SVETA
ŞABACI
OBASTAN VİKİ
Svetlana Adırxayeva
Svetlana Adırxayeva (12 may 1938 – 27 avqust 2023, Moskva) — SSRİ və Rusiya balerinası, baleymester, xoreoqraf, müəllim. SSRİ xalq artisti (1984). == Bioqrafiya == Svetlana Adırxayeva 12 may 1938-ci ildə Xumalaq kəndində (indiki Rusiya, Şimali Osetiyanın Pravoberejnı rayonu) anadan olub. 1946-cı ildə milli qrupun üzvü olaraq Leninqrad Xoreoqrafiya Məktəbində (indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur.) Varvara Mey və Yelena Şiripinanın sinfində təhsil alır. 1955-ci ildə məzun olduqdan sonra Çelyabinsk Opera və Balet Teatrının truppasına qəbul edilir. 1958–1960-cı illərdə Odessa Opera və Balet Teatrında işləyir. 1960-cı ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ədəbiyyat və İncəsənət Onilliyi çərçivəsində Moskvada çıxış edir, sonra Dövlət Akademik Böyük Teatrında "Qu gölü" baletində Odette-Odile rolunu ifa etmək üçün dəvət edilir. 1988-ci ilə qədər Böyük Teatrının solisti olur. Asaf Messererin sinfində oxuyur. Şəkilləri "Klassik rəqs dərsləri" dərsliyinin fotoşəkilləri üçün çəkilir.
Svetlana Aleksandrovna
Svetlana Aleksandrovna (31 may 1948[…], İvano-Frankovsk[…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı. == Həyatı == Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib. Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir.
Svetlana Aleksiyeviç
Svetlana Aleksandrovna (31 may 1948[…], İvano-Frankovsk[…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı. == Həyatı == Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib. Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir.
Svetlana Aliluyeva
Svetlana İosifovna Aliluyeva (gürc. სვეტლანა ალილუევა, rus. Светлана Иосифовна Аллилуева, 28 fevral 1926, Moskva, RSFSR, SSRİ – 22 noyabr 2011, Richland Center, Viskonsin ştatı, ABŞ) — Sovet filoloqu və tərcüməçisi. == Həyatı == S. Alliluyeva 1926-cı il fevralın 28-də Moskva şəhərində anadan olub. Onun anası Nadejda Sergeyevna Alliluyeva Stalinin ikinci arvadı olub. 1949-cu ildə Stalinin qızı Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra tərcüməçi və ədəbi redaktor kimi işləməyə başlayıb. Onun SSRİ-dən qaçmasına səbəb Sovet rəhbərliyinin onun mərhum əri hindistanlı Brijesh Singhə mənfi münasibəti olub. 1966-cı ildə Hindistanda Brijesh Singhin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaq əvəzinə ABŞ səfirliyinə üz tutub. Öz sovet pasportuna od vuraraq, S. Alliluyeva kommunizmi pisləyib. Stalinin sevimli övladı S. Aliluyeva 4 dəfə evlənib, onlardan 3-ü Rusyada baş verib, Rusiyada onun 2 övladı var.
