Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetlova
Boris Nikolayeviç Svetlov
Svetlana
Svetlana — qadın adı. Svetlana Aleksiyeviç — Ukrayna əsilli Belarus yazıçısı. Svetlana Məmmədova — 20 Yanvar şəhidi. Svetlana Aliluyeva Svetlana Korolyova — Qazaxıstanı təmsil edən su poloçusu.
Svetlov
Boris Nikolayeviç Svetlov
Svetlana Adırxayeva
Svetlana Adırxayeva (12 may 1938 – 27 avqust 2023, Moskva) — SSRİ və Rusiya balerinası, baleymester, xoreoqraf, müəllim. SSRİ xalq artisti (1984). Svetlana Adırxayeva 12 may 1938-ci ildə Xumalaq kəndində (indiki Rusiya, Şimali Osetiyanın Pravoberejnı rayonu) anadan olub. 1946-cı ildə milli qrupun üzvü olaraq Leninqrad Xoreoqrafiya Məktəbində (indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur.) Varvara Mey və Yelena Şiripinanın sinfində təhsil alır. 1955-ci ildə məzun olduqdan sonra Çelyabinsk Opera və Balet Teatrının truppasına qəbul edilir. 1958–1960-cı illərdə Odessa Opera və Balet Teatrında işləyir. 1960-cı ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ədəbiyyat və İncəsənət Onilliyi çərçivəsində Moskvada çıxış edir, sonra Dövlət Akademik Böyük Teatrında "Qu gölü" baletində Odette-Odile rolunu ifa etmək üçün dəvət edilir. 1988-ci ilə qədər Böyük Teatrının solisti olur. Asaf Messererin sinfində oxuyur. Şəkilləri "Klassik rəqs dərsləri" dərsliyinin fotoşəkilləri üçün çəkilir.
Svetlana Aleksandrovna
Svetlana Aleksandrovna (31 may 1948[…], İvano-Frankovsk[…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib. Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir.
Svetlana Aleksiyeviç
Svetlana Aleksandrovna (31 may 1948[…], İvano-Frankovsk[…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib. Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir.
Svetlana Aliluyeva
Svetlana İosifovna Aliluyeva (gürc. სვეტლანა ალილუევა, rus. Светлана Иосифовна Аллилуева, 28 fevral 1926, Moskva, RSFSR, SSRİ – 22 noyabr 2011, Richland Center, Viskonsin ştatı, ABŞ) — Sovet filoloqu və tərcüməçisi. S. Alliluyeva 1926-cı il fevralın 28-də Moskva şəhərində anadan olub. Onun anası Nadejda Sergeyevna Alliluyeva Stalinin ikinci arvadı olub. 1949-cu ildə Stalinin qızı Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra tərcüməçi və ədəbi redaktor kimi işləməyə başlayıb. Onun SSRİ-dən qaçmasına səbəb Sovet rəhbərliyinin onun mərhum əri hindistanlı Brijesh Singhə mənfi münasibəti olub. 1966-cı ildə Hindistanda Brijesh Singhin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaq əvəzinə ABŞ səfirliyinə üz tutub. Öz sovet pasportuna od vuraraq, S. Alliluyeva kommunizmi pisləyib. Stalinin sevimli övladı S. Aliluyeva 4 dəfə evlənib, onlardan 3-ü Rusyada baş verib, Rusiyada onun 2 övladı var.
Svetlana Arqinbayeva
Svetlana Arqinbayeva (başq. Светлана Роберт ҡыҙы Арғынбаева; 8 yanvar 1966, Sibay, Başqurdıstan) — müğənni, Başqırdıstan Respublikasının xalq artisti (2003). Svetlana Arqinbayeva 8 yanvar 1966-cı ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sibay şəhərində anadan olmuşdur. Ufa İncəsənət Kollecinin vokal şöbəsində (Başqırdıstan Əməkdar İncəsənət Xadimi A. X. Çembarisovanın sinfi) oxuyub. 1993-cü ildə Ufa Dövlət İncəsənət İnstitutunu (indiki Z. İsmaqilov adına Ufa Dövlət Rəssamlıq Akademiyası) solo oxuma ixtisası üzrə bitirmişdir (Rusiyanın əməkdar mədəniyyət işçisi, Başqırdıstanın xalq artisti, professor R. Q. Qalimullinanın sinfi). 1993-cü ildən Başqırdıstan Opera və Balet Teatrının opera truppasında çalışır. 1994-cü ildən 1997-ci ilə qədər Svetlana Arqinbayeva, Maestro Mario Melani ilə Osimo şəhərində (İtaliya) Opera Sənəti Akademiyasında təhsil almışdır. Sergio Seqallini (Fransa), Raina Kabaivanska (Bolqarıstan) tərəfindən ustad dərsləri alır. 2000-ci ildə Pesaro şəhərində C. Rossini (İtaliya) adına Akademiyada təhsil almışdır. Leo Nucci (İtaliya), Rayna Kabayvanska (Bolqarıstan), Luis Lima (Argentina), Varren Mock (ABŞ) ilə eyni səhnədə ifa etmişdir.
