Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serafim Protopopov
Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu. Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur. 1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. 1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir. 4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir.
Serafim Veçkanov
Serafim Veçkanov — (tam adı: Serafim Yemelyanoviç Veçkanov, rus. Серафим Емельянович Вечканов; 6 avqust 1914, Kakine Qaqinski kəndi, Nijnenovqorod vilayəli — 20 oktyabr 1965, Moskva) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü. Serafim Veçkanov 6 avqust 1914-cu ildə Nijnenovqorod vilayəti, Kakine Qaqinski kəndində, kəndli ailəsində anadan olmuşdur. Öz doğma kəndində kənd məktəbini bitirdikdən sonra 1928-ci ildə Velikoaratskaya kəndli gənclərin təhsil aldığı məktəbə daxil olur. Bu məktəbdə əsasən mordoviya əsilli uşaqlar təhsil alırdı. Daha sonra regional müəllimlər kursunu bitirərək Lukoyanov rayonu Novoe İvansev kənd məktəbində ibtidai müəllimi işləmişdir. 1932-ci ildə Mordoviya Dövlət Universitetinə daxil olur. Üç kurs oxuduqdan sonra «Erzyan Kommuna» qəzetinin bir ədəbi əməkdaşı olaraq işə başlamışdır. 1936-cı ildə Qırmızı Orduya aktiv hərbi xidmətə çağırıldı. Ordudan 1941-ci ilə buraxıldıqdan sonra Mordoviya kitab nəşriyyatının redaktoru vəzifəsində çalışır.
Le Sserafim
Le Sserafim- Source Music tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupudur. Qrup beş üzvdən ibarətdir: Sakura, Kim Chae-won, Huh Yun-jin, Kazuha və Hong Eun-chae. Əvvəlcə altı nəfərdən ibarət olan qrup Kim Qaram müqaviləsinə xitam verildikdən sonra 20 iyul 2022-ci ildə qrupdan ayrıldı. Le Sserafim 2022-ci il mayın 2-də ilk genişləndirilmiş albomu olan "Fearless" oyunu ilə debüt etdi. == Ad == Qrupun adı Le Sserafim "Mən Qorxmazam" ifadəsinin anaqramıdır. == Tarixi == === 2011–2021: Debüt öncəsi fəaliyyətlər === Sakura 2011-ci ildə Ano Hito Ano Hi filmində aktyorluq debüt etdi. Elə həmin il o, birinci nəsil stajyer olaraq Yapon idol qrupu HKT48-ə qoşuldu. O, 2012-ci ildə HKT48 Team H-nin həqiqi üzvünə yüksəldi və 2014-cü ildə HKT48 Team KIV-ə keçdi. 10 il qrupda olduqdan sonra Sakura 27 iyun 2021-ci ildə rəsmi olaraq məzun oldu. Sakura, Kim Chae-won və Huh Yun-jin 2018-ci ildə Produce 48 realiti yarışması seriyasında iştirak etdilər.
Serafim Sarovski məbədi (Sumqayıt)
Serafim Sarovski kilsəsi(rus. Храм преподобного Серафима Саровского) — Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası tabeliyində kilsə. Kilsənin Baş keşişi İyerey Rostislav Şahvələdovdur. Sumqayıt sakinləri tərəfindən Rus kilsəsi adıyla tanınan məbəd Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 24/5, mənzil 18 ünvanında yerləşir.
Serapis
Serapis (q.yun. Σέραπις), Sarapis (Σάραπις), Sarapo (Σαραπo) — ellinizmdə bolluq, məhsuldarlıq, yeraltı dünya və axirət tanrısı. Serapis bir yunan tanrısı kimi təsvir edilmişdir, lakin bolluq və dirilməni simvolizə edən bir çox kultun ikonoqrafiyasını birləşdirən Misir əşyaları ilə. İsgəndəriyyədə (Kanopus şəhəri yaxınlığında) III Ptolemey tərəfindən tikilmiş Serapeum məbədi Serapisə həsr edilmişdir. Roma dövründə Serapisin populyarlığı artmağa davam etmiş və o, tez-tez Misir xaricindəki məbədlərdə İsidanın yoldaşı kimi təsvir edilmişdir. Serapis və İsidanın Horun həmkarı olan Harpokrat adlı bir oğlu var.
Seraki
Seraki (rus. сераки, ing. seracs, ice pennacles on the glacier) — fr.serac, lat. serum – sulu maye – buz dillərinin qeyri-bərabər əriməsi nəticəsində buz şəlalələrinin səthində əmələ gəlmiş buz piki və dişləri.
Fərahim Novruzov
Luici Serafini
Luici Serafini (4 avqust 1949, Roma) — Milanda yaşayan italyan rəssam və dizayner. O, ən çox uydurulma dil olduğuna inanılan xəyali şeylərdən ibarət illüstrasiyalı ensiklopediya olan Codex Seraphinianus-u yaratması ilə məşhurdur. Bu əsər 1981-ci ildə Franko Mariya Riççi tərəfindən nəşr edilmişdir.