Svetlana Arqinbayeva
Svetlana Arqinbayeva (başq. Светлана Роберт ҡыҙы Арғынбаева; 8 yanvar 1966, Sibay, Başqırdıstan) — müğənni, Başqırdıstan Respublikasının xalq artisti (2003). == Bioqrafiyası == Svetlana Arqinbayeva 8 yanvar 1966-cı ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sibay şəhərində anadan olmuşdur. Ufa İncəsənət Kollecinin vokal şöbəsində (Başqırdıstan Əməkdar İncəsənət Xadimi A. X. Çembarisovanın sinfi) oxuyub. 1993-cü ildə Ufa Dövlət İncəsənət İnstitutunu (indiki Z. İsmaqilov adına Ufa Dövlət Rəssamlıq Akademiyası) solo oxuma ixtisası üzrə bitirmişdir (Rusiyanın əməkdar mədəniyyət işçisi, Başqırdıstanın xalq artisti, professor R. Q. Qalimullinanın sinfi). 1993-cü ildən Başqırdıstan Opera və Balet Teatrının opera truppasında çalışır. 1994-cü ildən 1997-ci ilə qədər Svetlana Arqinbayeva, Maestro Mario Melani ilə Osimo şəhərində (İtaliya) Opera Sənəti Akademiyasında təhsil almışdır. Sergio Seqallini (Fransa), Raina Kabaivanska (Bolqarıstan) tərəfindən ustad dərsləri alır. 2000-ci ildə Pesaro şəhərində C. Rossini (İtaliya) adına Akademiyada təhsil almışdır. Leo Nucci (İtaliya), Rayna Kabayvanska (Bolqarıstan), Luis Lima (Argentina), Varren Mock (ABŞ) ilə eyni səhnədə ifa etmişdir.
Svetlana Bajenova
Aktrisa == Həyatı == Bacenova Svetlana Vasilyevna 11 oktyabr 1928-ci ildə Amur vilayətinin Svabodnı şəhərində anadan olmuşdur. 1954-cü ildə Lunaçarski adına Teatr İnstitutunun "Musiqili komediya aktyoru" fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Rozaliya, "Pominalnaya molitv"da mama Menahema, "Qırmızı papaq"da nənə, "Düyməcik"də qurbağa, "Odnacdı v Baqdade"də Yevnux, "Silva"da Stassi, Yulianna, "Maritsa"da Bacena, "Vesyolaya vdova"da Miliça, "İki küpə girən qarı"da Küpə girən qarı, "Nu volk poqodi"də nənə, "Qollandoçka"da Elli, "Bayadera"da Marietta, "Perekryostok"da Do-do, "Semeynıy uikend"də Marlen kimi rolları ifa etmişdir. İşlədiyi müddətdə öz işini layiqincə yerinə yetirmişdir. Subaydır. 1 iyun 2007-ci il tarixində vəfat etmişdir.
Svetlana Boqdanova
Svetlana Boqdanova (d. 3 sentyabr 1976) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Boqdanova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Svetlana Bulax
Svetlana Mixaylovna Bulax — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Bulax Svetlana Mixaylovna 28 may 1950-ci ildə Donetsk vilayətində anadan olmuşdur. 1969-cu ildə Kiyev Dövlət Musiqili Komediya teatrının nəzdində Teatr kadrlarının hazırlanması üzrə teatr studiyasına qəbul olunub və 1971-ci ildə Operetta aktrisası peşəsinə yiyələnərək bitirb. 1971-1973-cü illərdə Şevçenko adına Kirovoroj Rus Dövlət Musiqili Dram Teatrında işləyərkən "Koroleva Çardaşa"da Stazi, "Maritsa"da Lizoçka, "Moskovkiye kanikulı"da Katya, "Volnıy veter"də Pepitta, "Noçnoy neznakomets"də Tanya, "Vse naçinaetsya s lyubvi"də Lena, "Proşalnıy ujin"də Valentina, "Ne bespokoysa, mama"da Mziya, "Doktor Aybolit"də Çi-çi, "Jivaya muzıka"da Dovşan kimi rolları ifa etmişdir. 1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlmiş, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Diana, "Pominalnaya molitva"da Qolda, "Qırmızı papaq"da tülkü, "Düyməcik"də qurbağa, "Odnajdı v Baqdade"də Afət, "Perekrostok"da Dodo, "Sıqan premyer"də qrafinya İrini, "Silva"da Yulianna, "Maritsa"da Bojena, "Vesyolaya vdova"da Militsa, "Arşın mal alan"da Telli, "İki küpə girən qarı"da küpə girən qarı, "Nu volk poqodi"də donuzları kimi rolları ifa etmişdir. Bundan başqa uşaq tamaşalarına rejissorluq etmişdir. Bunlardan "İki küpə girən qarı", "Qızıl cücə" və "Nu volk poqodi"(ikinci rejissor) tamaşalarıdır. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Svetlana Buravova
Svetlana Buravova (d. 15 iyun 1973) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Buravova, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Svetlana Gerasimenko
Svetlana İvanovna Gerasimenko (ukr. Герасименко Світлана Іванівна, doğ. 1945) — Ukrayna və Tacikistan astronomu. == Həyatı == Svetlana İvanovna Gerasimenko 1945-ci ildə SSRİ-də, Ukrayna SSR-də doğulub. Kiyev Universitetini bitirib. 1968-ci ildə universiteti bitirib. 1969-cu ildən rəsədxanada çalışıb.12 sentyabr 1969-cu ildə Alma-Ata rəsədxanasında ezamiyyətdə olarkən teleskopla Çuryumov-Gerasimenko kometini tapıb. Svetlana Gerasimenko 1973-cü ildə Düşənbə EA-nın dəvəti ilə Tacikistana gedib.
