Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Persi Slec
Persi Slec (ing. Percy Sledge; 25 noyabr 1941 — 14 aprel 2015) — amerikalı müğənni, daha çöx özünün 1966-cı ildə "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutmuş — "When a Man Loves a Woman" mahnısı sayəsində məşhurluq qazanıb. Müğənni 2005-ci ildə "Rok-n-Roll Şöhrət Zalı"na qəbul edilib. 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb. "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.
Slec adası
Slec adası (ing. Sledge Island) — Berinq dənizində yerləşən ada. Sevard yarımadasının cənub-qərb sahilindən 8,5 km məsafədə, Alyaska sahillərində yerləşir. Adanın uzunluğu təxminən 2,8 km, eni isə 1,5 km-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 11 m yüksəklikdədir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatı Nom siyahıyaalma sahəsinə aiddir. Ada öz adını 5 avqust 1778-ci ildə ingilis səyyahı Ceyms Kukdan almışdır. Adanın inuitcə adı “Ayaaq”-dır. Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Spec Ops (seriya)
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur. İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır. Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır. İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".
Spec Ops: The Line
Spec Ops: The Line (azərb. Xüsusi əməliyyatlar: Xətt‎) — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir. "Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Seç ya da öl (film, 2022)
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Ajen
Ajen (fr. və oks. Agen) — Fransanın Yeni Akvitaniya regionunda yerləşən Lo və Qaronna departamentinin inzibati mərkəzi. 162 metrə çatan Ermitaj təpəsinin ətəyində Qaronna sahillərində yerləşir. Əhalisi — 30 170 nəfər (1999). == Tarixi == İlk olaraq Yuli Sezar tərəfindən "Qalli müharibə haqqında notlar" da Aginnum kimi deyilir, nitiobriq qəbilənin şəhəri. 509-cu ildə Xlodviq tərəfindən fəth edilmişdir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. == Tarix == 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. == Coğrafiya == Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. === Milli tərkibi === Şəhər monoetnik azərbaycanlı şəhəridir.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Qjel
Qjel – rus farforu olub, adını yarandığı Qjel şəhərindən götürüb. Adı ilk dəfə 1328-ci ildə çəkilir. Farfordan düzəldilmiş qablar, oyuncaqlar ağ və mavi rəngli boyalarla bəzədilir.
Rjev
Rjev — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Senec
Senec — Misirin ikinci sülaləsi dövründə 20 il hakimiyyətdə olan firon.
Sketç
Sketç — estrada üçün yazılmış kiçik məzhəkə.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Smerç
Smerç (silah)
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Stef.
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Stel
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Sten
Sten — yarımavtomatik silah növü. Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Şrek
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Ejen Buden
Ejen-Lui Buden (fr. Eugène-Louis Boudin; 12 iyul 1824[…], Onflör – 8 avqust 1898[…]) — fransız rəssamı, impressionizmin banisi. Bir müəllim olaraq Klod Mone, ona əhəmiyyətli təsir etdi. Budenin işi, müəllimlərinin - Barbizon məktəbinin nümayəndələri (Konstan Truayon, Mille, Koro və Teodor Russo) və onun davamçıları-İmpressionistlərin sənəti arasındakı əlaqədir. Barbizon məktəbi ilə əlaqəli idi. Bretan, Bordo, Hollandiya və Venesiyada çalışmışdır. == Bioqrafiya == Buden 12 iyul 1824-cü ildə Normandiyanın köhnə liman şəhəri olan Honflyorda anadan olmuşdur. Le Havre, daha sonra Parisdə məşhur dəniz rəssamı Ejen İzabedən rəssamlıq sənətini öyrənmişdir. Buden ömrünün çox hissəsini Fransanın şimalında keçirmişdir; Belçikaya, Hollandiyaya, İtaliyaya səyahət etmişdir. Rəssam xüsusi təhsil almadı.
Ejen Bürnuf
Ejen Bürnuf (12.8.1801, Paris – 28.5.1852, Paris) — fransız şərqşünası. == Həyatı == Xartiyalar məktəbində (1822) və Hüquq məktəbində (1823–24) təhsil almışdır. Kollej de Fransın professoru (1832) və Fransa İnstitutu Kitabələr Akademiyasının üzvüdür. == Fəaliyyəti == Pali dilinin elmi tədqiqinin əsasını qoymuş, buddizm problemləri ilə məşğul olmuş, Avesta ədəbiyyatı və dilini araşdırmışdır. "Bhaqavat-purana"nı fransız dilinə tərcümə etmişdir (1–5 cildlər, 1840–98).
G.Stev.
Qreta Stivenson (ing. Greta B. Stevenson Cone; 10 iyun 1911, Oklend – 18 dekabr 1990, London) — Yeni Zelandiya mikoloqu. == Elmi fəaliyyəti == Qreta Stivenson mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Collybia stevensoniae E.Horak, 1971, nom. nov. [syn. Gymnopus readii (G.Stev.) J.L.Mata, 2006] Entoloma stevensoniae E.Horak, 1980, nom. nov. Hygrocybe stevensoniae T.W.May & A.E.Wood, 1995, nom. nov.