Mərahim Abdullayev
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Serapis məbədi
"Serapis məbədi" — üzərində yer qabığının dəyişməsini əks etdirən izlərin həkk olunduğu müşahidə edilən İtaliyanın Neapol şəhərinin yaxınlığındakı kiçik Possuoli şəhərciyində yerləşən qədim sütunlar. Serapis – Misir və Yunanıstan dini təsəvvürlərinin qarışıb birləşməsi nəticəsində yaranan Misir ellinizminin bir səcdəgahıdır. O, ölən və dirilən təbiəti təcəssüm etdirirdi. Neapolitan körfəzi yaxınlığında yerləşən məşhur məbədin dağıntıları – üç hündür özül üzərində yerləşmiş möhkəm sütunlar indiyə kimi qalmışdır. Bəziləri bunun məbəd, bəziləri isə adi bir bazar olduğunu qeyd edir. Qədim zamanlarda bazarlar elə tikilirdi ki, onlar məbədə bənzəyirdi. Müxtəlif illərdə çəkilmiş şəkillərdəki sütunlar bir-birindən kəskin surətdə fərqlənir. Bəzilərini su basmışdır, bəziləri isə suyun üzərindən yüksəlmişdir. Burada suyun səviyyəsinin dəyişməsi ancaq son illərdə deyil, əvvəllər də olmuşdur. Artıq min illərdir ki, Dünya okeanı səviyyəsinin yüksəlməsi ənənəsi davam etməkdədir.
Şərahil Laçın
Məmmədov Şərahil Hüseyn oğlu (Şərahil Laçın; 12 noyabr 1963, Laçın) — Avrasya Yazarlar Birliyinin üzvü, şair. Şərahil Laçın 1963-cü il 12 noyabrda Azərbaycan Respublikası Laçın rayonununda anadan olmuşdur. 1986-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1987-ci ildə Respublika Mərkəzi Xəstəxanasında İnternatura kursunu tamamlamışdır. 1992-ci ildə Respublika Urologiya İnstitutunda urologiya kursunu bıtırmış, 1999-cu ildə Qazaxıstan Həkimləri Təkmilləşdirmə İnstitunda Alternativ Tibb (Çin Tibbi) təhsili almışdır. Sumqayıt və Bakı şəhərlərində həkim işləmişdir. Evlidir, 2 övladı var. 1993–1995-ci illərdə Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətində və Azərbaycan Demokratik Gənclər Birliyində sədr müavini kimi çalışmışdır. Şeirləri və publisistik yazilari 1980-ci illərdə "Azərbaycan Gəncləri", "Ədəbiyyat və İncəsənət", "Qarabağ", "Tibb kadrlari uğrunda", "Dədəm Qorqud", "Ədalət", "Təzadlar", "Boz Qurd" (Moskva) qəzetlərində, "Ulduz", "Azərbaycan Təbiətı", "Xudafərin" (Praqa), "Bir Təbəssüm" (Türkiyə), "Andız" (Türkiyə) ədəbi jurnallarında, "Azərbaycan aşıqları və el şairləri" kimi almanaxlarda çap olunub. Yaradıcılığı barədə Məmməd Araz, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Kamal Abdulla və başqa tanınmış qələm adamları rəylər və ön sözlər yazıblar.
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. == Tarix == Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. === Kommunizmdən bu günə === Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
Kəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Sərabi xalçaları
Sərabi xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. - Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir. - Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.
Sərabi xalçası
Sərabi xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. - Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir. - Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.
Şampan şərabı
Qəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. Kəraim dilinin Krım dialekti mövcuddur.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. == Tarixi == Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Əl-məqələtus-səlasim
Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb.
Serafino (film, 1968)
Serafino (it. Serafino) 25 iyul 1969-cu ildə ekranlara çıxmış olan italyan bədii komediya filmidir. Baş rolu məşhur italyan aktyoru və müğənnisi Adriano Çelentano ifa etmişdir. “Serafino” filmi Adrianonun iştirakı ilə SSRİ-də M. Qorki adına kinostudiyada rəsmi olaraq rus dilinə dublyaj edilmiş üç filmdən biridir. Serafino Fiorin adlı sadə bir kənd uşağı haqqında lirik hekayədir. Serafino çox ağıllı deyil, lakin o, zarafatcıl və çonbanlıq edən və yaxşı bir ürəyi sahib adamdır. O, yaşlı xalası Cesuina və Aqennor adlı əmisinin ailəsindən olan uzaq qohumları - varlı fermerlər istisna olmaqla, tamamilə tək yaşayır. Lakin o, həmkəndliləri - Rokko, Silio və Armido ilə birlikdə çobanlıq edir. Serafinonun şəxsiyyəti ilə qısa tanışlıqdan sonra filmdə onun orduya çağırıldığını öyrənirik. Serafinonun düşdüyü hərbi hissə öyrəşə bilmədiyi böyük bir şəhərdə yerləşir.
Seram (ada)
Seram (ind. Pulau Seram) — Malay arxipelaqına və Molukk adalarına daxil olan ada. Onun sahəsi 17,1 min. km² təşkil edir. Əsas limanı Masoxi şəhəridir. Seram adasının mərkəzində dağ silsiləsi keçir. Adanın ən hündür nöqtəsi Binaya (3019 m) dağıdır. Seram demək olar ki, bütünlüklə rütubətli tropik meşələri ilə örtülmüşdür. Geoloji baxımında qarışıq zonada yerləşir. Burada litosfer tavalarının toqquşma yeri olması və tektonik catların çoxluğu ilə seçilir.