Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Satave
Satave (gürc. სათავე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 580 metr hündürlükdə, Suxumidən 27 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 656.
Toşio İvatani
Toşio İvatani (24 oktyabr 1925 - 1 mart 1970) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib, 4 qol vurub.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Satake Yoşiatsu
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur. 1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir. Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır.
Satake Şozan
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur. 1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir. Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır.
Şahanə Hacıyeva
Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Şano-Şatne
Şano-Şatne (fr. Chanoz-Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01084. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 16 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 706 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 437 nəfərin (15-64 yaş arasında) 362 nəfəri iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.8%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 362 sakindən 335 nəfəri (178 kişi və 157 qadın), 27 nəfəri işsizdir (16 kişi və 11 qadın).
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Şatne (İzer)
Şatne (fr. Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38093. Kommunanın 1999-cu il üçün əhalisi 303 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 324 ilə 548 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Şatne-an-Frans
Şatne-an-Frans (fr. Châtenay-en-France) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 61 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 25 km şimalında, Serji bələdiyyəsinin 29 km şərqində yerləşir.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.