FƏR
FƏRASƏT
OBASTAN VİKİ
Fərahim Novruzov
Fərahim Nadir oğlu Novruzov (d. 1 sentyabr 1996; Səmədabad, Biləsuvar rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Значение слова в других словарях

гру́зчицкий долечи́ться макрофа́г минимали́стский не в ла́д пограни́чный бою́сь сказать выпя́ливать за́поведь ки́чка литурги́я слезоточи́ть угожде́ние ча́кры жвак люшня binary nerve gas carbofossils knee-piece mobilization pelican Pott's disease sausage meat всенародный нагрести