Svetlana Bajenova
Aktrisa Bacenova Svetlana Vasilyevna 11 oktyabr 1928-ci ildə Amur vilayətinin Svabodnı şəhərində anadan olmuşdur. 1954-cü ildə Lunaçarski adına Teatr İnstitutunun "Musiqili komediya aktyoru" fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Rozaliya, "Pominalnaya molitv"da mama Menahema, "Qırmızı papaq"da nənə, "Düyməcik"də qurbağa, "Odnacdı v Baqdade"də Yevnux, "Silva"da Stassi, Yulianna, "Maritsa"da Bacena, "Vesyolaya vdova"da Miliça, "İki küpə girən qarı"da Küpə girən qarı, "Nu volk poqodi"də nənə, "Qollandoçka"da Elli, "Bayadera"da Marietta, "Perekryostok"da Do-do, "Semeynıy uikend"də Marlen kimi rolları ifa etmişdir. İşlədiyi müddətdə öz işini layiqincə yerinə yetirmişdir. Subaydır. 1 iyun 2007-ci il tarixində vəfat etmişdir.
Svetlana Boqdanova
Svetlana Boqdanova (d. 3 sentyabr 1976) — Rusiyanı təmsil edən su poloçusu. Svetlana Boqdanova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Svetlana Bulax
Svetlana Mixaylovna Bulax (28 may 1950, Donetsk) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2015). Bulax Svetlana Mixaylovna 28 may 1950-ci ildə Donetsk vilayətində anadan olmuşdur. 1969-cu ildə Kiyev Dövlət Musiqili Komediya teatrının nəzdində Teatr kadrlarının hazırlanması üzrə teatr studiyasına qəbul olunub və 1971-ci ildə Operetta aktrisası peşəsinə yiyələnərək bitirb. 1971-1973-cü illərdə Şevçenko adına Kirovoroj Rus Dövlət Musiqili Dram Teatrında işləyərkən "Koroleva Çardaşa"da Stazi, "Maritsa"da Lizoçka, "Moskovkiye kanikulı"da Katya, "Volnıy veter"də Pepitta, "Noçnoy neznakomets"də Tanya, "Vse naçinaetsya s lyubvi"də Lena, "Proşalnıy ujin"də Valentina, "Ne bespokoysa, mama"da Mziya, "Doktor Aybolit"də Çi-çi, "Jivaya muzıka"da Dovşan kimi rolları ifa etmişdir. 1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlmiş, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Diana, "Pominalnaya molitva"da Qolda, "Qırmızı papaq"da tülkü, "Düyməcik"də qurbağa, "Odnajdı v Baqdade"də Afət, "Perekrostok"da Dodo, "Sıqan premyer"də qrafinya İrini, "Silva"da Yulianna, "Maritsa"da Bojena, "Vesyolaya vdova"da Militsa, "Arşın mal alan"da Telli, "İki küpə girən qarı"da küpə girən qarı, "Nu volk poqodi"də donuzları kimi rolları ifa etmişdir. Bundan başqa uşaq tamaşalarına rejissorluq etmişdir. Bunlardan "İki küpə girən qarı", "Qızıl cücə" və "Nu volk poqodi"(ikinci rejissor) tamaşalarıdır. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Svetlana Buravova
Svetlana Buravova (d. 15 iyun 1973) — Qazaxıstanı təmsil edən su poloçusu. Svetlana Buravova, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Svetlana Gerasimenko
Svetlana İvanovna Gerasimenko (ukr. Герасименко Світлана Іванівна, doğ. 1945) — Ukrayna və Tacikistan astronomu. Svetlana İvanovna Gerasimenko 1945-ci ildə SSRİ-də, Ukrayna SSR-də doğulub. Kiyev Universitetini bitirib. 1968-ci ildə universiteti bitirib. 1969-cu ildən rəsədxanada çalışıb.12 sentyabr 1969-cu ildə Alma-Ata rəsədxanasında ezamiyyətdə olarkən teleskopla Çuryumov-Gerasimenko kometini tapıb. Svetlana Gerasimenko 1973-cü ildə Düşənbə EA-nın dəvəti ilə Tacikistana gedib.