Svetlana Həkimova
Svetlana Həkimova — teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == S.Həkimova 1940-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S.Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S.Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. 1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda ("Bəli dünya dəyişib") rolu ilə qədəm basan S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş ("Sevil", C.Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə.İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N.B.Vəzirov), Naza ("Duel", M.Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N.Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R.Heydər), Tahir ("İnam", F.Məmmədov) və s.
Svetlana Korolyova
Svetlana Korolyova (d. 7 sentyabr 1973) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Svetlana Loboda
Svetlana Loboda (ukr. Світлана Лобода; 18 oktyabr 1982) — Ukraynalı müğənni. == Həyatı == Svetlana Loboda 18 oktyabr 1982-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. Ukraynanı 2009 Avroviziya Mahnı Müsabiqəsində "Be My Valentine! (Anti-Crisis Girl)" (Azərbaycan dilində:Sevgilim ol!) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 80 xalla 6-cı olmuş və finala keçmişdir. Finalda isə 76 xalla 12-ci olmuşdur. == Albomlar == Ты Не Забудешь (2005) Черный Ангел – Remixes (2006) Постой, МуЩина! (2006) Не Ма4о (2008) F*ck The Macho (2008) Anti-Crisis Girl (2009) H2LO (2017) Sold Out (2019) == Konsert == Svetlana Loboda İrəvan-Kiyev-tranzit layihəsinin təqdimetmə mərasimi ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, onun damarlarında erməni qanı axır. "Bu barədə mənə anam deyib.
Svetlana Luzanova
Svetlana Luzanova (29 iyun 1977) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Svetlana Luzanova Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Svetlana Makaroviç
Svetlana Makaroviç (sloven. Svetlana Makarovič; 1 yanvar 1939, Maribor) — Yuqoslav və sloven şair, yazıçı, publisist, aktrisa, öz mahnılarının ifaçısı. "Sloveniya Şeirinin birinci xanımı" olaraq tanınır. O, asi və müstəqil qadınların hekayələrini izah edərək Sloveniya folklorundan borc alması ilə də tanınır. == Bioqrafiyası == Svetlana Makaroviçin anası qatı katoliklər ailəsindən idi. Buna görə döyüşçü ateistlə evləndikdən sonra valideynləri onu bütün miraslarından məhrum etmişdir. Müharibədən sonrakı çətin şəraitdə oxuyarkən Svetlana rus dili və fortepiano dərsləri istisna olmaqla bir çox məktəb fənində müvəffəq ola bilmir. Yeniyetmə ikən incəsənət məktəbinə daxil olur, lakin qısa müddətdə akademik uğursuzluğa görə oradan qovulur. Daha sonra Lyublyanada tərbiyəçi kimi təhsil alır və zehni qüsurlu uşaqlar üçün internat məktəbinə göndərilir. Ancaq oradan qaçaraq belə qərara gəlir ki, onun heç öz həyatı olmayacaq.
