Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Svati
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Afrika siveti
Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ. Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir.
Bakı Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Vəzi
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Halil Sezai
Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu (16 Avqust 1979, Əskişəhər) — Türk aktyor, müğənni. Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır. Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakultəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır. 2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır. Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Svati dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Svazi dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Səmti müəyyənetmə
Səmti müəyyənetmə və ya Orientirinq (ing. Orienteering) — xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür. Yarış zamanı iştirakçılara taparaq qeyd olacaqları nəzarət məntəqələrinin göstərildiyi xüsusi topoqrafik xəritə olan idman xəritəsi verilir. Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır. Bunlardan ən qədimi və daha çox məşhur olanı qaçış (ayaq) orientirinqidir. Bu səbəbdən səmti müəyyənetmə dedikdə qaçış orientirinqi başa düşülür. Bununla belə, zaman çərçivəsində xəritədən istifadə edərək istiqaməttapma tələb edən idman növləri orientirinq idman növlərinə daxildir. Orientirinq bir sıra dünya idman proqramlarına, o cümlədən Dünya Oyunları və Dünya Polis və Yanğın Oyunları sıralarına daxil edilmişdir. Orientirinq özündə naviqasiya bacarıqları tələb edən bir sıra idman növlərini birləşdirir. Hər birinin özünəməxsus qayda və qanunları olan idmanlarda xüsusi məntiq və trayektoriya seçim bacarığı tələb edilir.
Tər vəzsi
Tər vəziləri — orqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir. Tər vəziləri dırnaq və saç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.
İveti Sanqalu
İveti Sanqalu (port. Ivete María Dias de Sangalo Cady; d. 27 may 1972) — Braziliya axe, samba-reggae, pop müğənnisi, mahnı şairi, aktrisa, server və model.
Şilpa Şetti
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Əruz-Vəzni
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Əruz vəzni
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Oksana Şvets
Oksana Oleksandrovna Şvets (ukr. Оксана Олександрівна Швець; 10 fevral 1955, Kiyev – 17 mart 2022, Kiyev) — Ukraynalı aktrisa. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrında çalışıb və 1996-cı ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb. O, həmçinin Ternopil Musiqi və Dram Teatrında, həmçinin Kiyev Satira Teatrında da səhnəyə çıxıb. O, 2013-cü ildə Rusiya-Ukraynanın birgə serialı olan Zanbaqlı ev filmində və televiziya tamaşasında da rol alıb. Kiyevdə anadan olan Şvets 1975-ci ildə İvan Franko Teatrında teatr studiyasının, 1986-cı ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin teatrşünaslıq fakültəsinin məzunu olub. in 1986. Şvets Ternopil Musiqili Dram Teatrında və Kiyev Satira Teatrında da çalışıb. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrının (Gənc Teatr) ansambl üzvü kimi çalışıb. Şirkət onun bir çox rollarını və oyunlarını siyahıya alıb.
Sezai Temelli
Sezai Temelli (15 iyul 1963, İstanbul) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. Sezai Temelli 15 iyul 1963-cü ildə İstanbulda anadan olub. İstanbul Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Həmin universitetin İqtisadiyyat Bölməsində PhD dərəcəsi alıb. Uzun illər İstanbul Universiteti Siyasi və İctimai Elmlər Bölməsində müəllim olaraq çalışıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2016-cı ildə tutduğu vəzifədən azad edilib. 2018-2020-ci illərdə HDP həmsədri olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018-ci ildə Van ilindən, 2023-cü ildə isə Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub. İngiliscə bilir.
Sunil Şetti
Sunil Şetti (Suniel Shetty; doğum adı: Sunil V. Shetty; 11 avqust 1961, Manqalur) hind aktyor, kino prodüseri, televiziya adamı və əsasən hind filmlərində fəal olan sahibkardır. Demək olar ki, 30 illik karyerasında o, 100-dən çox filmdə rol almışdır. O, Popcorn Entertainment Private Limited prodakşnın sahibidir. O, Popcorn Motion Pictures bayrağı altında Khel – No Ordinary Game, Rakht və Bhagam Bhag kimi bir sıra filmlərin prodüseri olmuşdur. Suniel Shetty 11 avqust 1961-ci ildə Manqalor ştatının Mulki şəhərində Tulu dilli Bunt ailəsində anadan olmuşdur.
Azərbaycan Ali Soveti
Azərbaycan SSR Ali Soveti