Svetlana Həkimova
Svetlana Həkimova — teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti. S. Həkimova 1940-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S. Həkimova 1959-cu ildən Sumqayıt şəhər C. Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S. Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S. Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. 1978–1990-cı illədə S. Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990–1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda ("Bəli dünya dəyişib") rolu ilə qədəm basan S. Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş ("Sevil", C. Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə. İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N. B. Vəzirov), Naza ("Duel", M. Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N. Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R. Heydər), Tahir ("İnam", F. Məmmədov) və s.
Svetlana Korolyova
Svetlana Korolyova (d. 7 sentyabr 1973) — Qazaxıstanı təmsil edən su poloçusu. Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Svetlana Loboda
Svetlana Loboda (ukr. Світлана Лобода; 18 oktyabr 1982) — Ukraynalı müğənni. Svetlana Loboda 18 oktyabr 1982-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. Ukraynanı 2009 Avroviziya Mahnı Müsabiqəsində "Be My Valentine! (Anti-Crisis Girl)" (Azərbaycan dilində:Sevgilim ol!) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 80 xalla 6-cı olmuş və finala keçmişdir. Finalda isə 76 xalla 12-ci olmuşdur. Ты Не Забудешь (2005) Черный Ангел – Remixes (2006) Постой, МуЩина! (2006) Не Ма4о (2008) F*ck The Macho (2008) Anti-Crisis Girl (2009) H2LO (2017) Sold Out (2019) Svetlana Loboda İrəvan-Kiyev-tranzit layihəsinin təqdimetmə mərasimi ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, onun damarlarında erməni qanı axır. "Bu barədə mənə anam deyib.
Svetlana Luzanova
Svetlana Luzanova (29 iyun 1977) — Belarusu təmsil edən bədii gimnast. Svetlana Luzanova Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Svetlana Abrosimova
Svetlana Oleqovna Abrosimova - 9 iyul 1980-ci ildə anadan olub, kollecdə, olimpiadada və peşəkar liqalarda çıxış etmiş rusiyalı basketbolçudur. Ən son Qadınlar Milli Basketbol Assosiasiyasında (WNBA) Seattle Storm üçün oynamışdır. Onu adətən "Svet" və ya "Sveta" ləqəbi ilə çağırırlar. Abrosimova Leninqradda, Rusiya SFSR, Sovet İttifaqında (indiki Sankt-Peterburq, Rusiya) Oleq və Lüdmilla Abrosimovların ailəsində anadan olub. Atası Oleq gəmiqayırma zavodunda qaynaqçı işləyir, böyük bacısı Tatyana isə peşəkar bal rəqqasəsi idi. Məktəbdə oxuyarkən o, o vaxtkı Sovet Olimpiya komandası üçün hazırlanıb. O, hər oyunda orta hesabla 18 xal, altı ribaund və üç asistlə 1996-cı il Avropa Basketbol Çempionatının (həmçinin Eurobasket kimi tanınır) ən dəyərli oyunçusu olaraq seçildi. O, həmçinin 1995 və 1996-cı illərdə Avropa Çempionatını qazanan bütün ulduzlu komandaların üzvü idi. Abrosimova 2000-ci il Yay Olimpiya Oyunlarında altıncı yeri tutan və 1998-ci ildə Basketbol üzrə Dünya Çempionatında gümüş medal qazanan Rusiya milli basketbol komandasının üzvü idi. Konnektikut Universitetində birinci kurs mövsümündə (1997-1998) Abrosimovanın komandası adi mövsümdə yalnız Tennessi və Rutgersə uduzaraq 30 oyunda 28 qələbə və 2 məğlubiyyətlə sezonu yekunlaşdırdılar.
