü şimaldan cənuba doğru 29 km məsafədə uzanır. Eni isə 3–12 km arasında dəyişir. Sasik limanı 1970-ci illərə kimi kurort zonası idi. Limanın palçığı bir çox müalicəvi xüsusiyyətlərə malik idi. Sonradan liman suyunun şirinləşdirilməsi məqsədi ilə böyük layihə işlənildi. Liman suyunu kənd təsərrüfatında istifadə etmək üçün onu dənizdən bənd vasitəsilə ayırdılar.
Şvars prinsipi
Fərz edək ki, σ {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün γ {\displaystyle \gamma } analitik xətti saxlayır. σ {\displaystyle \sigma } oblastında analitik və γ {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan f ( z ) {\displaystyle f(z)} funksiyasını γ {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. f ( z ) {\displaystyle f(z)} -in γ {\displaystyle \gamma } üzrə qiymətləri z → t {\displaystyle z\rightarrow t} olduqda f ( z ) {\displaystyle f(z)} -in f ( t ) {\displaystyle f(t)} limit qiyməti başa düşülür. Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, γ {\displaystyle \gamma } həqiqi oxun [ a , b ] {\displaystyle [a,b]} parçasıdır. Onda γ {\displaystyle \gamma } -nın tənliyi { x = t y = 0 {\displaystyle {\begin{cases}x=t&\\y=0&\end{cases}}} α ≤ t ≤ β {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə f ( t ) {\displaystyle f(t)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında f ( t ) = ∑ k = 0 ∞ C k ( t − x 0 ) k {\displaystyle f(t)=\sum \limits _{k=0}^{\infty }C_{k}(t-x_{0})^{k}} olar. Burada t {\displaystyle t} evazine kompleks z {\displaystyle z} dəyişənini yazsaq φ ( z ) = ∑ k = 0 ∞ C k ( z − x 0 ) k {\displaystyle \varphi (z)=\sum \limits _{k=0}^{\infty }C_{k}(z-x_{0})^{k}} funksiyasrı x = x o {\displaystyle x=x_{o}} nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ω ( z ) = φ ( z ) − f ( z ) {\displaystyle \omega (z)=\varphi (z)-f(z)} ile işarə edək. Aydındır ki, ω x 0 , σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə lim z → t ω ( z ) = lim z → t φ ( z ) − lim z → t f ( z ) {\displaystyle \lim \limits _{z\rightarrow t}\omega (z)=\lim \limits _{z\rightarrow t}\varphi (z)-\lim \limits _{z\rightarrow t}f(z)} ω ( t ) = f ( t ) − f ( t ) = 0 {\displaystyle \omega (t)=f(t)-f(t)=0} olur.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.