Svetlana Medvedeva
Svetlana Medvedeva — Rusiyanın keçmiş birinci xanımı. Svetlana Vladimirovna Medvedeva hərbçi ailəsində, Leninqrad vilayətində 1965-ci ildə doğulub. Qız familiyası Linnik olub. Orta məktəbi Kupchinoda oxuyub. Elə burada da paralel sinifdə oxuyan gələcək əri Dmitri Medvedev ilə tanış olub. 1989-cu ildə onlar evləniblər. 1996-cı ildə onların oğlu İlya doğulub. Oğul İlya kompüteri və futbolu xoşlayır. Svetlana Medvedeva Maliyyə və İqtisad institutunun statistika fakultəsini bitirib. Ancaq ixtisası üzrə az işləyib.
Svetlana Məmmədova
Svetlana Məmmədova (1939–1990) — 20 Yanvar şəhidi. == Həyatı == Svetlana Məmmədova 1939-cu ildə Naxçıvan şəhərində anadan olmuş Svetlana Məmmədova yüksək molekullu birləşmələr kimyası üzrə görkəmli alim idi. Ölümündən iki il əvvəl doktorluq işi müdafiə etmişdi. Svetlana xanımdan doğmalarına bir qız övladı, 130-dan çox elmi əsər və unudulmaz xoş xatirələr yadigar qalmışdır. 20 yanvar 1990-cı ildə şəhid olmuşdur. Svetlana Həmid qızı Məmmədova 1939-cu il dekabrın 18-də Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan şəhər orta məktəbin birinci sinfinə daxil olmuş, 1957-ci ildə orta təhsilini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiyası fakültəsinə qəbul olmuş və 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavoduna göndərilmişdir. == Elmi fəaliyyəti == 1966–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. 1968–1978-ci illərdə həmin institutda kiçik elmi işçi, 1978–1986-cı illərdə böyük elmi işçi vəzifələrində işləmişdir.
Svetlana Nəcəfova
Svetlana Hacı qızı Nəcəfova (8 iyul 1938, İrəvan – 16 may 2021, Bakı) — publisist, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), əməkdar jurnalist (1988) == Həyatı == 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlamış S. Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində çalışıb. 1973–1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasındaşöbə redaktoru, 1977–1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996–2003-cü illər "Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olmuşdur. Hazırda təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak etmişdir. Ramiz Əliyarov ilə aillə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir. 16.05.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir == Fəaliyyəti == Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilmişdir. İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibidir. ABŞ-nin "kim kimdir?" nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib.
Svetlana Pletnyova
Svetlana Aleksandrovna Pletnyova (rus. Светлана Александровна Плетнева; 20 aprel 1926, Kirov – 20 noyabr 2008, Moskva)— sovet tarixçisi, arxeoloqu, tarix elmləri doktoru, professor. == Həyatı == Svetlana Aleksandrovna Pletnyova 1 aprel 1926-cı ildə Rusiya Federasiyasının Vyatka şəhərində anadan olmuşdu.1949-cu ildə Moskva dövlət universitetinin tarix fakültəsini, 1952-ci ildə isə SSRİ EA aspranturasını bitirmişdi. Svetlana Pletnyova "Кочевники южнорусских степей IX–XIII вв. (по археологическим материалам и письменным источникам)" adlı namizədlik, 1968-ci ildə isə "От кочевий к городам" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. Svetlana Pletnyova 1952-ci ildən 2006-cı ilədək Rusiya EA-nın Arxeologiya institutunda çalışmışdı. Svetlana Pletnyova 20 noyabr 2008-ci ildə Moskva şəhərində vəfat edib. == Əsərləri == Плетнёва С. А. От кочевий к городам: Салтово-маяцкая культура / Академия наук СССР Институт археологии. — М.: Наука, 1967. — 200 с.