Svetlana Morqunova
Svetlana Mixaylovna Morqunova (rus. Светла́на Миха́йловна Моргуно́ва; 7 mart 1940, Moskva – 10 mart 2024, Moskva) — 1961-ci ildən Sovet Mərkəzi Televiziyasının rus diktoru, televiziya və radio aparıcısı. "Mavi işiq" və "Səhər poçtu" proqramlarının aparıcılarından biri olub. 2024-cü il 10 mart tarixində vəfat edib.
Svetlana Otçenaşenko
Svetlana İvanovna Otçenaşenko (7 iyul 1945 – 7 aprel 2022, Mariupol, Donetsk vilayəti) — Sovet və Ukrayna teatr aktrisası, Ukrayna SSR-nin əməkdar artisti (1972), Ukraynanın xalq artisti (2001), Donetsk Akademik Regional Dram Teatrının aktrisası (Mariupol). Svetlana Otçenaşenko Ukrayna SSR, SSRİ, Poltava vilayəti, Loxvitski rayonu, İskovtsı (digər mənbələrə görə Sença kəndində) kəndində anadan olub. Atası İvan Otçenaşenkonun üç ali təhsili var idi. O, Müəllimlər İnstitutunu, Ali Partiya Məktəbini və Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Kolxoz sədri vəzifəsini tutub. Onun valideynlər atası İvanını yaralandıqdan sonra müalicə olunduğu və ananın tibb bacısı işlədiyi hərbi hospitalda tanış olublar. Svetlananın anası Leninqrad vilayətindəndir. Uşaqlıq xatirələri arasında ayda bir dəfə kənd klubu kimi fəaliyyət göstərən qazmada çəkilən film və “Mikrofonda teatr” radio proqramı var. Gənc Svetlana məktəb həvəskar tamaşalarında iştirak edib. Ana iki ildə bir dəfə qızını kənddən Leninqrada aparır, orada teatra gedirdilər.
Svetloyar gölü
Svetloyar — Rusiyanın Nijeqorod vilayətində göl. Mifik Kitej şəhərinin məhs bu göldə batdığı rəvayət olunur. Göl vilayət mərkəzindən 130 km şimal-şərqdə, Viladimirski kəndindən isə 1—1,5 km qərbdə yerləşir. Svetloyar federal əhəmiyyətli təbiət abidəsi hesab olunur və Voskresenski Povetluje təbiət parkının ərazisindədir. 2015-ci ildən göl və Vladimirski kəndi mədəni-landşaft kompleksi hesab olunur. Göl Volqa çayının sol qolları olan Kerjenes və Vetluqa çayaları arasında yerləşir. Svetloyar gölünün sahəsi — 0,1483 km²-dir. Oval formalı olub ölçüləri 470x350 metrdir. Yaxınlıqdakı göllərdən fərqli olaraq daha dərindir — 33,4 metr. Dərin nöqtəsi gölün cənub qutaracağındadır.
Svetlana Petriyçuk
Svetlana Aleksandrovna Petriyçuk (rus. Светла́на Алекса́ндровна Петрийчу́к) — Rusiya dramaturqu, ssenarist, teatr rejissoru, kinorejissor və müəllim. “Teatr işi”ndə nümayiş olunan "Finist aydın şahin" tamaşasına görə 2022-ci il Qızıl Maska Mükafatının qalibi. 2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib. Svetlana Petriyçuk 22 aprel 1980-ci ildə Qırğızıstan SSR-in paytaxtı Frunze şəhərində anadan olub. Konstantin Raykin adına Ali İfa Sənəti Məktəbini (Kama Ginkasın emalatxanası) bitirib. Daha sonra Teatrda Mixail Uqarovun emalatxanasında təhsil alıb. 2018-ci ildə “Çərşənbə axşamı qısa gündür” tamaşası ilə ilk dəfə Lyubimovka gənc dramaturgiya festivalında iştirak edib. Sonrakı illərdə Svetlana Petriyçuk dəfələrlə müxtəlif müsabiqə və festivalların, o cümlədən “Remark” beynəlxalq müsabiqəsinin, A.M.Volodin adına “Beşlik” festivalı çərçivəsində “Birinci oxu” müsabiqə-festivalının qalibi və finalçısı olub. Beynəlxalq laboratoriya LARK (Nyu-York) və s.
