Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazağı
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Gyrinomimus grahami
Gyrinomimus grahami (lat. Gyrinomimus grahami) — gyrinomimus cinsinə aid heyvan növü.
Pirikitel Alazani
Pirikitel Alazani çayı (Pirikiti Alazanigürc. პირიქითი ალაზანი, Pirikita Alazani, Pirikitel Alazani, gürc. ქვახიდისწყალი) — Gürcüstanın şimal-şərqində Tuşetiya tarixi-coğrafi bölgəsində dağ çayı. Tuşeti Milli Parkının şimal hissəsindəki Kaxeti Axmeta bələdiyyəsinin ərazisindən axır. Andi Göysu çayının sol qoludur. == Toponimiyası == Yuxarı axarda çayın adı - Xvaxidisçkali (gürc. ქვახიდისწყალი) adlanır. Gürcü dilindən tərcümə edildikdə çayın adı üç hissəyə ayrılır. Sözün hərfi mənasında gürcü dilində: ქვა (kva) - daş, yük; gürcü dilində ხიდის (hidis) - körpü və yük; gürcü dilində: წყალი (tskali) - su, çay deməkdir. == Coğrafiyası == Çayın ümumi uzunluğu 46 (49) km-dir.
Riqa balzamı
Riqanın qara balzamı (latış. Rīgas Melnais balzams‎) — 45 %-li tünd və möhkəm balzam zəngin və bir qədər acımtıl-şirin dada malikdir. İçki Latviyada istehsal olunur. Alkoqol içki kimi Riqa balzamı bitter kareqoriyasına aid edilir. Müxtəlif natural əlavələr (cökə ağacının çiçəkləri, ağcaqayın tumurcuqları, moruq, mərsin, zəncəfil kökü) içkinin dadına xüsusi əhəmiyyət verir. Riqa balzamı birbaşa günəş işığından və həddindən artıq temperatur dəyişikliyindən qorumaq məqsədilə keramik butulkalarda satışa buraxılır. Riqa qara balzamı Avropada hələ 1752-ci ildən məlum idi. Balzamı həm təmiz, həm də çay, qəhvə, dondurma və ya kokteyl şəklində içmək olar. Balzam həmçinin dərman vasitəsi kimi də istifadə edilə bilər, məsələn soyuqdəymə, zökəm və ya həzmlə bağlı problemlər olduqda balzam çox kömək edir == Balzamın tərkibi == Balzamın tərkibinə 24 inqredient daxildir. Onlardan ən əsası - xüsusi hazırlanmış su, etil spirti, təbii bitki ekstraktı, peru balzam yağı, şəkər, konyak, moruq, qarağat, zəncəfil, təbii bal aromatizatoru.
Roland Qlavani
Roland Qlavani (20 Aprel 1922 – 16 Yanvar 2017) — Fransalı ordu generalı.
Buxar qazanı
Buxar qazanı ― istilik enerjisini suya tətbiq edərək buxar yaratmaq üçün istifadə olunan cihaz. Buxar qazanı buxar mənbəyi lazım olan istənilən yerdə istifadə olunur. Onun forma və ölçüsü tətbiqetmə sahəsindən asılıdır: paravoz, lokomobil və buxarla işləyən yol nəqliyyat vasitələri kimi mobil buxar mühərriklərində daha kiçik qazan istifadə olunur; stasionar buxar mühərrikləri, sənaye müəssisələri və elektrik stansiyaları adətən boru kəmərləri ilə istifadə nöqtəsinə birləşdirilmiş daha böyük və ayrı buxar generatoru dəstinə malikdir. Diqqətəlayiq istisna kimi odsuz buxar lokomotivini göstərmək olar, orada buxar lokomotivin qəbuledicisinə (çəninə) ötürülür. == İlkin mühərrikin komponenti == Buxar qazanı əsas hərəkətverici mühərrik kimi baxıldıqda buxar maşınının ayrılmaz hissəsidir. Bununla birlikdə, o, ayrı-ayrılıqda nəzərdən keçirilməlidir, çünki müəyyən dərəcədə müxtəlif növ generatorlar fərqli mühərrik aqreqatlar ilə birləşdirilə bilər. Buxar qazanında yanacaq yandıran və istilik yaradan odluq və ya kürə olur. Yaranan istilik qaynama prosesi zamanı buxar yaratmaq üçün suya ötürülür. Beləcə, qaynar suyun üstündəki təzyiqdən asılı olaraq dəyişən sürətə malik dolğun buxar peydə olur. Qazanın istiliyi nə qədər yüksək olarsa, buxar daha sürətlə çıxar.
Larami (Vayominq)
Larami rayonu (ing. Laramie County) — ABŞ-nin Vayominq ştatında yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun 2000-ci il məlumatlarına görə bu rayonun 81 067 nəfər əhalisi var idi. Rayonun inzibati mərkəzi və Vayominq dövlətinin paytaxtı Çeyen şəhərində yerləşir.
Qazağı (Rəqs)
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Rie Azami
Rie Azami (d. 11 yanvar 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Saccharum glaza
Saccharum spontaneum (lat. Saccharum spontaneum) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Imperata klaga Jungh. Imperata spontanea (L.) P.Beauv. Saccharum angustifolium Reinw. ex Buse [Invalid] Saccharum arenicola Ohwi Saccharum caducum Tausch Saccharum canaliculatum Roxb. Saccharum chinense Nees ex Hook. & Arn. Saccharum glaza Reinw. ex Blume Saccharum insulare Brongn.