Svetlana Qasımova
Svetlana Çingiz qızı Qasımova (11 iyun 1938, Kirovabad – 29 noyabr 2009, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini, üzvü, Azərbaycan Ali Sovetinin X–XII çağırış deputatı, Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədrinin birinci müavini və sədri, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR ticarət nazirinin müavini və ticarət naziri, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini. == Həyatı == Svetlana Çingiz qızı Qasımov 11 iyun 1938-ci ildə Kirovabad şəhərində doğulmuşdur. Orta məktəbi 1955-ci ildə Gəncə şəhərində bitirmişdir. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini almış, 1960-cı ildə oradan məzun olmuşdur. 1981–1984-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində İctimai Elmlər Akademiyasında təhsil almışdır. 1992–1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda çalışmışdır.Svetlana Qasımova 29 noyabr 2009-cu ildə ölmüşdür.Evli idi, bir övladı var. == İctimai-siyasi fəaliyyəti == === Sovet dövründə === Svetlana Qasımova 1958-ci ildən komsomol və Azərbaycan Kommunist Partiyası təşkilatlarında aktiv fəaliyyət göstərməyə başlamışdır. Svetlana Qasımova 1958–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində komsomol komitəsi katibinin müavini, 1960–1963-cü illərdə isə Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1963–1969-cu illərdə Bakı Şəhər Partiya Komitəsində təlimatçı, 1969–1971-ci illərdə şöbə müdiri, 1971–1975-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, 1975–1979-cu illərdə Azərbaycan SSR ticarət nazirinin müavini, 1979–1983-cü illərdə Azərbaycan SSR ticarət naziri, 1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi vəzifələrində çalışmışdır. === Keçid dövründə === Svetlana Qasımova 1990-cı ildən Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədrinin birinci müavini vəzifəsində çalışmışdır. O, 23 may 1991-ci ildə komitə sədri vəzifəsinə təyin olunmuş, 17 dekabr 1992-ci ildə isə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 365 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması səbəbi ilə vəzifəsindən azad edilmişdir.O, bir müddət "İşgüzar qadın" Assosiasiyasına rəhbərlik etmişdir.
Svetlana Savitskaya
Svetlana Yevgenyevna Savitskaya (rus. Светлана Евгеньевна Савицкая; 8 avqust 1948, Moskva) — sovet komonavtı, açıq kosmosa çıxmış ilk qadın kosmonavt, Valentina Tereşkovadan sonra dünyada ikinci kosmonavt qadın, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1982, 1984).
Svetlana Selernyova
Svetlana Selernyova (d. 10 fevral 1964) — Azərbaycanı təmsil edən voleybolçu. Svetlana Selernyova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Svetlana Selernyova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Svetlana Svetliçnaya
Svetlana Afanasyevna Svetliçnaya (rus. Светлана Афанасьевна Светличная; 15 may 1940, Leninakan) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1974). == Həyatı == Svetlana Afanasyevna Svetliçnaya 1940-cı ildə Leninakan (hazırda Gümrü) şəhərində rus ailəsində anadan olmuşdur. Atası hərbçi olduğuna görə, ailə tez-tez yaşayış yerini dəyişirdi. Svetlana məktəbə Sumı vilayətinin Axtırka şəhərində getsə də, oranı Kalininqrad vilayətinin Sovetsk şəhərində bitirir. 1958-ci ildə Svetlananın atası istefaya getdi və ailə Melitopolda məskunlaşdı. Elə həmin ildə Svetlana anasının israrı sayəsində ÜDKİ-yə, Mixail Rommun kursuna daxil olur. Svetlana Svetliçnaya 1963-cü ildə institutu bitirdikdən sonra Kinoaktyor Teatr-studiyasının aktrisası oldu. Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olmuşdur. Svetlana Svetliçnayanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.