Svetlana Qannuşkina
Svetlana Alekseyevna Qannuşkina (rus. Светла́на Алексе́евна Га́ннушкина; 6 mart 1942, Moskva) — Rusiyalı hüquq müdafiəçisi, müəllim və ictimai xadim. "Yabloko" partiyasının Federal Siyasi Komitəsinin üzvü. Vətəndaş Yardımı Komitəsinin sədri, “Memorial” hüquq-müdafiə mərkəzinin Şura üzvü və Miqrasiya və Hüquq Şəbəkəsinin rəhbəri, habelə (2012-ci ilin iyun ayına qədər) Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqlarının İnkişafına Yardım üzrə Vətəndaş Cəmiyyəti İnstitutları və İnsan hüquqları Şurasının üzvü. 2016-cı ildə "Yabloko" partiyasından Rusiya Federasiyası Dövlət Dumasına deputatlığa namizəd olub. Svetlana Qannuşkina 1965-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş və 1967-ci ilə qədər orada aspiranturada təhsil almışdır. 1970-1999-cu illərdə Tarix və Arxivlər İnstitutunda (sonradan Rusiya Dövlət Humanitar Elmlər Universitetinə çevrilmişdir) riyaziyyat kafedrasında müəllim, sonra dosent vəzifələrində çalışmışdır. Svetlana Qannuşkina məşhur rus psixiatrı Pyotr Qannuşkinin nəvəsidir. Svetlana Qannuşkina 1980-ci illərin sonundan qaçqınların və məcburi köçkünlərin hüquqlarını müdafiə edən insan haqları fəaliyyətlərində iştirak edir. Son illərdə onun fəaliyyətinin əsas istiqaməti Çeçenistanda insan hüquqlarının pozulmasına qarşı mübarizə, habelə Rusiyadakı qaçqınlara yardım olub.
Svetlana Snapkovskaya
Svetlana Valentinovna Snapkovskaya (rus. Светлана Валентиновна Снапковская; 20 noyabr 1954, Minsk) — Belarus tarixçisi, pedaqoji elmlər doktoru, tarix elmləri doktoru, Belarus Dövlət Universitetinin Sosial-mədəni Kommunikasiyalar fakültəsinin mədəniyyətşünaslıq kafedrasının pedaqogika üzrə ixtisaslaşmış professoru. Elmi maraq dairəsi: yerli təhsil və pedaqogika tarixi; mədəniyyət nəzəriyyəsi və tarixi; rus və belarus dili və ədəbiyyatının tədrisi metodikası. == Fərdi nəşrlər == Креативное образование в рамках концепции «Университет 3.0»: от методологии к опыту реализации: материалы круглого стола научно-теоретического журнала Российской академии образования «Педагогика» в Белорусском государственном университете, Король, Андрей Дмитриевич; Бозиев, Руслан Сахитович; Бровка, Наталья Владимировна; Жук, Ольга Леонидовна; Здрок, Оксана Николаевна; Медведев, Дмитрий Георгиевич; Морозова, Наталья Иосифовна; Снапковская, Светлана Валентиновна (2019) Культурная и антропология и этнокультурология: учебная программа УВО по учебной дисциплине для специальности: 1-21 04 01 Культурология (по направлениям), направление специальности 1-21 04 01-02 Культурология (прикладная). № УД-7913/уч.Снапковская, Светлана Валентиновна; Карпиевич, Виктор Александрович (2020) Методологические ресурсы и прогностический потенциал отечественного образования, Снапковская, Светлана Валентиновна (2021) Насущные проблемы поликультурного образования в условиях глобализации, Снапковская, Светлана Валентиновна (2022) Педагогическая историография Беларуси: содержание и этапы развития, Снапковская, Светлана Валентиновна (2018) Программа производственной преддипломной практики для специальности 1-21 04 01 «Культурология (по направлениям)», Снапковская, Светлана Валентиновна; Малая, Наталья Владимировна (2019) Факторы кризиса образовательных систем в Беларуси: исторические уроки педагогического опыта, Снапковская, Светлана Валентиновна (2018) Языковой фактор — ключ к этнокультурной идентичности, Снапковская, Светлана Валентиновна (2020) == Nəşrlər == «Сыном маладой Беларусі…»: Педагагічная спадчына Вацлава Ластоўскага // Роднае слова. 1993. № 10. С. 38-41. Ля вытокаў нацыянальнай педагогікі: 3 гісторыі школы і педагагічнай думкі Беларусі канца XIX — пачатку XX ст. Мн., 1995.