Svetlana Tixanovskaya
Svetlana Georgiyevna Tixanovskaya (belar. Сьвятлана Георгіеўна Ціханоўская, Svətlana Ğeorğiyeuna Sixanouskaya, 11 sentyabr 1982; Lunines rayonu, Brest vilayəti, Belarusiya SSR) — belaruslu dövlət və siyasi xadim, Belarus Prezidentliyinə namizəd (2020). == Həyatı == Svetlana Tixanovskaya 1982-ci il sentyabrın 11-də Brest vilayətinin Lunines rayonunda anadan olub. Atası Georgi Pilipçu sürücü, anası Valentina Pilipçu isə aşpaz olub.
Svetlana Aleksiyeviç Aleksandrovna
Svetlana Aleksandrovna (31 may 1948[…], İvano-Frankovsk[…]) — Ukrayna əsilli Belarus yazıçısı, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı. == Həyatı == Atası rus, anası ukraynalı olan yazar 1948-ci ildə Ukraynanın Stanislav şəhərində anadan olub. Uşaqlığını Rusiyada keçirmiş yazıçı 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikkdən sonra o, bir sıra yerli mətbuat orqanlarında, qəzetlərində çalışıb. Belarusiyanın paytaxtı Minsk şəhərində “Neman” adlı ədəbiyyat jurnalında müxbir kimi fəaliyyət göstərib. Yaradıcılığında əsas xətti müharibə mövzusu təşkil edir. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə İkinci Cahan Savaşına, Sovet-Əfqan müharibəsinə, Çernobıl faciəsinə, SSRİ-nin dağılmasına yaxından şahidlik etmiş şəxslərlə bir sıra müsahibələr aparıb. Az sonra yazıçının Jurnalist fəaliyyəti Lukaşenko hakimiyyətini ciddi narahat etdiyindən yazıçı təzyiqlərlərlə üzləşməyə başlayır. Belə ki, 2000-ci ildə haqqında cinayət işi qaldırılır. Məhz bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qalmış yazıçı həyatının sonrakı on ilini mühacir kimi Fransanın Paris,Almaniyanın Gothenburq, Berlin şəhərlərində yaşamaqla keçirir.
Svetlana Məmmədova (alim)
Svetlana Məmmədova (1939–1990) — 20 Yanvar şəhidi. == Həyatı == Svetlana Məmmədova 1939-cu ildə Naxçıvan şəhərində anadan olmuş Svetlana Məmmədova yüksək molekullu birləşmələr kimyası üzrə görkəmli alim idi. Ölümündən iki il əvvəl doktorluq işi müdafiə etmişdi. Svetlana xanımdan doğmalarına bir qız övladı, 130-dan çox elmi əsər və unudulmaz xoş xatirələr yadigar qalmışdır. 20 yanvar 1990-cı ildə şəhid olmuşdur. Svetlana Həmid qızı Məmmədova 1939-cu il dekabrın 18-də Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan şəhər orta məktəbin birinci sinfinə daxil olmuş, 1957-ci ildə orta təhsilini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiyası fakültəsinə qəbul olmuş və 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavoduna göndərilmişdir. == Elmi fəaliyyəti == 1966–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. 1968–1978-ci illərdə həmin institutda kiçik elmi işçi, 1978–1986-cı illərdə böyük elmi işçi vəzifələrində işləmişdir.
Svetlana Məmmədova (dəqiqləşdirmə)
Svetlana Məmmədova (alim) — 20 Yanvar şəhidi, alim.DigərSvetlana Məmmədova küçəsi (Naxçıvan)Svetlana Məmmədova küçəsi (Bakı) — Binəqədi rayonunda küçə.
воровство́ засту́живание ко́робом монше́р преклоне́ние реинвести́ровать снутри́ солевыно́сливость шампаниза́ция конфискова́ть нава́ха физкульту́рный плешь coq au vin diamond-beetle dye-house happen round home block inerudite moss rose saprobiont warm-up заветренный патриотизм собес